Fonetik təhlil

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 39 838
Səs ver:
(səs: 18)
Sözün fonetik təhlili aşağıdakı kimi aparılır:
1. Sözün səs və hərf tərkibi göstərilir.
2. Sait səslər növlərinə görə təhlil olunur.
3. Samit səslər növlərinə görə təhlil olunur.
4. Sözün hecaları və vurğusu göstərilir.
Sözdəki səslərin növlərə görə təhlili onun tələffüz şəkli; ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində aparılır.

Fonetik təhlil nümunələri:
1. Neftçi - [nefçi], 6 hərf, 5 səsdən ıbarətdir.
[e] - incə, açıq, dodaqlanmayan saitdir;
[i] - incə, qapalı, dodaqlanmayan saitdir;
[n] - cingiltıli samitdir, kar qarşılığı yoxdur;
[f] - kar samitdir, cingiltili qarşılığı [v] samitidir;
[ç] - kar samitdir, cingiltili qarşılığı [c] samitidir.
Sözün hecalari: neft - çi, vurğusu ikinci hecanın üzərinə düşür.

2. Usta - [usda], 4 hərf, 4 səsdən ibarətdir.
[u] - qalın, qapalı, dodaqlanan saitdir;
[a] - qalın, açıq, dodaqlanmayan saitdır;
[s] - kar samitdir, cıngiltili qarşılığı [z] samitidir;
[d]-cingiltili samitdir,kar qarşılığı [t]samitidir; Sözün hecalari: usta, vurğusu ikinci hecanın üzərinə düşür.

3. Müəyyən - [mə:yyən], 7 hərf, 6 səsdən ibarətdir.
[ə] - incə, açıq, dodaqlanmayan saitdir;
[m] - cingiltili samitdir, kar qarşılığı yoxdur;
[y] - cingiltili samitdir, kar qarşılığı [x'] samitidir,
[n] - cingiltili samitdir, kar qarşılığı yoxdur.
Sözün hecaları: mü-əy-yən, vurğusu sonuncu hecanın üzərinə düşür.

Qeyd: Fonetik təhlildə çaşmamaq üçün sözün tələffüz şəklini yazıb,səslərin təhlilini onun üzərində aparmaq lazımdır.
(səs: 18)
Şərhlər: 5
Baxılıb: 39 838
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri