Zindan həyat (46-cı bölüm)

Şərhlər: 5
Baxılıb: 5 045
Səs ver:
(səs: 3)
Artıq altı gün keçmiş nişana bir gün qalmışdı evdə hazırlıqlar gedirdi Lalə dərsdən 1həftəlik icazə alıb evlərinə getmişdi bu bir həftə heç də asand keçməmişdi Lalə üçün bir tərəfdən evdəkilərin sorğu sualı bir tərəfdən Əlinin dəlilikləri artıq öz evlərində belə rahatlıq yox idi....Lalənin anası Şəhla evdə kiçik nişan yəni həri aldıqlar üçün Laləyə oğlanın gəlməməsini deyir sonra böyük nişan edərik yada toyda nişanıda qeyd edərik
Lalə:bəs üzüyü kim taxacaq?
Şəhla:heç görməmisən axı hə veririk nənəsi ilə bacısı gələcək bacısı taxarda....
Lalə üçün heçnəyin fərqi yox idi bacısı taxmış özü taxmış heç bir mənası yox idi onunçün ama Əli bunu qəbul etmədi mənim nişanımı başqası niyə taxmalıdı deyə Lalə ilə mübahisə edirdi...Lalədə ona burda dəb belədi sonra böyük nişan edərik orda sən taxarsan fərqi nədi axı!
Əli:fərqi çoxdu bir dəfədə nişan olsa min dəfədə olsa hamısında özüm taxmalıyam...
Lalə nə qədər istəsədə Əlini fikrindən daşındıra bilmir Lalə bunu məcburən anasına deyir Şəhlanın Əlinin belə inatcıl olmasından heç xoşu gəlmədi:diyəsən yavaş yavaş özün görsədir adam bir başa düşən olar bu nə deməydi....deyə Şəhla Əlinin arxasınca deyinirdi Lalə artıq indidən Əli ilə anası arasında qalmışdı..Lalənin anası bu işə razı olsada heç də istəmirdi Əlidə hiss edirdi bunu Laləyədə demişdi:anan məni sənə yaraşdırmadı diyəsən hələdə fikri Nazimin yanındadı........deyə Lalənin beynini doldururdu......Hamı öz nişanını səbirsizliklə gözləyərkən Lalə isə bircə tez olub bitsin deyə dua edirdi artıq yorulurdu Əlinin qısqanclıqlarından...Axşam düşür hamı yatağına çəkilmişdi təbiki Lalədə Əli danışırdı Əli nə edib eləmiş Şəhlanın fikrini dəyişmişdi Əlinin nənəsidə zəng vurub Şəhladan icazə almışdı Əlinində nişana gəlməsi üçün Şəhlada yaxşı gəlsin üzüyü taxıb çıxsın! demişdi Əli Lalə ilə danışıb nişan günlərində belə qanını qaraltacaq bir şey tapırdı...axşam teldə danışarkən Lale səhər salona gedəcəyini deyəndə Əli:özün evdə həll edə bilməzsən niyə çıxırsan axı birdə evdən mən burda olsaydım yenə özüm aparardım
Lalədə özünü edə bilməyəcəyini mütləq getməliyəm deyirdi Əli isə biraz danışdıqdan sonra salonun yerini soruşurdu Lalədə Əli tanısın deyə:Nazimgilin məhlələrindən yuxarıdaki yolda
Əli(elə Nazim adını eşitmişdiki dəliyə dönür salona Nazimi görməkçün gedirsən başqa salon yoxdu niyə məhz ora Lalədə həmişə getdikləri ustaları orda olduğu üçün həmdə kənddə ən yaxşı usta o olduğu üçün ora gedirəm desədə Kor tutduğun buraxmır orda Nazimə görə gedirsən nişan günündə onunla görüşəcəysən deyirdi...Lalə Əlinin belə danışıqlarına daha çox dayana bilmirdi artıqLalənin bütün əsəbləri korlanmışdı hər sözdən ağlıya bilərdi yenədə ağlıyaraq:vapşe getmirəm nişanıda istəmirəm gəlmə bizə bitsin bu iş!!! deyib teli söndürdü bu hərəkətə Əli dahada dəliyə dönürdü artıq beynindəki senarini yazmış filmini çəkmişdi Lalə məndən ayrılıb Nazimlə birgə olacaq ona görə belə edir ....deyə düşünürdü
Ama mən buna icazə vermərəm deyib teli götürüb yenidən Laləyə zəng vurur Lalə nə qədər göterməmək istəsədə Əli dayanmadan zəng vurur mesaj yazırdı biraz keçdikdən sonra Lalə teli açır Əli bu dəfə şirin dilini işə salaraq Lalənin könlünü almağa çalışırdı indi çatmışdı onaki sabah onların nişanıdı gözəl bir xatirə qalmalı idi bu gündən daha dava dalaş yox ama Əli ilə bu mümkün olan bir iş deyildi...Əli Lalə ilə danışıb onu sakitləşdirirdi üzr istəyib onu bağışlamasını deyir ama bir tərəfdəndə sözündən dönmürduü əyər o salona gətsən mənim özümdən asılı olmayaraq düşünəcəmki Nazimçün gedirsən........Lalədə getməyəcəm arxayın ol!sabahda heç nəyə hazırlanmayacam elə belə çıxacam
Əlinin sanki ürəyindən idi elə bu:Canın sən hər halınla mənə çox gözəlsən əlavə heç nə lazım deyil......
Lalə əsəbindən partlayırdı :sən toydada belə edərsən sən belə gözəlsən deyib yuxudan durdugum kimi toyuma gedərəm
Əli:istəsən niyə olmasın
Lalə:offfffff Əliii bəsdi daha!!
Əli:yaxşı canım əsəbləşmə sabah bizim günümüzdü yataq artıq səhər tez durmalıyam
Lalə:(ürəyində -hə sabah bizim günümüzdü ama sayəndə zəhər elədin o günüdə)
Əli:səni sevirəm birdənəm gecən xeyirə
Lalə:mənsə səni sevmirəm
Əli:nəəə???
Lalə:heççç deyirəm sənində gecən xeyirə
Əli:bəs sən məni sevmirsən??
Lalə(bu suala heç cavab vermək istəmirdi bir bəhanə tapıb teli qoymalı idi)ayy Əli mamam məni cağırır yaxşı daha səhər danışarıq.....deyib teli söndürür........Və yatağına uzanıb yatmağa çalışır ama yuxusu gəlmirdi Lalə hələdə nə elədiyini nələr olacağını anlamırdı bu düşüncələrlə yuxuya gedir və dəhşətli bir yuxu görür..Lalə yuxuda hər tərəf qaranlıq idi məni kimsə əlimdən tutub aparırdı hər tərəf elə qaranlıq idi ki heç nə görsənmirdi hətta məni kimin apardığını belə görmürdüm çox qorxulu idi ətraf səs küylü yer idi birdən arxadan məni kiminsə çağırdığını eşitdim üzümü çevirib baxanda dəhşətə gəldim anamla atam bir ağacdan asılmışdı məni çağıran isə Gülər idi anamla atamı elə görəndə ayaqlarım yerə yapışdı daha gedə bilmirdim onlara tərəf qaçmağa çalışsamda əlimdən tutub aparan adama gücüm çatmırdı onun əlindən qurtulmağa çalışsamda alınmırdı arxa arxayada olsa o məni dartıb aparırdı mən nə qədər qışqırsamda səsimi heç kim eşitmirdi Gülərsə durmadan:Lalə qayıt Lalə getmə yol yaxinkən geri qayıt deyirdi mən istəsəmdə geri qayıda bilmirdim hara getdiyimidə görmürdüm anamla atamın görüntüsü isə gözümün önündən getmirdi durmadan ağlayıb qışqırırdım ama qolumdan tutan adamın heç nə vecinə deyildi onun üzünə baxmağa çalışsamda görmürdüm sonda birdən dayandı və məni götürüb bir quyuya salatdı onun əlindən tutub yalvarırdım məni buraxmasın deyə ama o " sən buna layiqsən" deyəndə bu səs mənə tanış gəldi buki Əli idi birdən onun üzünü gördüm görən kimidə o mənim əlimdən buraxdı və mən qışqararaq boşluğa doğru getdim qışqıraraq yuxudan ayıldım,tər su içində idim bunun yuxu olduğu üçün Allaha o qədər təşəkkür edirdimki hər şey o qədər canlı görünürdüki sanki həqiqətdə olmuş kimi..səsimə anam otağın qapısın açıb girdi məni belə görüncə yanıma gəldi çox qorxmuşdum anamla atamı elə asılı gördüyümdə anamı qucaqlayaraq ağlamağa başladım
Şəhla:(Laləni qucaqlayaraq)Qızım yaxşısan Lale nə olub axı....yuxumu anama danışdım ama o boş ver həyəcannan yuxunu qarışdırmısan deyib fikrimi dağıtmağa çalışdı
Şəhla qızını sakitləşdirməyə çalışsada özüdə bu yuxunun nəyəsə işarə olduğunu hiss edirdi sanki və qızına:əyər sən istəmirsənsə bu dəqiqə hər şeyi ləğv edərəm Lalə istəmirsənsə özünü məcbur etmir...
Lalə:yox mama elə belə yuxu idi bir yuxuya görə nişanı geri qaytarmayacamki....Şəhla biraz danışdıqdan sonra otaqdan çıxır Lalə isə hələdə yuxunun təsirində idi:Aman Allahım bu nə idi axı bu nə yuxu idi belə bəlkədə mənim əsəblərim korlanıb ona görə bu yuxunu gördüm tamda gününü tapdın görməyə nişan günü bu nə yuxu idi axı gördüm Allahım sən özün kömək ol.......deyib ayağa qalxır və otaqdan çıxır bugün onun nışanı idi hazırlanmalı idi ama heç həvəsi yox idi bacısı və xalası qızları gəlib Laləni belə halsız görüncə səbəbin soruşsalarda Lalə heç nə demir qızlar bəs salona getmirsən deyə soruşanda
Lalə:yox getmirəm özüm bir şeylər edəcəm
Şəlalə:axı burduracaqdın??
Lalə:fikrimi dəyişdim düz uklatka edəcəm..
Lalənin (xalası qızı)istəsən mən edə bilərəm buruq sənünçün düzəldək...Lalədə raşılaşır xalası qızı gətirib onun saçlarını burur sonda isə Lalənin saçı tamda buruq olmasada dalğalı gözəl bir saç düzümü alınır qızlar Lalənin makyajınıda edib onu hazır edirlər artıq Əligildə çıxmış gəlirdilər Əlidə səhər qalxmış duşa girdıkdən sonra əyninə yeni aldığı kastyumunu geyinir nənəsigilidə götürüb Laləgilə yola düşür...qonaqlar hamısı gəlmişdilər artıq Lalə həyəcanlanmağa başlayırdı bu qədər insan yığılmışdı kiçik bir nişan idi əslində ama Lalənin ordakı adamlar belə üstünə üstünə gəlirdi sanki hava bugün tutqun idi sanki yağış yağacaqdı bəlli idi və Əligil artıq çatmışdılar Laləgilə onlar elə maşından düşən kimi yağış yağmağa başladı sanki onların gəlməsini gözlüyürmüş kimi ildırım çaxır yağış durmadan yağırdı Əligil tez həyətə girib pilləkənlərin yanında dururlar onları içəri dəvət edirlər yavaş yavaş içəri girərkən Lalədə ayağa qalxır içəridə qızlar musiqi qoşmuş ortamda biraz nişan abu havası yaratmışdılar Əligil içəri girmişdilərki işıqlar sönür hamı təəccüblənir Lalənin dayısı narahat olmuyun generator var qoşarıq indi Laləgilin oturduğu ev içəridə olduğu üçün işığın sönməsi ilə ortalığa qaranlıq çökür həmdə hava tutqun idi Əligil durub qapının ağzında gözlüyürdülər Əlinin bacısı əl kamerası ilə çəkdiyi üçün içəri girmir işığın yanmasını gözlüyürlər Lalənin dayısı aşağı düşüb generatoru qoşmağa çalışsada generator işləmək bilmirdi sanki hər şey bu nişana qarşı idi yağış durmadan yağırdı Lalənin dayısı nə qədər elədisə generatoru qoşa bilmədi 15dəq keçdikdən sonra isə işıqlar özü yandı və hamı heç nə olmamış kimi nişana qaldığı yerdən davam etdilər Əli içəri girdi Lalənin həyəcandan ürəyi əsirdi yerində belə zorla dayanmışdı Lalənin qohumları arxada dayanıb nesə danışırdılar Lalə sanki pışıltı ilədə olsa onları eşidirdi:Ay qızz buna bax Bakıya getdi oxumağa bidənə oğlan tapdı gəldi.
-deməyə oğlanda pis deyilhaa yaraşıqlıdı
-az yarışıqlıdı həmdə pullu restoranı zadı var
bu Lalə az aşın düzu deyilmiş....Lalə sanki eşitdiyi sözlərdən şoka düşmüşdü çevirilib arxaya baxanda atasının qohumları olduğunu görür danışanlar sanki heç nə olmamış kimi Lalənin üzünə baxıb gülürdülər ...Əli artıq Lalənin yanında idi əlindəki gülü Laləyə verib yanında durur:Laləə çox gözəl görünürsən
Lalə(heç nə deyə bilmirdi bu səs yenə ona yuxunu xatırladırdı)
Əli:bəs deyirdin özüm bacarmaram elə etmisənki heç deməssən elə bilərsənki salondan gəlmisən
Lalə:özüm etməmişəm qızlar edib
Əli:ama çox gözəl ediblər

Beləcə nişan öz axarı ilə davam edirdi artıq üzükləri taxmaq sırası idi Əlinin bacısı qabı gətirib onların önünə qoydu Əli üzüyü götürüb Lalənin barmağına taxdı Lalənin sanki o an ürəyindən bir şey qopurmuş kimi oldu həyəcandır deyib üstündən keçdi oda üzüyü götürüb Əlinin barmağına taxdı hamı alqışla Əlinin bacısı Bahar şərfii çıxarıb onun çiyninə atdıb görüşüb təbrik etdi hamı bir bir görüşüb Lalə ilə Əlini təbrik edirdi Əlinin nənəsi gəlib Lalə ilə görüşüb ona nişan hədiyyəsi olaraq sırqa və üzük bağışladı Lalə ilə Əlini təbrik edənlərin arasında Lalənin qohumları yəni xalası dayısı əmisi uşaqlarıda var idi təbiki oğlanlar Əlinin gözündən qaça bilməzdi o bir bir hamıya nəzər yetirirdi...sonra isə onlar tort kəsdilər,şəkillər çəkdirdilər beləcə artıq nişan sona yetirdi Əlinin nənəsi ayağa qalxıb bir daha təbrik edib biz daha gedək yolumuz uzundu Allah xoşbəxt eləsin deyib ayağa qalxdılar onları yola saldıqdan sonra Lalə otağına gedib tez əynini dəyişdi ürəyi çox sıxılırdı..Lalənin qohumları isə hələ getməmiş onlarda idilər hələ bəzi qohumları sırf Laləyə gələn xonçalara baxmaqçün dayanmışdılar Lalə onları görməyə belə dözmürdü....Beləcə gün sona yetmişdi artıq səhər açılırdı Lalə bugün dərsə qayıtmalı idi evdəkilərlə görüşüb evdən çıxır Əli heç zaman itirmədən rayona gəlmişdi özü aparacaqdı Laləni Laləyə zəng vurub evdən çıxmamasını özüm gəlib aparacağını deyir Lalədə evdə onu gözlüyür Əli artıq qapıda idi Lalənin anası əvvəlcə etiraz etsədə buna Lalə artıq o mənim nişanlımdı kim nə deyə bilər axı
Şəhlada:qızım camaatı bilmirsən hərə bir söz deyər yaxşı get ama ehtiyyatlı ol ordada daha nişanlıyıq deyə çox bir yerdə gəzməyin yaxşı mənə tez tez xəbər et.
Lalə:yaxşı....anası ilə görüşüb evdən çıxırlar Əli Şəhlanı görüncə maşından düşüb onunla salamlaşır görüşmək istəsədə Şəhla məsafə saxlayırdı sadəcə əl tutaraq kifayətləndi..
Əli:Şəhla xala siz heç narahat olmuyun Laləni orda gözüm kimi qoruyuram
Şəhla:men narahat deyiləm Laləni qorumaqda lazım deyil oğlum sən işinde oda dərsində olsun.....Şəhla sanki bir cümləylədə olsa fikrini çatdırmaq istəmişdi Əliyə....və onlar birlikdə maşına minib şəhərə doğru yola düşürlər......

Ardı var...
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 5 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri