Rus dilində hərflər və səslər arasında birmənalı olmayan mahiyyət və kəmiyyət uyğunluğu qurulur.
Eyni bir hərf müxtəlif səslər ifadə edir, məsələn, а hərfi [а], [и], [ы] səslərini ifadə edə bilir, bu da saitlərin vurğusuz hecalarda tələffüzünün dəyişikliyindən asılıdır; с hərfi [с], [с’], [з], [з’], [ж], [ш], [щ’] səsləri ifadə edir, bu da müxtəlif xüsusiyyətlərdə samitlərin bənzərliyi ilə bağlıdır.
мал [мал]
часы [ч’ис́ы]
жалеть [жыл’́эт’]
сад [сат]
гость [гос’т’]
сдать [здат’]
сделать [з’д’́элат’]
сжать [жжат’]
расшить [рашш́ыт’]
расщепить [ращ’щ’ип’́ит’]
Və əksinə: eyni səs yazıda müxtəlif hərflərlə göstərilir, məsələn [и] səsi и, а, я, е hərfləri ilə gösrətilə bilər.
мир [м’ир]
часы [ч’ис́ы]
ряды [р’ид́ы]
певун [п’ив́ун]
Əgər söz hərf və səslər arasında yaranan kəmiyyət nisbəti baxımından təhlil olunarsa, aşağıdakı mövcud olan münasibətləri ortaya çıxarmaq olar:
1. Bir hərf bir səs işarə edə bilir:
шов [шоф];
2.Bir hərf 2 səs ifadə edir, я, ю, е, ё həfləri sözün əvvəlində, sait və ayırıcı işarələrdən sonra
яма [й’́ама]
3.Hərfin səs mahiyyəti olmaya da bilər:
местный [м’́эсный’] (tələffüz olunmayan səs),
мышь [мыш] (yumşaltıcı işarə qrammatik funksiyada sərtliyinə/yumşaqlığına görə tək samitdən sonra).
4.1 hərf səs əlaməti ola bilər:
конь [кон’],
банька [б́ан’ка]
5.Bir hərfsəs və digər səsin əlamətlərinə işarə oluna bilər:
мял [м’ал] (burada я hərfi [а] səsini və [м’] samitin yumşaqlığını ifadə edir).
6.2 hərf 1 səs göstərir:
моется [м́оица],
нёсся [н’́ос’а].
Elə görsənə bilər ki, 3 hərf 1 səsi ifadə edə bilir, məsələn: мыться [м́ыца], lakin bu belə deyil. [ц] səsi т və с hərfləri ilə göstərilib, ь yumşaltma işarəsi isə qrammatik funksiyanı yerinə yetirərək, məsdər formanı ifadə edir.