WhatsApp-da yeni rejim işə düşəcək

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 3 679
Bölmə: Həyat tərzi
Səs ver:
(səs: 1)
Auditoriyası 1,2 milyard istifadəçidən ibarət olan populyar "WhatsApp" messencerində yeni faydalı funksiyalar istifadəyə verilə bilər. Mobil proqramın lokallaşdırılmasına həsr edilmiş səhifədə "Night Mode" (gecə rejimi) sözlərindən ibarət sorğu meydana çıxıb.

Qadinla.com ICTnews-a istinadən bildirir ki, bu, gecə vaxtı gözə yüklənməni azaltmaq üçün proqramın interfeysini dəyişdirən gecə rejimi deyil. İndiki halda "Night Mode" rejimi kameranın işinin təkmilləşdirilməsi və zəif işıqlanma şəraitində çəkilmiş şəkillərin keyfiyyətinin artırılmasını nəzərdə tutur. Sözügedən funksiya, həmçinin videozənglərdə dəstəklənə bilər.

Tərcümə üçün sorğu "iPhone" üçün nəzərdə tutulub. Ona görə yeni funksiya, çox güman, ilk öncə "iOS" sistemində, bundan sonra isə "Android" sistemində əlçatan olacaq.
"WhatsApp" messencerində kameranın interfeysi çox sadədir və başqa proqramların interfeysini xatırladır. Filtr dəstəyi yoxdur, amma miqyası böyütmək, işıqlandırmanı aktivləşdirmək üçün düymə və əsas kameradan ön kameraya keçmək üçün çevirici var.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 679
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri