Məhəbbət dünyanın qızıl tacıdır,
Vüsal çox şirindir, həsrət acıdır...
Ölüm-əzabların son əlacıdır,
Onun özünə də güləcəyəm mən,
Dünyadan bezmişəm, öləcəyəm mən!...
Qəlbimi anlayan-başa düşən yox,
Sevinc bircə damla, kədər-qəmim çox...
Vüsalsız həyatdan bəs necə doyaq?...
Ölsəm, cavabını biləcəyəm mən,
Dünyadan bezmişəm,öləcəyəm mən!...
Ağrıyan gözümdən, dərdli sözümdən,
Sizin qapınıza düşən izimdən...
Xəbərsiz-ətərsiz özüm-özümdən,
Son dəfə yanına gələcəyəm mən,
Dünyadan bezmişəm, öləcəyəm mən!...
Ömürdən tez keçən illərə heyif,
sənə "Can!..."-söyləyən dillərə heyif...
Qəbrimə tokülən güllərə heyif,
Eşqimi güllərlə böləcəyəm mən,
Dünyadan bezmişəm,öləcəyəm mən!...