Səbinə onun sözlərinə pis olur..Ağlamamaq üçün zor saxlayır özünü..
-bu nə sifətdi?
-heç..Nəzrin ağzını açıb bir söz desədə ondan cavab ala bilmir...
Cahangir dediklərinə görə pis olmuşdu.Onun qəlbini qırmaq
istməmişdi..Fikrini səhv izah etmişdi Səbinəyə..İşdə oturub ona
dəfələrcə mesaj yazsada cavab ala bilmirdi..Kim yanına gəlirdisə soyuq
danışıb yola verirdi..Yerində dura bilməyib şirkətdən çıxır.Universitetə
gəlib qızların çıxmağını gözləyir..Ətrafındakı tələbələrə nəzər
yetirirdi ki qızları qapının yanında görüb yanlarına gedir...Səbinə onun
gəlməsi ilə yanından düz ötüb gedir...Cahangirin ağzını açmasına belə
imkan vermir.
-ona nə demisənki səhərdən üzü gülmür..
-...Cahangir cavab verməyib maşına gedir.....
Surətli nişan hazırlıqları gedirdi..Rəsul paltar almağa Nəzrinlə bərabər
getmişdi..Elçilikdən sonra onu tək bir yerə buraxmırdı.Geyim almağa özü
ilə aparır..Hər paltar geyinəndə Nəzrinə bəyənməyib yenisini
geydirtdirirdi...Rəsulun kaprizlərinə dözüb birtəhər xoşuna gələn geyim
ala bilir Nəzrin...Nişanın səhəri günü isə bir yerə yığışıb yeni ili
qeyd edəcəkdi ailələr...Səbinə ilə Zümrüd də özlərinə gözəl bir geyim
almışdılar..Bu neçə gündə Səbinə bir kəlmədə kəsməmişdi
Cahangirlə..Onunla eyni yerdə durmazdı..Cahangir nə qədər cəht etsədə
onunla danışa bilmirdi,səbr kasası dolurdu. İncimişdi onun sözlərinə
Səbinə..Anlayırdı onun yaxşılığı üçün dediyini,yenədə könüldü bu "umduğu
yerdən küsər”deyib atalar...Cahangirin saysız hesabsız mesajlarını
oxusada cavab vermirdi..Qızlarda onlarda bir hal olduğunu görürdülər..
Bu gün Səbinənin Amerikada yaşayan xalasıgil qonaq gələcəkdi..Həm nişan
həmdə qonağı qarşılamaq üçün evdə hazırlıqlar gedirdi....Qapının
döyülməsinə hamamdan yeni çıxan Səbinə açır..Qarşısında xalası və Oqtayı
görüb sevincək xalasını qucaqlayır...
-xalaaa...
- xalasının birdənəsi....Onu öpüb qucaqlayır..Səsə Minirə xanım çıxıb onlarla görüşür..
-xoş gəldiniz Xumar..burda niyə dayanmısınz keçin evə...Onları qucaqlayıb içəri aparır..
-Minirə bu nə vaxt belə tez böyüdü?..Səbinəni yanında oturdur..
-ay xala balaca qalacaq deyildimki..Buraxan deyiləm səni burda qalacaqsan,rayon,qohum filan tanımıram mən.Gedənə kimi burdasan..
Oqtayın 29 yaşı var idi..Amerikada oxuyub orda işləyirdi.Xumar xanımın fikri ona Səbinəni bəyəndirib evləndirmək idi...
-Minirə nə iş qalıb sabaha?
-hər şey hazırdı....
-indi danışın görüm gəlnimiz necə bir qızdı..
-Sağ əli Oqtayın başına-deyib Minirə xanım onu qucaqlayır..
-Xala üzü kimi qəlbidə gözəldi Nəzişin-Səbinə mamasının danışmağına
macal verməyib özü danışmağa başlayır..Xumar xanım onun şirin şirin
danışmağına gülürdü...
Gecəni qızlar həyəcanla yola verirlər..Sabah üçün çox gözəl görünmək
istəyirdilər..Oyanan kimi ilk iş salona gedirlər..Nəzrin donuna uyğun
saçlarını dağınıq sadə topuz yığdırır..Çox makyaj eləməklərinə icazə
vermir..Rəsulun hirslənməyini istəmirdi..
-indidən gözünün odunu alıb qardaşım Nəziş?
-sənidə görəcəyik tələsmə ...
-tələsən təndirə düşər..heyf deyil subaylıq..Nəzrinə acıq verərək danışıb onu hirsləndirmək istəyirdi..
-çox çəkməyəcək o subaylığın heyf..
-onu bilmək olmaz sarı kişmişim ...Səbinə gur,uzun saçlarını buruq
halına səliqə verditdirib toplamır..Gözləri önə çəkəcək gözəl bir
makyajla tamamlayır....Zümrüd yaşıl gözlərini çox qabarıq bəzəmələrinə
icazə verməyərək sadə amma gözəl eletdirir..Saçlarını düz edib o da açıq
qoyur...Qızlar son dəfə salonda bir birlərinə baxırlar-bizdən gözəli
olmayacaq bu gün!
Onları Cahangir salondan götürüb evə gətirir..Səbinənin ona fikir
verməməsi dəli edirdi..Bilirdi günahını,dəfələrcə də üzr istəmişdi...
Evdə çox insan yox idi..Restorana getmişdi çoxları...Hazırlaşıb evdən
çıxaraq Nəzringilə gedirlər..Xeyir dualar veriləndən sonra Rəsul Nəzrini
götürüb öz maşını ilə restorana aparır..Cahangir tünd göy və bənöşənin
qarışığı rəngdə parlayan, arxası dantel ilə örtülü dekoltəli paltarda
Səbinəni görüb heyranlıqla baxırdı..Səbinə onun baxışlarını üstündə hiss
edib biraz uzaqda dayanan Oqtayın qoluna girərək maşına oturur..Bilirdi
onu necə dəli edəcəyini..Cahangir o oğlanı tanımadığından Zümrüddən
soruşur..
-xalası oğludu..Sənə demişdima Amerikada yaşayan,bax o..
Cahangirin əsəbini bu birə beş artır..Restorana çatanda onun hələdə
Oqtayla bərabər görüb dəliyə dönsədə özünü ələ almağı bacarır..Sakit
halını pozmadan Səbinənin yanına gedir
-5 dəqiqəlik mənimlə gəl..
-yaxşı-deyib onunla bərabər zaldan çıxır..Hamının yanında gəlmirəm desə
idi onun əl çəkməyəcəyini gözlərindəki qəzəbdən görmüşdü...
Dəhlizə çıxanda ətrafda az insan olduğunu görüb Cahangir onun əlindən tutub heç kimin olmayacağı bir hissəyə çəkir..
-sən nə edirsən..
-o oğlanı yanında birdə görməyim sənin!
-icazə alacağımı bilmirdim,başqa istəyin?
-Səbinə onu sənin bir addımlğında görməyim..
-sənə qalmayıb kimin mənim yanımda durub durmayacağı!-sözünü deyib
gedərkən yan hissədən gələn Naili görməyib az daha bir birlərinə
dəyəcəkdilərki tez dayanır..Cahangirdə onun ardınca gəlib yanında
durur..
-Siz?-Səbinə təəcüblə soruşur.
-Xoşbəxt olsunlar..Təbrik edirəm...Əl verib Cahangirlə görüşür..
-Çox sağolun...Mən dəvət etmişəm Nail bəyi...
-Xoş gəldiniz-deyib əl verib salamlaşır Səbinədə..Danışaraq zala
keçirlər...Cahangir əyilib Səbinənin qulağına pıçıldayır-o,oğlanı
yanında görsəm özümə cavabdeh deyiləm!
-O,oğlan dediyin mənim xalamoğludu....Onlardan ayrılıb qonaqların yanına gedir..
-Deyəsən hələ yola gətirə bilməmisən ..
-Sayılar...
Səbinə yeni oturmuşdu ki Zümrüd onun yanına gəlib oturur..
-Səbiş bayaq sizinlə bərabər gələn kim idi?
-Bizim bankın rəhbəridi.Cahangir dəvət edibmiş..Niyə soruşurdun?
-Birinə oxşatdım..Nəisə yəqin səhv salıram..
-Nə oturmusan dur getdik oynamağa...
-tez deyil?camaat hələ yemək yeyir..
-onlar yesinlər biz rəqsimizi edək.. Əlindən tutub Zümrüdü yerindən
qaldırır..Sevdikləri mahnını sifariş edib biraz oynadıqdan sonra Rəsulla
Nəzrinidə rəqsə qaldırırlar...Oqtayda rəqs zamanı onlara
qoşulur..Səbinə onun oynamağın baxıb –heçdə pis oynamırsana öz
aramızdı..
-Xaricdə yaşasamda qanımki Azəri qanıdı-göz vurub gülərək rəqs
edirlər...Cahangir onları yan yana görüb hirsindən gözləri qızarır ..Ona
dediklərini görünür ciddi qəbul eləməmişdi Səbinə...
Nail oynayanlara arasinda zümrüd yaşılı dondakı qıza baxanda
təəccüblənir...Bu ki onun dənizkənarında gördüyü qız idi..Sevinərək onun
rəqsini izləyir....Üzərindəki don gözlərinin rəngini daha da
qabardırdı..Ona heyranlıqla baxdığını hiss edib tez özünü yığışdırır....
Zümrüd paltarının uzunluğuna görə rahat oynaya bilmirdi..Yorulub yerinə oturmuşdu ki Səbinə onu oyuna qaldırmaq istəyir..
-yox Səbiş yoruldum..
-nə tez?
-mən beləyəmdə...Mənimlə gedərsən ayaqyoluna?
-hə gəl..Birliktə zaldan çıxıb WC-ya gedirlər...Zümrüd içəri girsədə Səbinə girmir..
-burda gözləyirəm səni tez ol..
-gəlmirsən bəs sən?
-yox istəmirəm...Qapının ağzında gözləyirdi ki Cahangirin gəldiyini görüb bezgin sifət alır..
-nədi yenə?
-......Cavab verməyib biləyindən tutaraq çölə çıxardır
-ey sən nə edirsən?hamı bizə baxır...
-...............................
-burax qolumu.
-...................Onu maşının yanına gətirir..
-otur!.
-Oturmayacam..Dəlisən sən!
-....Onu zorla maşına oturdub qapıları tez bağlayır..Özü oturanda Səbinə
bundan istifadə edib qapını açıb düşmək istəyəndə qolundan tutub onu
yerinə oturdur.Qapını bağlayıb maşını işə salır..
-hara gedirik?..bizi axtaracaqlar..danışda niyə susursan axı-ona baxıb
danışmağını gözləsədə Cahangirin əsəbi baxışlarından başqa bir şey
görmürdü..Ondan cavab ala bilmədiyini görüb çarəsizcə susur..
Zümrüd ordan çıxanda qapının yanında Səbinəni görməyib baxırdı ki qarşıdan gələn Naili tanıyır....
-siz?
-bəli mən..Səbinəni axtarırsan deyəsən..Cahangirlə getdi..
-təsadüfündə bu qədəri olarmış...
-həyat təzadlarla doludu Zümrüd ..xahiş edirəm sizli bizli danışmayaq..
-dogrudanda dolu imiş..
-Nəcə?
-heç..İnci necədir?
-o gündən elə hey yaşıl gözlü qız deyib gəzir evdə