Əzilmiş fotoşəkillər (15-ci bölüm FİNAL)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 34 198
Səs ver:
(səs: 15)
Tanış oduqları, sevişdikləri bu illər ərzində, doğrudan da çox ayrılıqları omuşdur. Bir günlük, iki ay yarımlıq.... Amma İlahənin bu gün Ramilsiz keçirdiyi bu bir neçə saatdakı qədər heç vaxt yalqız qaldığı olmamışdı. Heç vaxt Ramildən ötrü bax bu cür burnunun ucu göynəməmişdi.
Məhz indi bütün  çılpaqlığı ilə başa düşdü ki, bu son günlərdə umu-küsülüklərə, narazılıqlara baxmayaraq, Ramili düşündüyündən də çox sevir....
Rza mobil telefonla ora-bura zəng vurmaqda idi. İlahə də boynunu büküb bu saraya bənzəyən zlı ağzıaçıq seyr edirdi.
Rzanın səsi onu xəyaldan ayırdı..
- Yarım saatdan sonra zəng vurub nəticəsini deyəcəklər.
İlahə səsi titrəyə-titrəyə minnətdarlığını bildirib ,,Mən gedə bilərəm,, sualını verdi. Aynurə onun qolundan tutub zalın yuxarı başına, iri masaya tərəf çəkdi..
- Az, gəl bir tikə çörək yeyək. İlk dəfə evimizə gəlmisən. Qonaqsan. Ona kimi də hə-yoxunu bilərsən.
İlahə boyun qaçırsada mümkün olmadı. Bir süfrə açılmışdı ki, gəl görəsən. Elə bil əvvəlcədən hazırlıqlı idilər.
...Rza da gəldi. Üçlükdə əyləşdilər. Aynurə qılığına girə-girə, zaraftlaşa-zarafatlaşa İlahənin yeməsinə çalışırdı.
Rza ,,Faber,, şampanı partlatdı. Söylədiyi sağlıq da qəribə oldu.
- İçək cəngəllik gözəlinin ərinin azadlığı şərəfinə.
İlahə içməkdən boyun qaçırdı..
- Mən içki içmirəm.
Rza güldü..
- Bəs məhəbbət? Bəs yuxusuz gecələr? Demək sən dəlicəsinə sevdiyin ərinin azadlığını istəmirsən?
Ayka biz bundan sədaqətliyik! Gəl qonşumuzun sağlığına axıracan içək.
- Nə olar, zəng edin də, yarım saat keçdi.
Rza.. - Mən səndən incimişəm, zəng də eən deyiləm,
Aynurə - Rza yekə oğlansan zəng elə. - deyib İlahəyə tərəf çıxanda Rza narazı-narazıtelefonu götürdü, bir-iki düyməsini yığdı ,,Hələ cavab vermirlər,,dedi
Nəsə çox gərgin bir atmosfer yaranmışdı...Bircə zəng edilsəydi... Bircə Ramili buraxaydılar...
Rzadan bir daha xahiş etdi ki,zəng eləsin. Elə bu vaxt Rzanın telefonuna zəng gəldi. Amma o telefonu götürmədi.
Aynurə.. - Rza, niyə götürmürsən? Bəlkə Ramilin işinə görədir?
Rza..- Elə onun işinə görədir də. Ancaq götürən deyiləm. Çünki İlahə bizi saymır, xətrimizə dəyir.
İlahə əli əsə-əsə bakalı götürdü, qurtumlayıb masanın üstünə qoyanda, Rza yerində dikəldi.
- Yox, şərtimiz şərtdir. Axıradək içməlisən.
İlahənin bakalı ağzına qaytarıb içməkdən savayı əlacı qalmadı. Qardaşla bacı isə xorla onu ruhlandırırdılar.. - Bir az da! Az qaldı! Afərin!
Rza cəld telefonu götürüb nömrə yığdı. Ramilin adını soyadını təkrarladı, ,,Bir qədər cəld olun,, söylədi.
İlahə indiyədək heç vaxt keçirmədiyi hislər keçirirdi. Başı ağırlaşmış, beyni dumanlanmışdı.... Sonra Rza şüşəli bardan bir fujerdə içki gətirib verdi ona, İlahə bakalı süfrəyə qoydu, qəti oaraq içməyəcəyini bildirdi. Amma Rza heç cür ondan əl çəkmir, az qala yalvarırdı ki, içsin.
Nəhayət İlahə Rzanın dilətutmalarına tab gətirə bilmədi. İçdi, dərhal da elebildi divarlar üstünə gəlir.
Güclü bir təkan sanki, onu divanın üstünə çırpdı...
Niyə yanıb söndün ulduzlar təki,
De, hansı arzunla tən olmamışam!
Sən elə, sən elə yaşayırsan ki,
Guya bu dünyada mən olmamışam.
Bu bəndi Ramil ona ilk dəfə küsdükləri vaxt köçürüb vermişdi. Onda İlahə Ramilə naz satır, ondan qaçıb ürəyini dağlamaq istəyirdi...
İndi burada, bu mənzildə, yad bir kişinin yatağında üzü üstə çöküb nədənsə bu misraları xatırladıqca hönkürürdü...
 Hardasa uzqlarda qürurlu, namuslu, heysiyyətli yüksəklik vardı ki, indi o yüksəklikdən xirtdəyəcən bataqlığa yuvarlandığını hiss edirdi...
 Qapıdan çıxanda İlahə başını yerə dikib pıçıldadı..
- Aynurə qurban olum, heç kim. heç nə danışma. Aramızda heçnə olmadı onsuzda.
Aynurə istehzyla..
- Az, arxayın ol, əlbəttə aranızda heç nə olmadı, - deyib yola saldı.
Həmin gün səhər ertədən gəlib yerinə girən idi... Səhəri dirigözlü açmış qaynanasına dilucu ,,Ramili buraxıblar indilərdə gələcək,, deyib yatağa girmişdi. Bir qədər keçmiş bədəni istilənməyə, yanmağa başlamışdı. Sonra da qəfildən qıc olmuşdu....
Ayılanda hamını, o cümlədən Ramili də başının üstündə görmüşdü. Hönkürtüylə ağlamışdı, düşünmüşdü ki, gec-tez murdarlandığını biləcəklər. Heç yarım saat keçməmiş yenidən bayaqkı vəziyyət təkrarlanmışdı.
 Heç kəslə danışmırdı. Hərdən məcburiyyət qarşısında qalanda ,,Hə,, yaxud ,,Yox,, ifadələrini işlədirdi, vəssalam...
Ertəsi gün Ramil evə tez gəldi, yüngülcə bazarlıq da etmişdi. İyunun 14-ü idi. Sabah düz bir ili tamam olurdu qovuşmalarının.
 Sən demə, İlahə kimi, Ramil də xatirələrlə yaşayırmış...
İlahəyə yaxınlaşıb ehmalca əyildi, yanağından öpdü..
- Sabah bir ilimizdir...
- Hə...
- Sabah bir az gec gələcəm, pulla. Qeyd edərik...
Bu gecə səhərədək xatirələr və xəyallar ilğımında azdılar. Heç istini də velərinə almadılar. Yenə də təkrarən, dönə-dönə bir-birlərinə sarılıb o qədər sevişdilər ki... Elə bil, Ürəklərinə dammışdı ki, bu sondu...
 Səhər saat 11-də Ramilə gəldi ki, bəs səni qonşu çağırır. Ürəyi ayağının altına düşdü.Həmin dəhşətli gecədən sonra qonşuları onu itirib axtarmamışdı, o da elə başa düşmüşdü ki, Rza bir gecəlik istəyinə çatdığı üçün daha onu narahat etməz. Ancaq budur... Yenə başlandı...Aynurə ona qısaca dedi.. ,,Saat üçdə bizdə ol. Rza səni gözləyəcək,, İlahə də qısaca cavab verdi..   ,,Gözləməsin gəlməyəcəm,,...
Üstündən nə qədərsə keçdi. Ramilə yenə gəlib onu çağırdı ki, səni qonşu çağırır. Yenə getdi. Aynurə ona ağzıbağlı zərf verdi.. ,,Rza dedi açıb baxsın, şəkillərdir, vurar albomuna,, - söylədi.
Əlləri əsə-əsə zərfi açdı. Üstəki şəklə baxma bəs idi.. Lümlüt uzanan o, üstündəki üzü görünməyən kişi isə, təbii ki, Rza idi...
Şəkilləri cırır, sonra cırıqları yenidən hissələrə bölür, hönkürürdü... Dünənə kimi bu qəddar, zalım dünyada ümid edib dözmək üçün bircə dənə də olsun tutalqa var idi ki, bu tutalqadan tutub birtəhər yaşamaq olardı... Bu son idi... Bu günün sabahı olmayacaqdı... Bu gün son qoyulacaqdı şərəfsizliyə...
 Ani olaraq qəbul etdiyi qərardan vahimələndi, elə bil, bədəni boyunca qarışqalar gəzməyə başladı...
Bəlkə gedib Rzaya yalvarıb-yaxarsın. Axı o da insandı. Onu da ana doğub. Arzularım var, istəklərim var. Heç bilirsən neə istəyirəm güzəranım düzəlsin, övladlarım olsun?! Necə arzulayıram valideyinlərimlə barışım, yenə onları görə bilim! Qurban olum sənə qoy rahat yaşayım...
Amma yox... Bunun heç bir xeyri olmayacaq...
Bəlkə hər şeyi açıb Ramilə danışsın? Əridir də... Neyləyəcəkdi Ramil bunu borclu çıxaracaqdı ki, onların xarabasına niyə Ramiləsiz, ya da anamsız getmişdin.Heç bunu borclu çxartmasa belə, Rzanın üstünə getsə guya neyləyə biləcəkdi ki, hünəri çatsa vurub öldürüb həbsxanaya düşəcəkdi, çatmasa da, Özünü tutub basacaqlar içəri. Elə o narkotik söhbətini də, Allah bilir, o qansız düzüb-qoşmuşdu.
 Necə olsa da, adı bədnam olacaqdı, aləmə yayılacaqdı ki, Rza onu lütləyib başına oyun açıb...
....Dizi üstə yerə çökdü... Daha aya üstə durmağa taqəti də yox idi.
Demək doğrudan da bu son idi... Gözlərindən yaş elə böyük gilələrlə süzülürdü ki... Biləyi ilə gözünü silib sonuncu dəfə baxırmış kimi otağa - bir illik ömür keçirdiyi  bu otağa baxdı...
Məleykə arvad uzanmışdı. Ona dedi ki, yuxumu qarışdırmışam. Gedib evimizə baş çəkib gəlirəm. Bu bir ildə birinci dəfə idi ki, gəlini evlərinə getmək istəyirdi... Arvad xeyli təəccüblənsə də, heç nə demədi....
,,Demək bu son idi... Son idi...,,
 Cəmi saat yarımdan sonra ürəyi həyəcanla vura-vura evlərinin qapısını döydü. Bacısı qapını açdı,donub qalmış halda xeyli onu süzdü,sonra ,,Ana, İlahə gəldi,, qışqıraraq boynuna sarıldı. Anası gəlib təəccüblə onlara baxdı. O da qızlara qouldu. Nədənsə hər üçü ağladı...
 Evə keçdilər. Bir il görmədiyi evləri üçün, öz otağı üçün burnunun ucu göynəyirdi... Otaqda özünə aid heç bir əşyanın qalmadığını dərhal sezdi, qüssəli üzü daha da tutuldu...
Anası hey soruşurdu..
- Sən canın, nə olub ki gəlmisən, Bəlkə, dalaşmısız, incidib səni o alçaq?!
- Axı indiyədək heçvaxt gəlməmişdin. Birdən-birə gəlməyin mənə qəribə gəlir..
 O da ,, Heç, elə-belə gəldim sizi görüm,,  
- Cehizlərimi əşyalarımı neynədiz ki?
Qəfildən verilən sualdan anası tutuldu, bəzilərini atan geri qaytardı, bəzilərini isə ona-buna payladı.
- Ay insafsızlar, heç olmasa burda ramkada uşaqlıq şəklim var idi, onu saxlayaydız da, - deyib İlahə içini çəkdi.
...İnarə dəqiqəbaşı onu qucaqlayıb öpür, az qala duz kimi yalayırdı... Zarafat eləyir, bir-iki uşaqlıq xatirəsi danışıerdı ki, bəlkə,bacısının üzünə qonan bulud dağıla. Anaları isə mətbəxə keçmişdi.
Həyətə baxan eyvana çıxdılar. Bir-bir qonşuları soruşdu, o necədi, bu necədir.
Mətbəxə keçib qazanı açdı, anasının bişirdiyi yarpaq dolmasından ikisini götürüb çörəksiz ağzına qoydu.
- Süfrə hazırlayıram axı, - söyləyən anasına..- Yox e, ac deyiləm. Eləcə sənin xörəyinin ətri bihuş elədi deyə dadına baxdım, - söylədi...
 Hamama girdi. Duş qəbul etməyi necə xoşayırdı. Orada isə bu zövqdən də məhrum olmuşdu. Vedrədə su qızdırıb çimirdilər...
Su kranını açıb gözlərini yumdu, üzündə təbəssüm suyun səsini dinlədi. Qəfildən duşdan gələn suyun səsi dəyişdi, şırıltıya çevrildi. Bu şırıltıya spirt qoxulu kişi nəfəsindən, bədəninin hər bir əzsına kobud bir müdaxilə, vəhşi basqın hiss etdi.
Tez hamamdan çıxdı. Qapının ağzında durub onu gözləyən anasıyla bacısına..- Mən getdim, - söylədi. Bayaqdan bəri ,,O boyda yol gəlmisən, bircə gecə qal,, deyə onu dilə tutmaqda olan anası bu dəfə ,,Barı atanısa gözlə,, dedi. Ancaq İlahə ,, Yox, getməliyəm, tələsirəm,, söyləyib onlarla qucalaşdı. Ağlamamaq üçün dişi ilə dodağını nə qədər gəmirsədə, axırda hönkürdü. Hər əli ilə bir əzizini qucaqlamış halda onları öpüşlərə qərq edə-edə hey ağladı.
Anasının ciddi cəhdlə ovcuna basmaq istədiyi pul bükülüsünü götürməyərək qapını açıb çıxdı. Eşitdiyi son sözlər sanki kürəyini alışdırıb-yandırdı..
- Anan qurban, məni nigaran qoyub gedirsən. Bu nə gəlişdi anlaya bilmədim...
Avtobusun maqnitoasında nəsə bir musiqi səslənirdi. Fərqinə belə varmırdı ki kim oxuyur, nəyi oxuyur..
Beynindəki həmin o xoşbəxt günlərinin yadigarı idi..
Kim derdi ki, seninle
Bir gün ayrılacağız...
Heyif ki, son dəfə Ramili görə bilməyəcəm... Bircə dəfə, tək bircə dəfə boynuna sarılıb hönkürə biləydim kaş ki...
Gedirdi. Sel kimi axan göz yaşlarını, hönkürtüsünü onu təəccüblə süzən yol yoldaşlarından gizlədə bilmirdi. Bir müddət öncə Aynurənin gətirdiyi şəkilərinin cırıqlarını sıxdığı ovcunda indi doğma evlərinin vanna otağından götürdüyü ,,Rapira,, lezvasını sıxmışdı...
 Bu da son... Demək, belə olurmuş vaxtsız sonlar... Onu özüm gətirdim... Öz əllərimlə... Hamı öz vaxtsız sonunu özü gətirir.... öz əlləriylə...
Axşamüstü tövlədən Məleykə arvadın dəhşətli çığırtısı eşidildi.
İlahənin cəsədi üzü üstə yerə düşmüş halda idi. Yanında qan göllənmişdi...

İndi İnarənin beyninin qəbul etdiyi ən son qida o idi ki, İlahəni Rza öldürmüşdü. Onu intihara məcbur etmişdi. O cəhənnəmdə eynən buna verdiyi bihuşedicini verib, sonra yazığı başına oyun açıb, kişiliyə yaraşmayan binamusluq göstərərək kameraya çəkmişdi...
...İnarə yıxılıb divanda qalmışdı. Nə canının yanğısını söndürmək üçün durub bir stəkan su içirdi, nə ara vermədən zəng çalan telefonu götürürdü...
 Neyləsin, bu günə kimi bacısının ölüm səbəbini bilmirdi. Düzdür əzab çəkirdi, rahat olammırdı, əzizini nə səbəbə özünə qıydığını öyrənmək ən böyük istəyinə çevrilmişdi. Amma indi bunu bilirdi,düşməni tanıyırdı. Di gəl ki, atacağı növbəti addımı müəyyənləşdirməkdə çətinlik çəkirdi. İndi nə etsin? Nədən başlasın?
Qəfildən beyninə gələn fikir onsuzda halsız,taətsiz olan bədənini tamam sustaltdı. Əgər gec baş vermiş hansısa bir hadisə Rzanın tələsərək evdən çıxmasına rəvac verməsəydi, onda o, İnarənin də namusuna toxunacaq, çox yəqin ki bunu da, kameraya çəkəcəkdi... Və İlahəyə göndərdiyi kimi buna da xəbər göndərəcəkdi... Eynən bacısı kimi damarını kəsəcəkdi... Bəlkə də, asacaqdı özünü...
Özünü Məcnunluğa vurmuşdu, guya sevirdi, iztrab çəkirdi... Sadəcə, Şəhvətli hislərini ödəmək üçün gör bir bu alçaq nələrə əl atır... Gör necə baha qiymətə başa gəlir onun şəhvətli ehtiyaclarının ödənilməsi...
İnarənin fikirlər beynini rahat buraxmırdı. Bəlkə Rza onu da lentə alıb, Nə dəxli var bəkarətinə toxunmamasına, bəlkə bunu çəkib sonra qəfil gedəsi olub. Dəhşətə gəldi. Yenidən içinə titrətmə doldu. Mütləq bilmək lazım idi ki, o alçaq nə etmək istəyir.
Durub telefona yaxınlaşdı, xeyli tərəddud edəndən sonra ürəyi sinəsini yara-yara kodla Rzanın nömrısini yığdı.
 Nömrəyə zəng çatmırdı.
Görəsən nə baş vermişdi, Hər halda nədisə ciddi şeydi. Mütləq o alçaqla danışmalı idi.
- Alo... Alo...
Nəhayət, telefon açıldı.
- Alo...
- Kimdir ki? Ay qız İnarə sənsən?
- Hə.Rzaya verə bilərsən telefonu?
Aynurə ağlamsındı..
- Gecədən burdayıq, Mərkəzi Kliniki Xəstəxanada. Atam reanimasiyadadır, qəfildən insulit keçirib... Rza çox pis haldadır. Sonra sənə zəng edər...  
İnarə azacıq susub dedi..
- Mən hər şeyi bilirəm.
Aynurə ,,Nəyi,, söylədi..
- Hər şeyi! Sənin İlahəylə guya rəfiqəlik edib, tovlayıb onu evinizə aparmağını, ona nəsə içirib bihuş eləməyinizi, sonra Rzanın onunla yatağa girib kameraya çəkməsini, şəkillərini çıxarmasını....
Aynurə qırıq-qırıq sözlərlə.. - Sən nə danışırsan ay qız? - dedisə də, İnarə dayanmaq bilmirdi..
- Sonra şəkilləri aparıb verərək onu şantaj etmisiz... Rzanın onunla yatmasından ötrü, heyvanı tələbatını ödəməsindən ötrü bacımı bədbəxt etdiz...
- Ay qız bir dayan görüm e...
- O da çıxış yolunu özünü öldürməkdə görüb. Siz çox rəzil, alçaq insansınız. Allah cəzanızı versin. O şəkilləri evinizdə öz gözümlə gördüm...
- ....Ay qız...
İnarə telefonu qapatdı. Dəstəyi yerinə qoyub hönkür-hönkür ağlayaraq özünü divanın üstünə atdı
Xeyli yüngülləşmişdi. Bacı qardaşı xəbərdar etmişdi ki, hər şeydən xəbəri var artıq. Nə edəcəklər, görən?
Elə çıxılmaz vəziyyətdə idi ki, kmdənsə məsləhət də ala bilmirdi. Hər şeyi özü təkbaşına həll etməliydi.
...Qonaq otağına keçdi. Saat 11-ə qalmışdı. Gün necə dəhşətlə başlamışdısa da, qurtardığından heç xəbəri olmamışdır. Başı nə yaman ağrıyır. İşə bax ağrını da hiss etmirmiş bayaqdan. Nə aclığını nə başağrısını hiss etmir....
 Hamam otağına keçdi, evdən nəsə səs gəldi.Qanı dondu. Bəlkə Rzadır onu öldürməyə gəlir, heç kəs yox idi.
 Canına qorxu alsa da, dərhal yuxuladı. Yuxusuna cubuqlar gəldi. Ramilin qoynunda gəzdirdiyi çubuqlar idi.
 Dik atıldı, telefon zəng edirdi. Qeyri-ixtiyari saata baxdı. Saat ikiyə qalmışdı.
 Bəlkə atasına nəsə olmuşdu, həyəcanla dəstəyi götürdü..
- Alo eşidirəm.
- Mənəm, Rzadır. Aynurə mənə dedi xəbərdaram.
-Mən sizə inanmışdım, elə bilirdim məni sevirsiz. Bacım yazığı da bəlkə, nəyəsə inandırmışdız. Ancaq siz mələk donuna girmiş iblis imişsiz...
-İnarə....
- Həyat çox qəddardır. Tanrı bizləri sizin kimi vəhşilərə yem etmək üçün yaradır...
- Danışıb doydunsa, dayan, qoy mən də danışım..
- Nə danışacasız axı, hər şey bəli olandan sonra nə danışacaqsız?
- İnarə mənim ən ağır günümdür. İndi nə yerdəyəm nə göydə, mən bilmirəm hamı valideyinini bu cür istəyirmi, ancaq mənimçün atam dünyanın yarısıdır. O indi reanimasiyadadır...
Rzanın səsi qəhərdən boğuldu.
İnarə susmuşdu.
- ...Çox isəm, İnarə. İlahə zünü öldürən günü də pis idim. Bilmirəm nəyə inanırsan, mən onu sevdiyimdən, ondan ayrı qala bilmədiyimdən gizli kameraya çəkmişdim ki, mənə məcburən bağlansın, qopa bilməsin... Əgər ağlıma gəlsəydi ki, özünü öldürə bilər, bunu etməzdim... İnan etməzdim....
 İnarə susmaqda idi.
- Biz bəzən atdığımız addımın məsuliyyətini dərk edə bilmirik. Yalnız bu addımın sonda hansı fəsadlar gətirdiyini görcək ayılırıq. Onda da gec olur. İlahənin ölüm xəbərini eşidəndə doxsan doqquz faiz bunu özümlə əlaqələndirdim... Nəyə deyirsən and içim, mən İlahəni sevirdim... Səndə onu tapmışdım, odur ki, səni də sevirdim... Ancaq öncə onu sonra səni itirdim... Onun ruhu qarabaqara məni izləyir. İnanırsan hər addım izləyir!
 İnarə hıçqıra-hıçqıra ağlayırdı. Sadəcə, Rzaya içini didib dağıdan ağrını, əzabı bildirmək istəyirdi. Bacısızlığın nə demək olduğunu, sevimli şəxsin itkisinin nə dərəcədə dözülməzliyini  büruzə vermək istəyirdi. Ona layiq olduğu ən rəzil, ən aşağısözləri tapıb demək arzusundaydı.
- ...Həkimlər atamçün ümidverici heçnə demirlər. Çox pisəm, sən məni bağışla heçolmasa.Bir az toxtat ürək-dirək ver mənə. Çox pisəm lap başımı itirmişəm... Bağışlayırsan məni?!
- ....
- Çox pisəm. Təsəvvür etməyəcəyin dərəcədə. Ehtiyacım var sənin dəstəyinə, təsəllinə. Barı sənsə bağışla məni...
- ....
- Xahiş edrəm... Bağışla məni..
- ....
- Yalvarıram...
İnarə dəstəyi asdı. Yerinə girib üzünü balışa sıxıb hey ağladı.
Rzanın dalbadal zəng etdiyini görcək durub telefonu xətdən ayırdı...
Ertəsi gün gec ayıldı. Əl üzünü yudu telefonu xəttə qoşaraq anasıgillə hal əhval tutdu. Geyinib evdən çıxdı. Marketdən bir kiloqram ,,İris,, konfeti alıb, Yasamal qəbristanlığına yollandı.
Qəbristanlığın yaxınlığından 20 ədəd qərənfil aldı. Qəbri görən kimi höçqırmağa başladı. Yaxınlaşıb torpaq təpəciyinin baş hissəsində dik qoyulan daşı öpdü,    ,,Salam bacı,, dyib sonra qərənfilləri torpaq təpəciyin üstünə düzdü.
Qırxa da bir şey qalmamışdı... Bircə atası tez sağalaydı...
Əlindəki sellofan torbadakı ,,İris,,ləri məzarın üstünə tökdü.
- Səninçün gətirmişəm. İndicə aldım, bərk deyil, yumuşaqdır. Sən yumşaq xoşlayırsan axı. Alanda soruşdum...
Qəbrin qarşısında dayanıb bir xeyli səssizcə ağladı. Hər şeyi danışdı. Rzayla münasibətlərini, evlərindəki ziyafəti, əzilmiş fotoşəkilləri tapmasını... Nə edəcəyimi bilmirəm. Nə olar bir məsləhət ver, kömək elə. Təkəm bir yol göstərənim yoxdu... Getdin mənidə əzabların içində qoydun....
Haçandan-haçana yenidən dik qoyulan daşı öpdü, bacısıyla xudahfizləşdi, qəbristanlığı tərk etdi....
Beyni dağılırdı. Bu intihar,atasının vəziyyəti, Rzanın gecə zəngi...
Necə olacaqdı bu işlərin axırı.
 Həyətlərində Ayazı görcək təəccübləndi. Blokun ağzında durmuşdu. Dedi ki, gəldim sizlərdən xəbər ətər bilim, gördüm evdə heç kim yoxdu. Dalınca yuxarı çıxmaq istəyəndə, ona başa saldı ki, evdə valideyinləri yoxdusa onu nece içəri buraxa bilər?
Bərk acmışdı. Ürəyindən keçdi ki yarpaq dolması bişirsin. Soyuducuya baxdı. Ət var, yağ da var qalır yarpaq.
Düşüb marketdən tənək yarpağı aldı, çörək də götrüb evə çıxdı.
Həvəslə dolma hazırlamağa baəladı. Yaxşı məşğuliyyət idi.
 Dolma hazır olanda anasıyla telefonda danışıb qəhrəmanlığından söz açdı. Oturub iki qb yedi.
Yatmaq istəyəndə, telefonun aramsız zənginə diksindi. Əmin idi ki zəng edən Rzadır. Amma Reyhan idi.
- Tez televizoru aç, ANS-i... Bayaqdan ağlayıram... Tez elə qurtaracaq indi... Təkrar-təkrar göstərirlər...
 Cəld kanaldəyişməni tapıb düyməsini basdı. Əvvəl heç nə anlamadı. Ancaq nömrəsini görəndə qeyri-ixtiyari kanaldəyişən əlindən yerə düşdü.
Aparıcının hüzünlü səsi otağa yayılmaqda idi.
- Avtomobil yüksək sürətlə qayaya çırpılmışdır. Sürücü Rza Məcid oğlu  Ağayarov hadisə yerində keçinmişdir....
Tibb ekspertlərin gəldiyi qənaət bilmərrə olaraq bu versiyaları  da alt üst etdi. Onun qanında heçnə tapılmadı, sükan arxasında yuxuladığıda sübut edilmədi.
Demək bu halda bədbəxt hadisədən sohbət belə gedə bilməz.
 Bu sadəcə intihar idi...

Müəllif: Varis
(səs: 15)
Şərhlər: 12
Baxılıb: 34 198
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri