Bir arzu tut (5-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 398
Səs ver:
(səs: 1)
Castin Aleksin qolundan bir burma alıb gözünü bərəltdi. Aleks bayaqdan bəri gözünə kəsdirdiyi qısa ətəkli əsmər qızı izləmək üçün içəri daxil olmuşdu. Ətrafdakilərin diqqətindən yayınmaq üçün ən qıraq yerlərdə gəzişən, başını yerdən ola bildiyincə az qaldıran Castin Aleksin gecikdiyi hər ana lənət oxuyurdu. Ən azından o yanında olanda daha rahat dayana bilirdi. Səbri tükəndikcə aqressivləşən Castin Aleksə baxmaq üçün içəri keçdi. Vanna otağının yerini qızlardan birindən soruşub yuxarı mərtəbəyə qalxan zaman yuxarının demək olar bomboş olduğunu gördü.Arxaya qabağa baxıb asta səslə "Aleks! Aleks!" deyə səsləndiyi zaman kənardan birinin onu izlədiyini görüb səsini kəsdi. Aşağı düşməyə hazırlaşanda qapının kənarına söykənmiş Ceykob qəflətən qabağını kəsdi.
- Sizi ilk dəfədir burada görürəm
- Yəqin ki, elə son dəfə olacaq
- Şşş, hara tələsirsiz? Adınızı deyin heç olmasa
- İcazə verin, mən tələsirəm
- Sərt qızları hər zaman sevmişəm, gəlin otağımda biraz söhbətləşək
- Əlimi buraxın! Yoxsa var quvvəmlə qışrıracğğğ..ğğğğ,bırıxxxııı
Castin əli ilə ağzını tıxamış bu tanımadığı adamdan qurtulmağa çalışsa da, bədənindəki gücsüzlük bunun olmasını mümkünsüzləşdirirdi.
- Sakitləş, gözləim, narahat olma..
Deminin uzun zamandır həbsxanada olan balaca qardaşı çıxdığı ilk gündəcə yenidən ora qayıtmağa qərarlı idi deyəsən. Ceykob qapını bağladığı anda Aleks Castini axtarmaq üçün gəzdiyi aşağı dəhlizdən yuxarı mərtəbəyə boylansa da heç kimin olmadığını düşünüb geri döndü.
Castin bədənində gəzən əli hiss etdikcə bütün əzələlərinin necə ürpərdiyini, ürəyinin necə bulandığını, bədəninin qorxu və stressdən necə soyuq tərlədiyini hiss etdi. Əvvəlki gücündən əsər əlamət qalmadığı üçün içində yaranan hirs çırpınan qollarını daha da sürətləndirirdi. Castinin başını yastığa sıxıb boğarcasına təzyiq göstərdiyi zaman Ceykob digər əli ilə önündə acizcə çırpınan bu qızın bədənindəki hər yeri sığallayır, paltarlarını yuxarı aşağı sürüşdürürdü.Castin bu vəhşəti yaşayacağına ölməyi arzulayardı. Nə olur olsun əlindən qurtulmalı idi. Bir neçə saniyə səssizcə dayandı. Qızın da bu cinsi istismara yavaş yavaş razılaşdığını düşünən Ceykob gedərək möhkəm sıxdığı əlini yumşaltmağa başladı.Castin başını yana əyib tıxanan nəfəsini tənzimləməyə çalışarkən ətrafda ələ gəlimli nələr olduğuna nəzarət etdi.Ceykobun həzzdən özünü itirməyə başlayıb şalvarının düyməsini açdığı anda Castin əlini sağa uzadıb yatağın yanındaki dəmir suveniri var qüvvəsi ilə tərsinə çevrilərək Ceykobun gicgahına ilişdirdi..

Müəllif: Məsudə Cabbar
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 398
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri