Ayağım şikəstdi deyə istəmədilər

Müəllif: Wiyinka
Şərhlər: 3
Baxılıb: 3 193
Səs ver:
(səs: 2)
Bir gün bir qız gördüm parkda. Oturacaqda tək əyləşib dənizə baxırdı. Gözlərində kədər vardı. Sanki kimisə gözlüyürmüş kimi gözlərini dənizdən çəkmirdi. Yaxınlaşdım
- Salam
- Salam
- Yanınızda əyləşsəm narahat etmərəm sizi?
- Mənə görə narahat olma, narahat etmirsən
- Olar bir söz soruşum? Söz verirəm get dediyiniz anda çıxıb gedəcəm
- Buyur
- Gözlərinizdə kədər gördüm yəqin ki bunun bir səbəbi var. Demək istəmərsiz?
- İstəmirəm öz dərdimlə sizidə dərdə salım
- Yox. Bəlkədə öz dərdimi unutmuş olaram
Üzünü dənizə tərəf tutub dedi:
- Mən anamın üzünü görməmişəm, hələ çox balacaydım anam rəhmətə gedəndə. Nə bacım var nədə qardaşım. Tək atam böyüdüb məni, imkanımız yaxşı olub. Nişanlamışdı atam məni. Nişanlım, rəfiqələrim var idi. Ama bir gün.............
Susdu bir anlığa, gözləri doldu, əzab çəkdiyini hiss etdim. Peşman oldum soruşduğuma görə - ama düşünürdüm ki dərdini söyləsə bu qədər fikirli və dərdli olmaz.
Davam etdi söhbətinə:
- Ama bir gün atam məni yanına çağırdı (ad günüm idi) - təbrik edib dedi:
- Gedək sənə istədiyin hədiyyəni alacam. Rəfiqələrinidə, nişanlınıda axşam ad gününə çağırarsan.
Hədiyyəni alıb evə qayıdan zaman maşın qəzası baş verdi atamıda itirdim...
Göz yaşını saxlaya bilmirdi. O ağladıqca, o danışdıqca parçalanırdı ürəyim.
- Atamı itirdikdən sonra tək qaldım. Heç kim mənə yaxın durmadı.Əmim atamdan qalan evi, maşını, hərşeyi əlimdən alıb məni küçəyə atdı. Nişanlımda nişanı qaytardı, rəfiqələrimdə məndən uzaqlaşdılar.
- Axı niyə?
- Çünki qəzadan sonra ayağımın biri şikəst oldu. Üzümü kimə tutdumsa
- Mənim şikəstə baxmağa halım yoxdu - dedi.
Həmdə daha nə atam nədə atamın var -dövləti vardı. 
Danışdıqca göz yaşları yanağından süzülürdü. Əlində bərk-bərk tutub saxladığı nəsə birşey var idi. Bir anlığa susmuşduq ikimizdə. O məsum üzü gördükcə ürəyim parçalanırdı. Dolmuşdu gözlərim ancaq özümü saxlamışdım. Əlimi uzadıb dedim:
- O əlindəki nədir elə baxmaq olar?
Əlini qırağa çəkib qorxa-qorxa
- Nə olar alma onu məndən dedi
- Qorxma onu səndən almaram, onu səndən heç kim ala bilməz.
Axı o nədir sənə bu qədər əziz?
Əlini açdı. Üstündə bir yazı olan yaylıq var idi əlində. Bu mənə anamdan yadigar qalıb.
- Nə olar get daha, məni tək burax
- Bəs sən hara gedəcəksən?
- Məni düşünmə get
- Yox. Səni tək buraxıb gedə bilmərəm
- Sən mənə söz vermişdin axı - get
- Sabah yenə gələcəm bura səni görməyə
Getmək istəmirdim ama ona söz vermişdim. Durdum. Yavaş-yavaş uzaqlaşırdım ondan ancaq fikrim, ürəyim hələdə o qızın yanında idi. Getmək istəmirdi ayaqlarım ancaq sözümü tutmalıydım. Birdən bir səs gəldi - maşının kimisə vurduğunu hiss etdim... Qara buludlar aldı başımın üstünü, qaraldı gözlərim. Ürəyimdə - Nə olar ay Allah kaş o qız olmayaydı - deyib yalvarırdım. Arxaya döndükdə camaatın bir yerə yığışdığını gördüm. Qaçıb özümü çatdırdım. Gözlərimə inanmaq istəmirdim - həmin qız idi, əlində bərk-bərk sıxdığı yaylığıda yox idi əlində. Başını dizlərimin üstünə qoyub - "Ölmə nə olar ölmə "- deyib qışqırırdım. Bir maşına qoyub xəstəxanaya çatdırdıq. Ama daha çox gec idi - canını tapşırmışdı Allaha. Mən isə bunu qəbul edə bilmirdim. Xəstəxanada - Yox ola bilməz - deyib dəlilər kimi qışqırırdm... Yanağımdan yaş- süzülürdü əllərinə. Buraxmaq istəmirdim əllərini bərk-bərk tutub saxlamışdım. Sanki onu qoymurdum getməyə ama artıq çox gec idi - o yox idi həyatda.
Hər gün ürəyim qan ağlayırdı. Təsəlli tapmaq üçün məzarının üstünə gedib danışırdım daş parçasının üstündəki rəsmi ilə. Bir gün - onu ilk dəfə gördüyüm yerə getdim. Boş oturacaqlar, solğun çiçəklər, ətrafda gəzişən insanlar. Ancaq tək o yox idi. Durub getmək istəyərkən bir vaxt əlində bərk - bərk sıxdığı, ona hərşeydən əziz olan yaylığı gördüm otracağın altında. Sanki öləcəyini bilirmiş kimi bir xatirə saxlamışdı yaylığını oturacaqda. Axı mən durub gedərkən ona demişdim sabah yenə gələcəm bura səni görməyə. Yaylığı açdım və oxudum...
Bu dünyanı tərk edirəm əlvida
Gözlərimə baxma qəmli bağışla
Tək buraxıb səni gedirəm əlvida
Bağışlaya bilsən əgər bağışla...
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 193
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri