İlin ən sevimli fəsli - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 8442
Səs ver:
(səs: 2)
Payız ilin gözəl çağıdır. Onu öz yaradıcılığında müxtəlif şairlər vəsf etmişlər. Isti və tozlu yay fəslindən sonra, ağcaqanadlar və milçəklərlə mübarizədən və s. çətinliklərdən sonra, biz səbirsizliklə payızı gözləyirik.

Payız. Günlər getdikcə qısalır. Günəş işıq saçır, lakin yaydakı kimi insanı yandırmır. Səma buludlarla dolur. Yağış yağır. Ağaclar öz yay geyimlərini dəyişirlər. Köçəri quşlar isti ölkələrə uçub gedirlər. Lakin, bunların hamısında əsrarəngiz bir hikmət var.

Mən, təbiətin rəngini necə dəyişməsini izləməyi xoşlayıram. Ağacların yaşıl geyimi qızılı rənglə əvəz olunur. Payız xəzanı. Ağacların yarpaqları tökülür. Onlar sakitcə, aramlıqla havada dövr edib, xışıldayaraq ayaq altında yer alırlar. Yer üzü tamamilə qızılı, naxışlı, qıpqırmızı örtüklə örtülmüşdür. Qızılı bir yağış yağır və ondan qorunmaq üçün çətirə ehtiyac duyulmur. Lakin qızılı yağışın ardınca əsl payız yağışı gəlir. Gəzintini daha da ləzzətli edən narın yağış, leysanla əvəzlənir. Belə yağışı isə evdə, pəncərə arxasında seyr etmək ləzzət verir. Necə ki, əziz Peyğəmbərimiz söyləmişdir: «Leysan yağış yağarkən dualar daha tez qəbul olunur». Belə yağış, göbələk yığmaq həvəskarlarını daha da sevindirir. Payız göbələklər və giləmeyvələrlə daha boldur, mən isə onları çox xoşlayıram.

Payız yeni tədris ilinin başlanğıcıdır. Ilk dərs gününü birinci sinif şagirdləri səbirsizliklə gözləyirlər. Mən isə hər bir il keçdikdə, daha da böyüyürəm, yeni elmi bilgilərə yiyələnirəm və yay tətilləri zamanı ayrı düşdüyüm dostlarımla yenidən görüşürəm.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 8442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri