İnteryerdə azad və müstəqil bohem stili

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 631
Səs ver:
(səs: 0)
Bohem stili nədir?

İnteryerdə azad və müstəqil bohem stili

Çox qədim zamanlarda müəyyən nizamı olmayan, azad və müstəqil olaraq yaşayan qaraçıların yaşayış tərzi tanınan bohem sonrakı illərdə anı yaşayan, gəzəyən və yaradıcı ruhlu insanlar üstünlük verdiyi dizayn, moda və dekorasiyada istifadə edilən tərz kimi məşhurlaşmışdır.

Dekorasiyada bohem stili nədir?



Qəşəng və göz alıcı elementlərin qarışığı olan bohem stili interyerdə rahat, azad və köhnə görünüş yaradır. Bir çox elementin birləşməsi ilə əldə edilən bu üslubla səmimiyyətlə dolu yaşayış məkanlarını yarada bilərsiniz.

Bohem tərzi dekorasiyada necə yaradılır?



Bohem üslubu hər hansı limit olmadan sərbəst seçimlər edə biləcəyiniz tamamilə insanın öz zövqünə görə hazırlanan xüsusi xarakterə sahibdir. Rahatlığın öndə olduğu bu stili komfortlu və geniş divanlar, vintage aksesuarlar, köhəlmiş mebellər, əl işi xalçalar, etnik naxışlı yastıqlar, köhnə musiqi alətləri və bunlar kimi bir çox əşyanı birlikdə istifadə edərək bu tərzi yarada bilərsiniz.

Bohem üslubunu interyerə tətbiq edərkən nələrə diqqət etməliyik?



Bohem tərzində dekorasiya edəcəyiniz evdə əsas olan məkan içərisində boşluqlar yaratmaqdır. Yaradacağınız bu boşluqlar sıx görünüşü sakitləşdirəcək. Bu stili evin hər tərəfində istifadə etmək istəməyənlər fərqli tərzi olan yaşayış yerlərində kiçik toxunuşlarla qarışdırmaq mümkündür. Düz formada olan modern qonaq otağında etnik naxışlı, vintage parçalar və aksesuarlar istifadə edərək və ya klassik dekorasiyanın olduğu yataq otağında etnik naxışlı tekstil məhsulları və köhnəlmiş aksesuarlar istifadə edərək interyerinizdə müxtəliflik yarada bilərsiniz.

İstər rəngarəng, istər bəmbəyaz…



Bohem stilində olan interyerdə bir çox rəngi birlikdə istifadə edərək rəngarəng, ağ və açıq tonları bir araya gətirib bohem bir atmosfer hazırlamağınız mümkündür. Bu tərzin məkanda yaratdığı qeyri-adilik sizin ürəyinizə oxşayacaq.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 631
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri