Dünya azərbaycanlılarının birlik və həmrəyliyi hər il bayram edilir - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 472
Səs ver:
(səs: 0)
Təqvimdə qırmızı bir tarix var: 31 Dekabr. Bu tarix dünya azərbaycanlılarının birlik və həmrəyliyi günü kimi qeyd edilir. Xalqımız hər il həmin günü bayram edir. Çoxlarına qəribə gələn bu tarixi bayram yaxın dövrlərdə qəbul olunsa da, çox mühüm əhəmiyyətə malik siyasi hadisədir. Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir.

Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir.

Azərbaycan, tarixi vətənimiz və dünya azərbaycanlıları - artıq neçə illərdir ki, bu dərin mənalı, tale yüklü sözlər günümüzün ön planına çəkilib və bu sözlərin mahiyyəti, məzmunu gündən-günə sanballaşır, dərinləşir.

Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi, bəlkə də, bəşəriyyətin xalqımıza bəxş etdiyi ən böyük tarixi töhfədir. Azərbaycan xalqı dünya xalqları arasında öz mədəniyyəti, milli-mənəvi dəyərləri, dühaları və özünəməxsus dəsti-xətti ilə seçilən xalqdır.

1989-cu ildən başlayaraq, Azərbaycanda gedən milli azadlıq hərəkatı xaricdə yaşayan və illər uzunu həsrətində qaldığımız bacı-qardaşlarımız arasında da milli oyanış, milli özünüdərk hissləri yaratmışdı. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra kənarda yaşayan soydaşlarımızın azad Azərbaycana inam və məhəbbət hissləri daha da artmağa başladı. 1994-cü ildən başlayaraq, ölkə prezidenti cənab Heydər Əliyevin xarici ölkələrə uğurlu səfərləri zamanı ilk öncə bu ölkələrdəki soydaşlarımızla görüşləri onların Azərbaycana doğma və munis münasibətini formalaşdırdı, mütəşəkkil təşkilatlanmasına təkan verdi. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün dünyada 50 milyona yaxın azərbaycanlı yaşayır və dünyanın əksər ölkələrində 250-dən çox Azərbaycan kültür cəmiyyəti və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, milli mədəniyyət və incəsənətimizin təbliğində bu kültür cəmiyyət və mədəniyyət mərkəzlərinin böyük xidmətləri vardır. Son dövrlərin ən böyük tarixi hadisəsi isə 2001-ci ilin noyabr ayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayı oldu. Yüksək səviyyədə keçirilən bu qurultay göstərdi ki, Azərbaycana, öz tarixi vətəninə xidmət etmək ictimai-siyasi baxışları və sosial vəziyyətlərindən asılı olmayaraq, özünü Vətən oğlu sayan hər bir azərbaycanlının müqəddəs borcudur. Bu gün hər hansı bir ölkədə yaşamasına baxmayaraq, ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı dövlət müstəqilliyimizin möhkəmliyi, onun qüdrətlənməsi haqqında düşünməli və bu sahədə əlindən gələni etməlidir. Xaricdəki azərbaycanlılar həm də bilməlidirlər ki, artıq onların arxasında milli-mənəvi hüquq və mənafelərini qoruyan tarixi vətənləri olan Azərbaycan Respublikası kimi müstəqil milli dövlətimiz durur. Mən bütün dünya azərbaycanlılannı özümün ən yaxın bacı və qardaşlarım kimi qəbul edir, inşamı böyük prezidentimiz Heydər Əliyevin aşağıdakı sözləri ilə bitirmək istəyirəm:

Mən bütün dünya azərbaycanlılannı özümün ən yaxın bacı və qardaşlarım kimi qəbul edir, inşamı böyük prezidentimiz Heydər Əliyevin aşağıdakı sözləri ilə bitirmək istəyirəm:

«...Harada yaşayırsansa-yaşa, yaxşı da, pis də yaşasan, gərək ürəyin öz vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin vətənin nəbzi ilə vursun. Bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır».
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 472
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri