Əvəzolunmaz (16-cı bölüm)

Şərhlər: 2
Baxılıb: 7 087
Səs ver:
(səs: 1)
Gün boyu yerindən bir dəfə durmuşdu Səbinə..Duş alıb,yemeyini yeyib yatağına girmişdi..Yatmasada yatağından çıxmaq istəmirdi.Bir növ depresiya halında idi..Rəsul onu danışdırıb azda olsa güldürməyi bacarırdı.Tək qalanda isə özünə qapanmağa başlayırdı...Nəzrin işdən gələn kimi yeməyini yeyib Səbinəgilə qaçir..Onu durğun görəndə pis olur..Öyrəşmişdi onun çılğın,deyib gülən halına..Qarşısındaki sakit qız ona yad gəlirdi..Ona bu gün dərsdə,işdə olanlardan danışıb əhvalını açmaq istəyirdi...Səbinə onu dinləsədə fikri başqa yerdə idi..Onun sözünü yarım kəsir- məni necə tez tapa bildilər?.Hər şeyi ona başdan danışmağa başlayır Nəzrin.
-Bax belə..Bir sözlə qəhrəmanın Cahangirdi...Onların söhbətini Minirə xanım yarım kəsir.
-Qızlar sizə sevdiyiniz şirniyyatı hazırlamışam.Gəlin çay süzürəm..Onları çağırıb gedir..Nəzrin onun getmək istəmədiyini görüb ayağa durur.
-Özünə gəl Səbinə!Şükür sağsalamatsan,evinizdəsən..bu nə haldı belə?Artıq lazımsız düşüncələri at ağlından..Alnımıza nə yazılıb onu yaşayırıq..İndi isə gedirik çayımızı içməyə..Onlara qarşı belə ola bilmərsən!Sən itəndə bilirsən necə pis idi halları?Səni özümlə sürüyüb aparmamış yerindən qalxıb düşürsən qabağıma!..Səbinənin ona böyümüş gözlərlə baxdığını görüb qışqırır-Səbinəəəəə!
-Mən tək özümü həyasız bilirdim..Sən məndən də betər dəli imişsənki.Qalxdım,qalxdım..Yerindən durub onunla bərabər otaqdan çıxır.
-Yox sənə çatmaram dəlilikdə..Mən ağıllı qızam..-Qələbə qazanmış kimi gülümsəyir
-yazıq oldu qardaşım-o da gülərək gəlib masada oturur...Nəzrinordan-burdan danışıb onu arada qıcıqlandırırdı..Biraz keçəndən sonra isə Cahangirlə Zümrüddə gəlir..Cahangir onu idman geyimində,saçlarıda yuxarıdan dağınıq topuz yığılmış halına gülür...Gəlib onlarda masaya oturur..
-aa bizə yoxdu Səbiş?
-Xoş gəldin Zümrüd qızım..niyə yoxduki...gətirirəm bu dəqiqə..Minirə xanım onları köhnə günlərdəki kimi bir masa arxasında görüb fərəhlənir..Onların qızını belə çox düşünmələrinə kövrəlir.....Səbinə onlar gələndən Cahangirin üzünə baxmırdı..
-neçə vaxt olarki bir yerə yığışmırdıq belə..Rəsul qarşısında oturan Nəzrinə heyran baxışlarla baxır.Zümrüdün gözündən yayınmır bu..Çox bilmişcə gülür.-Hə...başımız qarışıb unutmuşuq belə yığışmaqları..
-Bəlkə çıxıb bulvarda gəzinəyin?Nəzrin həvəslə bunu deyib onlara baxır..
-Bu soyuqdamı?
-Mən razı..Rəsul soyuqda gəzmək bir başqa gözəldi...O,ki donaraq dəniz qırağını gəzmədin
-üşüyüb paltonu qucaqlamadın
Nəzrin bacısının sözünü kəsib ardını gətirir
-Burnun soyuqdan qızarmadı,gözlərin yaşarmadı..
-yaxşı,yaxşı mən də razı-Rəsul onun şirin danışmağına gülüb yerindən qalxır-Gedək!
Hər kəs Səbinəyə baxıb bir cavab gözləyirdi..
-siz gedin mən istəmirəm..
-cücə belə eləmə..Nə istəyirsən de edim!Mən evvəlki balaca bacımı istəyirəm..
-Səbinə bayaq dediklərimi nə tez unutdun!.Nəzrin ona əsəbləşir
-yaxşı gəlirəm..Zümrüd onun süzgün halına bir şey deyə bilmirdi..Bir söz deyibdə onu incitmək istəmirdi..Cahangir susub ona baxırdı ancaq..Hazırlaşıb evdən çıxırlar..Cahangir maşınla aparmaq istyəndə qızlar qoymur..Gəzərək dəniz qırağına düşürlər..Rəsulun yanında Nəzrin,onun yanında Səbinə,ondan sağda Zümrüd və Cahangir bərabər gəzirdilər..Qızlar Səbinənin qoluna girib onu danışdırırdılar,sonra gəlib bir oturacaqda otururlar..Zümrüd qardaşının narahat baxışlarla Səbinəyə baxdığını görürdü tez-tez..Qarşısında gəmini görüb gülür..Yerindən durub-mən gəmiyə minmək istəyirəm,kim gəlir mənimlə?deyir..Bilirdiki Nəzrinin xoşuna gəlir gəmi gəzintisi,o gəlsə Rəsulda gələcəkdi..Belə onları tək qoymaq istəyirdi.
N-məndə gəlirəm..Cahangir gəlirsən?
C-siz gedin.
N-Səbiş bəs sən?
S-yox mən burda oturacam..
N-Rəsul bəs sən?
R-mənsiz gəmi olar heç-gülüb qızlarla gedir..
Onlar tək qalırlar..Bir müddət ikisidə susur..Cahangir dirsəyini dizinin üstünə qoyub dənizə baxıb susurdu..Səbinədə onun kimi..Cahangir başını yana çevirib ona baxır..
-niyə bu qədər yaxınikən uzaqsan.....Səbinə onu eşitsədə gözünü baxdığı yerdən çəkmir.
-Səni o adam qaçıranda bir bilsən nələr yaşadım..
Səbinə o danışdıqca kövrəlir,gözləri dolur.Cahangirdə bunu görür-ağlamağı unut!.Birdə belə bir şey olmayacaq,ağlamayacaq o gözlər....Onun son cümləsinə bir damla yaş yanağından süzülür Səbinənin..
-Ağlama....Yerində dikəlib ona yaxınlaşır..-dözə bilmirəm buna-onun yanağına düşən damcını silir..
-sən istəsən belə ailən qəbul etməz məni..Ürəyində saxladıqlarını deyib onunla bir dəfəlik bu söhbəti bağlamaq istəyirdi
-istəmirəm..bir daha bu söhbəti açma Cahangir..Söz söhbət yaradacaq biri olmaq istəmirəm ailələr arasında...əlinin tərsi ilə dayanmadan yanağına süzülən yaşları silir.Başına gələnlərdən sonra dolmuş bulud tək ürəyi dolu idi.-Sən məndən yaxşılarına layiq birisən..Sözünün ardını gətirə bilməyib oturacaqdan qalxıb dənizə yaxınlaşır...Cahangir onun belə düşünəcəyini bilirdi.Onun yanına gedir.Səbinənin nəm kipriklərindən axan yaşları görüb əsəbləşir..
-Bu düşüncələrini saxla özünə...Nə olsada səndən uzaqlaşan deyiləm.Mənə sən gərəksən,kənardan deyilən sözlər yox..Danışdıqca onun lap kövrəldiyini görüb acıqlanır..Qollarından tutub özünə tərəf çevirir.
-başa düşmürsən Cahangir.!.başa düşmürsən..Məni tapanda niyə üzümə baxıb çıxdın bəs çölə!
- Gözünün yaşına qurban Cahangir....Əlləri ilə onun gözlərini silir-sənin ağlamağına dözə bilmirəm ağıllı dəli,özümə gəlmək üçün çıxmışdım ordan..hmm demək diqqət etmisən..
-xeyir heçnəyə diqqət etməmişəm- onun əlindən çıxır...
-gəl bura-onu qucaqlayıb saçından öpdükdən sonra ağlına oxuduğu bir şeir gəlir..Onu özündən ayırıb gözlərinə baxaraq--O,dilbəri sordum gəlib-gedəndən,
Dedilər barışmaz,küsmüşdür səndən.
Mən iltifat etdim,o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum.
Səbinə onun qucaqlamasına mane olmur,əlləri yanında qalır..
-Səni düşünə bilməyəcəyin qədər çox sevirəm..Müşfiq belə şeirində sevgimi vəsf edib.. onu özünə dahada sıxıb qucaqlayır..Səbinədə onu qucaqlamaq istəyir..Əllərini yuxarı qaldırıb,onun kürəyinə qoyub qoymamaqda tərəddüd edəndən sonra gözlərini yumub qucaqlayır.Onun isti qoynunda özünü unutmuşdu ki yadına Cahangirin bayaq dediyi söz düşür..İlk dəfə idiki onun dilindən sevirəm sözünü eşidirdi
-Cahangir?
-hmm
-sən bayaq nə dedin?
-nə eşitdin onu.
-.............Başını qaldırıb lal baxışları ilə ona baxır..
-elə baxma mənə..o baxışlarını görəndə səni öpüb qucaqlamaq istəyirəm..
-yuxunda görərsən onu! Burax gəlib gedən bizə baxır-ondan ayrılmaq istəyəndə Cahangir onu buraxmayıb qolları arasında saxlayır.. 
-baxsınlar...
-baxmasınlar!..
-hirslənəndə niyə bu qədər şirin görünürsən gözümə bilmirəm-gülümsəyib ondan ayrılır..
-demək ələ salırsan məni..-incimiş kimi edib gözlərini süzür..Yanlarından balaca uşağın əlində pambıqla keçdiyini görür.
-məndə pambıq istirəm..
-uşaqsanki uşaq..onun baxdığı səmtə baxıb deyir..
-heç alma,gərək pul götürərdim evdən çıxanda.Rəsul gəlsin deyəcəm o alsın...Gedib yerində oturur...Cahangir ona baxıb gülür..Səbinə onun gülməyinə acıqlanıb üzünü çevirir..Az keçmiş qarşısında əlində böyük ağ pambıqla dayanan Cahangiri görür..
-özüm belə böyük aldımki gözün doyar bəlkə..-Pambığı Səbinəyə verib yanına oturur..
-doyar,doyar-deyib pambığı əli üşüdüyü üçün dişləyərək yeyir..
-pişik yesə doymaz-ona baxıb gülür.
-başa düşmədim..
-...........................Onun pambıq bulaşmış üzünü silib-bax bunları pişik yesə doymaz-deyib onun gözlərinə baxır.Cahangirin ona toxunmasına utansada bildirməməyə çalışaraq gözlərini ondan çəkib söhbəti dəyişir...
-iş mənsiz necə keçdi bu gün?
-həmişəki kimi..
-yolka ağacı neynir,sevinmiş olardı məni görməyib deyə..
-yolka ağacı kimdir?
-Səliməni deyirəm..Pambığını yeyərək onun gülüşünü izləyir.
- yolka ağacı?bu hardan gəlib ağlına..
-yolka ağacıdıda..nə vaxt baxsan bəzəkli düzəklidi..Hələ üzündəki şplavlovkanı demirəm..
-elədə çox bəzəkli deyil.Sadecə çox baxımlıdı deyə bilərik..Qadın baxımlı olar....Bilərək elə deyib Səbinəni acıdmaq istəyirdi..
-təbii gözəllik bir başqadı...Cahangirin onun tərəfini saxlamasına kefi pozulur.Geyiminə baxıb özünü danlayır..-düz deyirda qadın baxımlı olar daha mənimki yox..necə gəldi yığıb saçlarımı çıxmışam çölə..Demək qadın baxımlı olar Cahangir bəy...məndə 180 dərəcə dəyişim səndə gör!...Pambığıını yeni bitirmişdi ki qızlar, Rəsul gəlirlər..Birazda gəzişib evə qayıdırlar...
Evə girən kimi ilk işi şkafına baxmaq olur Səbinənin...Paltarlarına baxıb hərəsinə bir ağız büzür-yox bu olmaz!nc buda olmaz..deyib bir bir paltarlarını əlinə alıb böyük güzgüsünün qarşısına keçib baxır

Gülər xanım oğlunun yanına gedib elçilik məsələsini demək istəyir..Cahangirin otağına keçib oturur..
-Cahangir sabah Adil bəygil gələcək..
-lap yaxşı,xoş gəlirlər..
-Nəzrin üçün elçi gələcəklər..Gülər xanım oğlunun sərt reaksiya verməsindən çəkinərək ehtiyatla danışırdı...
-Nəzrinin xəbəri var?...deyib susur
-bilir..O razıdıki elçilər gəlir..
-lap yaxşı ..
-başqa nə isə deməyəcəksən oğlum?.
-yox mama..Gülər xanım biraz durduqdan sonra otaqdan çıxır...Cahangir bu elçiliyə sevinsədə,əsəbləşir..Rəsulu zəng edib görüşmək üçün evdən çıxır..

Müəllif: Milady Ovod
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 7 087
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri