Sevirəm səni, ana yurdum! - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1681
Səs ver:
(səs: 0)
Vahimə gətirən kəlmə - müharibə. O bizim həyatımıza qəflətən və birdən daxil olaraq, dövrümüzü iki hissəyə: Qarabağ müharibəsindən əvvələ və sonrakı dövrə ayırdı.
Artıq neçə ildir ki, ölkəmiz müharibə şəraitində yaşayır. Bəzən adama elə gəlir ki, münaqişə heç vaxt həll olunmayacaqdır.
20 Yanvar faciəsi. Nə qədər insan qətlə yetirildi, bir çoxları yetim qaldı, yüzlərlə insan yaralandı. Nə idi onların günahı? Tankların qarşısını kəsərək vətənin müdafiəsinə qalxmaqmı? Bəlkə ona görə ki, işdən evə qayıdırmışlar və ya səs-küyə küçəyə çıxdıqlarına görə onlar qətlə yetirilmişlər? Bu suallar hələ də cavabsız qalır.
Koroğlunun, Şah İsmayılın, Qaçaq Nəbinin, Qaçaq Kərəmin, Səttarxanın və digərlərinin göstərdikləri qəhrəmanlıqlarla bu günlə paralel çəkdikdə, anlayırsan ki, bu gün də qəhrəmanlıq etmək olar və edən də var.
Azərbaycan xalqı ağır, lakin şərəfli mübarizəyə qalxmışdır. Hər bir vətəndaşın və vətənpərvərin borcu - öz evini, öz ailəsini və öz doğma diyarını qorumaqdır.
Azərbaycan xalqı müstəqillik və suverenlik yolunu tutmuşdur. Bu yol ağır və təhlükəlidir. Lakin mən əminəm ki, bu ağır mübarizədə biz qalib gələcəyik və şəhidlərimizin qanını yerdə qoymayacağıq.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1681
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri