Ruhum sənə əmanət (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 7 733
Səs ver:
(səs: 0)
Fidan "Hələ onun univeristetə daxil olmasına çox var. 1 ilə qədər nə etməyi düşünürsən? Hə, planımızın ilk hissəsi ona toxunmamağın, onun oxumağına şərait yaratmağın idi. Daha sonrası? Sonrasında nə olacaq?" deyə Ayaza cavab verdikdə, Ayazın bu suallara necə bir cavab verəcəyini eşitmək istədim. Hələdə, ondan bir cavab gəlməmişdi...

Dərin, iç çəkişinin səsi qulağıma gəldikdə "Fidan bunuda zaman göstərcək. Mənim tək istəyim onun mənə, sənə bağlanmaması və öyrəşməməsidi... Əlimdən gəldiyi qədər onunla, sərt davranmağa çalışıram... Amma alınmır, çox vaxt... Sənə yalan dedim, əslində..."deyibdə susdu. Ona nə yalan demişdi?! Hec nə başa düşmürdüm! Başa düşmək üçündə, mənim daha çox sey etməyim vacib idi. Lakin, hər an birinin gəlməsi qorxusuda canıma işləmişdi. Nəticədə qapı arxasında durub, gizlincə iki insanın sözlərinə şahid olurdum!

Fidan "Dayan, dayan sən demə mən deyəcəm. Az əvvəl dediyin 2 manatlıq qoxu falan söhbəti boş bir söz idi hə? Sən əslində, o qoxuya tutulmusan"deyərək gülməyə başladı.

"Bir seyidə bilmə Fidan! Məni bu qədər, yaxından tanıma... Nə edim, özümü aldadmaq istəyirəmdə... O, qıza qapanmaq istəmirəm mən. İstəmirəmki məcburiyyətdən, məndən xoşu gəlsin. Amma bacarmıramki... Onun inciməsinə, pis olmasına bu ürəyim daya bilmir. Bu gün bataqlıq həyatımdan xəbəri oldu. Yarış maşınlarına qoşulub, bir gün o yarışda öləcəyini bilən insana niyə bağlansın? Niyə bunu özümə və Asyaya edim? Çox qarışığam bu aralar, Fidan... Hec nə bildiyin kimi deyil..."

Oha! Eşitdiklərim qarşısında səsim çıxmasın deyə dodaqlarımı əlim ilə tutdum. Az əvvəl nə eşitmişdim, indi nə eşidirəm!

"Ayaz gəl planımıza doğru hərəkət edək onda. Ortada onsuz bir oyun ya da bir yalan yoxdu. Sadecə planımız, Asyanın oxuması gözünün açılmasıdı. İşləri çətinləşdirməyib, arana kicik məsafə qoysan... Ki, artıq o məsafəni qoya bilməcəyinidə bilirəm... Off! Başından belə olacağını bilirdim. Bax, sənin nə qədər bataqlıq həyatın olsada, sən özündə yaxşı birisən. Həmdə sən bunlarla başını yorma, başını dayın qızı Sevil ilə yor. Gözün aydın əsl ilan bizlə yaşamağa gəlir"

"Ciddi ola bilmərsən! Onun burda nə işi var. Bir işimdə düz gətimir mənim. Deyəsən, mən Asyanıda götürüb bu evdən getməli olacam. İnana bilmireme, O dəli gəlib bizlə yaşayacaq!"

Sevil kim idi?! Növbəti ilanmı?! Onsuzda, Fidanın bir ilanlığı qalmamışdı. Qız bildiyin, mələk imiş..

"Onuda anandan soruş. Məndə də dedim elə. Evdə yeni evlənmiş iki insan var. Onsuzda biz çoxluq edirik, O hara gəlir? Nəysə danışdıqca əsəbləşirəm! Günümüz qara olacaq, hazır ol!"

Fidanın son dedikləri ilə burda daha çox qala bilməyəcəyimi başa düşüb, geri qayıtmaq istədim. Amma Ayazın "Asya indi hardasa olsa aşağı düşər. O, bu vaxtlar acır. Ona bir sey hazırlayıb, yuxarı çıxıram mən. Anamla isə sabah mövzu haqqında danışacam. Hə, birdə özünü bu evdə əskik bir insan kimi görməkdən əl çək. Sən mənim canımın içisən, dərd ortağım" deməsi ilə gedə bilmədim. Necədə gözəl ürəyə sahib idi...

Məni burda kimsə görmədən, öz otağıma gəldim. İlk başda eşitdiklərim ürəyimi yaralasada, sonradan eşitdiklərim ilə ürəyimə su sərpilmişdi... Dedikləri, beynimi qarışdırmadı deyildi... Mənimi düşünürdü? Ah, deyəsən elə idi.. Düşüncəli idi... Bunu ac olduğumu təxmin edərəkdə, bildirmişdi. Hələ, Fidanın ilan olmaması... Hazırladıqları planın mahiyyəti nə qədər xoşuma gəlməsədə, O iki insana məndə qapılıb getmiş vəziyyətdə idim. Həmdə, bura gələcək olan əsl ilana rəğmən...
Otağımın qapısı açıldıqda, Ayaz əlində olan boşqabla içəri daxil oldu. Tam zamanında...

"Ac olduğunu düşündüyüm üçün, bir seylər hazırladım..." deyərək əlindəki boşqabı mənə uzatdı. Məndə böyük zövq ilə boşqamı əlindən alıb divanda oturaraq yeməyə başladım. Çörəkdən dişləm aldıqca, bir gözümdə onda idi.
Sağ tərəfən çənə sümüyü batıq idi. Bu onunun çəkici göstərilən tərəfi idi.

"Xırda, mənə az bax... Yeməyini ye..." deyə qaşlarını çatmağa çalışdı. Məni isə gülmək tutmuşdu... Onun niyə belə etmə, səbəbini bilmək, mənə çox xoş idi. Bu halda, əyləncəli bir hal kimi görünürdü mənə.

"Çənə sümüyün diqqətimi çəkir. Oğlanları çəkici edən sey budu"

"Hər işimiz düz idi, bir dənə çənə sümüyümüz yox idi. Oda oldu tam oldu hə? O çənə sümükləri keçirtdiyim qəzaların nəticəsində sıxıb. Xatırlatmaq istəyirəm sənə yenədə, mənim normal həyatım yoxdu. Diqqətini çəkmək istəməyim, isə sonuncu istədiyim bir sey olar. Yeməyini tez, işığı söndürüb yatmaq istəyirəm mən"

Bu necə incitmək şəkili idi? İncitmənin, inciməyindən belə qorxurdu bu adam. Amma mənim adımda Asya idisə, məndə gecə yatarkən bir plan qurub, ona bu otağı dar edəcəkdim. Bu dəfə plan qurmaq sırası məndə idi!

"Mənə yemək gətirən sənsən! Sənə mənə yemək gətir, dedim?"deyib bilə - bilə sərt çıxdım ona. Belə bir cavab gözləmədiyindən ilk əvvəl duruxub qaldı.

"Nə azarlayırsan məni?! İnsanlıq etdimdə... Boğazından bir - iki tikə çörək keçsin dedim. Yemək yemirsən deyə, elə balaca qalmısan böyümürsən! Xəstə olub başıma qalmayasan deyə, yemək gətirdim sənə. Yoxsa səni düşündüyümdən deyil!"

Hə, inanmış kimi edərdim məndə!

"Sən get başqalarını düşün! Məni düşünüb edib, yara səpərsən sonra!"deyib divandan ayağa qalxdım. Meydan oxumaları, onunla didişməyi çox sevirdim.

"Başqası falan yoxdu! Elə danışıb əsəbimi korlama mənim! Get yat, gözümdə görməsin səni! Zəhləm getmiş, xırda!"

"Mənimdə səndən zəhləm gedir! İşığı söndür!" deyib hec vaxt itirmədən yerimə uzandım. Bir dəqiqə olsun belə vaxt itirmədən, məni əsəbləşdirməyi bacarırdı. Özüm qaşınsam, belə!
Dəqiqələr keçdikdən sonra işığın sönmədiyini gördüm. Çevirilib ona baxdıqda, divana uzanıb üstünü örtdüyünü gördüm. İşığı niyə söndürməmişdi?! Mənim hərəkətimi təkrar edirdi?!

"İşığı kim söndürəcək? Söndürdə o işığı!"dedim dayana bilməyib.

"Bizim buralarda işıqları söndürmədən yatırlar"dedi ilk gündə olan sözümü təkrar edirmişcəsinə! Əsəblə yerimdən ayağa qalxıb, onun sözünü təkrar edərək "Bizim buralarda, işıq sönür amma!"deyib yerimə daxil oldum.

Bu gün nədənsə səhər yuxudan tez ayıldım. Ayılar ayılmaz, ilk işim divana baxmaq oldu. Ancaq, Ayaz yerində yox idi. Havanın qara buludlarla örtüldüyünü gördükdə, pəncərəyə yaxınlaşıb çölə baxmaq istədim. Gördüyüm mənzərə isə böyük ağacdan asılı olan ipli yelləncəkdə, Ayazın Fidanı yellətməsi oldu. Üzləridə də böyük gülüş vardı... Onların bu halı xoşuma getmişdi. Onları kəşf etmək, məndə xoş təsürat yaratmışdı. Yaxşıki, səhv olsa belə onlara qulas asmışdım. Məni görməklərini istəmədiyim pəncərə kənarından çəkildim. Anidən gözlərim, güzgüdə olan əksimə yansıdı. Üzümdə hec bilmədiyim bir təbəssüm vardı. Qaynağının səbəbi Ayaz ilə Fidan idi... Amma, onların belə biri olması mənim niyə xoşuma gəlmişdi? Niyə bu qədər rahat bir həyat bəxş etmək istəyirdilər mənə? Kicik suallarımı düşünüb, üstümü dəyişərək aşağı düşdüm. Mətbəx masasında üz - üzə Ayaz ilə Fidanın olduğunu gördükdə "Sabahnız xeir"deyib özümə çay süzüb Ayazın boş qalan yanına keçdim.
Ayaz içdiyim çay bardağına baxıb "Bir seylər niyə yemirsən?"dedi. Ona gözlərimi süzdürərək "Mən səhərlər yemək yemirəm. Bunu nə əcəb bilmirsən, canım"dedim. Son sözümə görə yediyi yemək boğazğında qalmış olacaqki, öskürməyə başladı.

"Halal, halal sənə nə oldu həyatmın parçası?" dedim. Arstiliyimi sevsinlər!

Ayaz hələdə öskürməyə davam etdikdə, Fidan çörəyin üstünə pendir dilimi qoyub mənə uzatdı. Planlarınmı unutmuşdu?

"Al ye bunu... Onsuzda balaca bir seysən, başımıza qalma sonra!"dedi

Ayazla eyni sözü təkrar edib dururdu!

"Mən səhərlər hec nə yemirəm dedim!"dedim

Fidanın əlində olan çörəyi Ayaz alıb "Yeyəcəksən!"dedi. Deməyi ilədə çörəyi ağzımın arasına basdı. Bu qədəridə çox idi amma!
"Fidan deyəsən bu gün sağ ayağı ilə durub. Gözlərim yaşardı,lap"dedim onları qıcıqlandırmağa çalışıb. Fidan son tikəsini ağzına ataraq ayağa qalxıb "Ayaz bu yoldaşına nəsə de! Sonra onu sancanda, ilan mən oluram!" deyərək yanımızdan getdi.

"Həyatımın parçası nədi? Az qalsın, boğulub öləcəkdim!"

"İlan yanında rol oynayırdımda! Sənə həyatmın parçası deməyə hec maraqlı deyiləm! Sən çıx get işinə!"

Özüm öz dediyimə inanmamışdım. Mənim içimdə, nələr yatırmış.

"İmkan versən, məni öldürməyə çalışmasan gedəcəm! O çörək dilimin hamısı bitmədəndə, bu masadan qalxmaq yoxdu! Bilmiş ol!"

Gözü ilə görüb tez getsin deyə, çörəkdən böyük bir dişləm alıb yedim. Yoxsa gedəcəyi yox idi. Başıma cəllad kəsiləcəkdi! Yeyib bitirdikdən "Yedim!" dedim.

"Afərin belə, sözə baxan qız ol" deyib yanımdan ayağa qalxdı.

Məndə daha axşam yatarkən, beynimdə qurduğum planlarıma əsasən hərəkət edəcəkdim!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 7 733
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri