Yaxşı ki,ayrıyıq,yaxşı ki bizdən
Çırpıntı,sarsıntı əl üzmür bizdən
Həyatı öyrəndik həsrətimizdən
Odur ki,həmişə möhtacam sənə
Rəngi bir,dadı bir toyun büsatın
Həsrət min rəng çəkir gözlərimizə
Yaxşı ki,ayrıyıq,bu dərd həyatın
Dərin qatlarını oyrədər bizə
Yanımda olsan da uzaqdasan sən
Mən səni görmürəm olduğun kimi
Səndən ayrıldımmı,hər yerdə sənsən
Mən görə bilmirəm başqa heç kimi
Yanında bir quru cisməm özüm də
Ayrıldım ruh olub əriyirəm mən
Eşitmir qulağım,görmür gözüm də
Arzudur eşidən,həsrətdir görən
Adi bir insanam
Sənin yanında,başqa qayğılarla yaşayırram mən
Elə ki,ayrıldım qəm dumanında
Fikrimin ilki də,sonu da sənsən
Yanında sakitəm,rahatam tamam
Ayrıldım od tutub alışır ürək
Rahatlıq ölümdür,hələ mən sağam
Mənə tufan gərək,həyəcan gərək