Oyuncaq (13-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 096
Səs ver:
(səs: 1)
Son 24 saatmı?
Bir sey yazmadım daha...
Nə yazıla bilərdiki?
Mənə nifrət hissi bəsləyib, mənə təhtid mesajı yazan insanı görməyimə son 1 gün qalmışdı. İçimdə qəribə bir hiss baş qaldırdı. Onu görməyim, onu tanımağım ilə nəsə dəyişəcəkdi? Onu görməyim ilə nə qazanacaqdım? Ya da nə itirəcəkdim... Beynimin için yenə işğal altına almış cavabsız suallarım vardı. Bu sualların cavabı isə yalnız sabah bilinəcəkdi. Bu gün həyatıma qaldığım yerdən davam etməliydim. Turana tam 1 həftə idi yazmırdım. Ona yazıb ağlını qarışdıracaqdım. Pislik olsun deyə edəcəkdim.

Alisa: Turan bəyin kefi necedi?
Turan: 1 həftədən sonra mənə yazmağa davam edirsən hələdə?
Alisa:: itirib niyə axtarmırdın məni?
Turan: O işlərə Xoşqədəm baxır)
Alisa: sənin zarafatını sevsinlər)
Alisa: de görüm Həsən ilə Arzunun sevgili olmağını necə qarşıladın?
Turan: nə sevgilisi elə sey yoxdu
Alisa: Ooo senin bombadan xəbərin yoxdu
Turan:yalan demə mənə daha
Alisa: mən yalan demirəm dostların satqındı
Turan: sən bunları axı hardan bilirsən?!
Alisa: Bir sey də deyim sənə. Arzunu Məryəmdən qoru. O qızın nə edib edməyəcəyi məlum deyil. Yaxşımı?
Turan: de görüm bizi hardan tanıyırsan?
Alisa: mən sadecə səni sevirəm :)
Turan: ortada sevgi yoxdu! Cavab ver! Gah yazırsan gah itirsən. Sənin məqsədin nədi axı?!
Alisa: olmadıki canım, mən sənə kömək edirəm amma sən məni sorğu suala çəkirsən. Gözünü aç ətrafına bax :)
Turan: mənə birdə yazma!
Alisa: bloka atacam demə) onsuzda səni çox narahat etmirəmki) sən get dostlarını təbrik elə
Alisa: hələlik sarı

Son mesajımıda yazıb çıxdım. Əslində, bu sarının bir günahı yox idi. Amma onları bir birinə düşman etmək daha gözəl idi. Başda Elay ilə Yusif olmaqla! Mən niyə evdə idimki? Onların məkanlarına gedib, bir az onlarla vaxt keçirtmək daha məqsədə uyğun idi. Ayağa qalxıb hazırlaşaraq evdən çıxdım. Havanın günəşli olmamasına gülümsündüm. Yay olsada havaya qara bir bulud çökmüşdü. Belə havanı bəziləri sevməsədə mən çox sevirdim. Yavaş - yavaş gəzib məkanlarına çatdıqda ayaq saxladım. Arzuya bu gün bura gələcəyimi daha əvvəl bildirmişdim deyə rahat idim. Amma Elay ilə Yusifin məni necə qarşılayacağından xəbərim yox idi. Halbuki, Yusif bütün gecəni mənim evimin önündə idi. Dəmir qapını aralayıb, içəri addım atmaq istədikdə səslər eşitdim. Demək burda imişlər... İçəri keçdikdə Arzu ilə Yusifi gördüm... O biriləri harda idi? Yusif ilə Arzu mənə görəcək ayağa qalxdı. Arzu ilə görüşdükdən sonra oturacaq yastıqlarda əyləşdik. Yusifdə düz yanıma oturmuşdu... Və göz altı mənə baxırdı...

"Alisa sənə bir sey deyəcəm biz Həsən ilə sevgili olduq"

Arzunun bu sözünə yalandan bir təbəssüm edib ona sarılaraq "Xoşbəxtliklər"dedim. Xoş gün yox idi amma onlara... Turana yazdığımda ciddi idim. Mənim gözüm Məryəmdən hec su içmirdi...

Arzu "Çox sağ ol. Bizimkilər harda olsa gələr. Yusifidə bir sevgili tapsaydıq"dedi gülərək. Arzunun bu sözünə Yusif ilə bir birimizə baxdıq. Yusif baxışlarını məndən çəkib "Arzu, mənə sevgidən bəhs etmə. Bilirsənki elə islər mənlik deyil. Sən yeni dostuna sevgili tap" dedi məni ortaya qatıb. Bu Yusif niyə belə idi axı?!

"Düz deyirsən. Hec bizə behs etmirsən Alisa, sənin sevdiyin var?"

Ax Arzu belə söhbətlərin yeridi hec?

"Yox yoxdu. Nə də olmağını istəmirəm"dedim

"Niyə? Sənin hisslərin yoxdumu?"dedi Yusif.

Gözlərimi bərəldib ona baxdım. Yusifdə olan bu tutarsızlıq nə idi axı? Hisslərim var idimi? Yox idi...

"Mənim hisslərim çoxdan ölüb" deyərək Arzuya tərəf çevrildim.

Arada olan gərginliyi Arzu hiss edib "Hey dostlar siz niyə yola gedə bilmirsiniz axı? Nə verib ala bilmirsiz bir birinizdən?" dedi. Bunun cavabı məndə yox idi... Mən susdum...

"Arzu biz sadecə zarafat edirik. Mən Alisanı tanımıram onsuz"

Yalana bax... Sanki, bütün gecəni evin önündə gözləyən mən idim! Bu deyil... Mən cavab vermək istədikdə, Arzunun telefonuna zəng gəldi. Telefona baxıb "Dostlar Həsən zəng edir mən 5 dəqiqəyə gəlirəm" deyib yanımızdan uzaqlaşdı. Yenə bu dəli ilə baş başa qalmışdım.

"Sən məni tanımırsan? Amma bütün gecə evimin önündə idin!"

Ona tərəf çevrilib, üz üzə dayanmışdıq. Mənə diqqətlə baxırdı. Cavab gözləyirdim mən... Əlimi gözünün önünə gətirib yuxarı aşağı etdim. O an əlimdən tutub aşağı saldı. Əlimdən tutduğu əlinə baxıb, əlimi çəkməyə başladım. Amma daha sıx tutdu. Yaxşı öyrəşmişdi, əlimdən tutmalara!

"Əlini əlimdən çək bir zəhmət!"

Bu sözüm ilə boşda qalan digər əlimidə tutdu. Əllər önəmli, idi əslində...

"Hə, bütün gecə evinin önündə durdum. Çünki qaranlıqdan qorxduğunu dedin. Dünən səhər hər şey yaxşı idi. Amma bir anda hər sey yenə korlandı! Səbəb nədi? Niyə bir gün elə bir gün beləsən?!"

Əlimi əllərindən güclə çəkib ayağa qalxdım. Hec nə eşitmək istəmirdim daha... Onuda görmək istəmirdim. Yusif mənə yaxın durduqdan sonra hec nə planladığım kimi getmirdi!

"Səbəbi çox sadədi... Ürəyim belə istəyir! Belədə edirəm!".

Üzünə belə baxmadan ordan ayrıldım! Hec nə qaydasında getmirdi.

Bir gün sonra

Nəhayət bu gün böyük gün idi. Gizli "Z" bəyi görəcəyim gün olacaqdı. Onunla ən son səhər yazmışdım. Evimin ünvanın tanıyır deyə, görüş yeri olaraqda evlərin sonunda olan kicik təpəlikdən ibarət olan ucurumun kənarına çağırmışdım. Oda qəbul etmişdi... Qəribə idi... Z ilə görüşməyim qəribə idi...
Kimliyi, nəməlum olan adamla görüşürdüm.
Havanın tutqun olması, işimə bir xeyli yaramışdı. Görüşümüz saat 7 də baş tutacaqdı. İndi isə saat 5 idi. Tam 2 saat qalmışdı... Görəsən görüş yerimizə mən tez gedəcəkdim? Yoxsa O tez gələcəkdi... Güzgünün qarşısında durub uzun saclarıma baxdım. Bu gün bu saçları kəsəcəkdi... Mənasız idi bir çox sey... Çəkməcəni açıb, qayçını çıxartdım. Mən hər zaman sözümdə durmağı çox sevirdim... 2 saatın sonunda evdən çıxdım. Hər addım atdıqca ayaqlarımda bir yük hiss edirdim... Ürəyimdə azacıq əsirdi... Niyə belə idim axı mən? Özünə gəl, bir az Alisa... Bütün evləri keçdim... Boş olan yerlərə gəlib çıxdım. O təpəyə yaxınlaşmağıma az qalmışdı. Az qalmışdı, amma addımı saxladım. Mən buna hazır deyildim deyəsən... Hazır deyildim... Tanımadığım bir adamı görməyə... Həmdə mənə nifrət edən... Arxamı çevirib geri addım atdım.

"Of! Mən nə edirəm! Sözümü tutmalıyam!"

İrəli addım atıb təpəyə daha doğru yaxınlaşmağa başladım. Təpəyə çatmağıma az qalmış təpənin başında oturan bir oğlan gördüm. Z bəyimiz məndən daha əvvəl gəlmişdi. İrəli addım atmaq istədikdə, ayağım orta boylu bir daşa ilişdi. Diz üstü yerə yıxıldıqda dilimdən 'Aaa' nidası çıxdı. Oğlan dönüb mənə baxdı... Onun üzün görməyim ilə şoka düşdüm. Bu bir təsadüf idimi? Yoxsa daha böyük bir oyunmu...

Bölüm Sonu ...

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 096
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri