Bir qız! Sanki bu dünyada hər şey ona məxsus! Pul, şan-şöhrət,
əhli-keyf! Hər gün bu günün ibadətini sabaha saxlayan özündən razı qız!
"Onsuz hələm ömrümə var" deyərək öz işində idi! Yenə bir gün! Hava
sakit! Günəş buludlar arasında sanki acı gülümsəyirdi! Yenə eyni yol! Yenə həmin
qız gözəl bir maşında! Sürət norması yenə yüksək! Gözləniləmədən böyük bir qəza!
Artıq hər şey qaranlığa qərq oldu! Bu dünyada keyf çəkən indi tabutda çiyinlərdə
gedir!
Anası: Balam, balam, balam gəncliyinin dadından doya bilmədən getdi. Nə tələsiyin
vardı? Axı səni nə vadar etdi bu yüksək sürətlə sürmək?
Bacısı: Canım bacım sən, sən o murdar torpağa layiq olacaq qız deyilsən! Dön
geri, dön!
Qardaşı: Bəsdi bu etdiyiniz axmaqlıq, nə zaman həqiqəti anlayacaqsınız? Nə zaman
bu küfrləriniz sona çatacaq? Susun susun. Ax bacı sən dünyada ikən haqqı
tapsaydın, kaş ki səndə imanın nuru ilə nurlansaydın! Rəbbim səni bağışlasın. Cənnətinə
girməyini nəsib etsin!
Qohumu: Of yenə nə Rəbb deyərək qışqırırsan?
Tabut çiyinlərdə gedir! Müəllim, qohum, qonşu, əzizlər, dostlar və daha kimlər! Hər
kəs ağlayırdı! Amma faydası yox idi! Artıq o getmişdir!
Dünyada ikən ALLAH dan başqa heç bir ilah yoxdur Məhəmməd(s.a.v)onun rəsuludur
deyə etdiyin şahidliyi xatırla! Xatırla ki, cənnət haqqdır, cəhənnəm haqqdır,
öldükdən sonra dirilmək haqqdır. Qiyamət heç şübhəsiz gələcəkdir və ALLAH qəbirlərdə
onları dirildib hər kəsdən etdiyi əməllərə görə hesabat tələb edəcəkdir!
Sən rəb olaraq ALLAH, din olaraq İslama, peyğəmbər olaraq Məhəmmədə(s.a.v) Rəhbər
olaraq Qurani Kərimə qiblə olaraq Kəbəyə razı olmuş, qardaş olaraq möminləri
seçmişdin. Rəbbim ALLAHdır. Ondan başqa heç bir ilah yoxdur. Yalnız ona təvəkkül
etdim. O böyük ərşin sahibidir demişdir.
Qız qəbirdə tək qalar:
Qız:Ana, yandırın bu işıqları! Axı bura çox qaranlıq, yandırın işıqları
çox qorxuram, bura niyə qorxulu və soyuq? Mən ölmüşəm?! Ax anam, atam mən ölmüşəm!
Ana, ana məni yanına götür çox üşüyürəm. Dünyada olarkən niyə mənə buraların
varlığından bəhs etmədiniz? Nə üçün Oruc tut demədiniz? Niyə dinimdən bəhs etmədiniz?
Niyə cihadı izah etmədiniz? İndi, indi bura çox soyuq ana, canım yanır ana. Ax
Rəbbim kaş ki sənin sözlərinə qulaq versəydim. Bir gün olsa idi ki, səni dinləyərdim.
İndi bura çox qaranlıq altımdan daşlar batır, tikənlər batır, quru torpaq bədənimi
sıxır, böcəklər, böcəklər ALLAHım! Ana qurtarın məni bu boğucu qaranlıq
torpaqdan. Dözə bilmirəm. Ana, ata həmişə çətin anlarda mənimlə idiniz! İndi
haradasınız?
Sağ və Sol Mələyi Gəlir
Mələk: Ey qız söylə rəbbin kim?
-Bilmirəm.
Mələk: Rəbbin kim?
-Rəbbim ALLAH
MƏLƏK: Söylə dinin nə?
-Bilmirəm
Mələk: Kitabın nə?
-Heç görmədim ki.
Mələk: Peyğəmbərin kim?
-Heç eşitmədim ki.
Mələk: Söylə qız dünyada ikən nə üçün namaz qılmadın?
-Uşaqlarımdan vaxt tapa bilmədim..
Mələk: Adəm ə.s dan çox uşağın vardı mı? Onun hər il əkiz uşağı olurdu. Amma
dinindən heç bir taviz vermədi.
-O qədər çox malım mülküm vardı ki, namaz etməyə fürsət tapa bilmədim.
Mələk: Hz. Süleymandan dahamı çox malın vardı?
-Həm də o qədər çox xəstəydim ki dərdimdən namaz edə bilmədim.
Mələk: Eyyüb ə.s dan dahamı çox dərdli idin? Halbuki onun dərdi o qədər böyük
idi ki, bədənində yara olmayan yer qalmamışdı.
İndi sən sus ey Qız!
Şahidlərin danışacaq. Söyləyin ey ayaqlar bu qul dünyada sizi nəylə məşğul
etdi?
Ayaq: Bu qul məni ALLAHın məhrum etdiyi yerlərə və əxlaqsızların olduğu məkanlara
apardı. Heç bir xeyr məclisində olmadı!
Mələk: Siz söyləyin əllər siz hansı haldan şikayətçisiniz?
Əllər: Bəli ey mələk bizdə şikayətçiyik. Çünki bu qul haram olan şeylərə əlini
uzatdı, ALLAHın qadağan etdiyi əllərlə qucaqlaşdı.
Mələk: Sən söylə ey dil bu qul səni dünyada ikən necə istifadə etdi?
Dil: Ey mələk bu qulun ağzından heç pis və çirkin söz çıxmadı. Lakin heç bir
yaxşı sözdə söyləmədi.
Mələk: Yaxşı sən söylə ey ürək bu qul sənə nə etdi?
Ürək: Ey mələk bu qul mənim içimdə heç bir möminə qarşı kin bəsləmədi. Heç bir
zaman kinlik etmədi.
Mələk: Siz ey gözlər bu quldan şikayətçisinizmi?
GÖZLƏR: Bəli ey mələk çünki bu qul ona verilən böyük nemət qarşılığında harama
baxmaqdan çəkinmədi.
Mələk: Ey mələklər bunu aparın cəhənnəmə atın.
Qız: Xeyr durun nə olar, ALLAH eşqinə aparmayın məni o cəhənnəm atəşinə, durun,
nə olar sizə yalvarıram, bir şans daha istəyirəm yalvarıram...
Kirpiklər: Durun, durun, aparmayın onu
Mələk: Siz nə demək istəyərsiniz ey kirpiklər?
Kirpiklər: Bəli ey mələk bu qul dünyada ikən harama baxdı, haram yedi, haram
olan yerlərə getdi. Amma buna baxmayaraq bir gecə ALLAH(c.c)eşqi ilə, iman
toxumlarının verdiyi sevgi ilə böyük bir səmimiliklə ağlamışdı. Halbuki ALLAH təala;
"Mənim üçün bir damla gözyaşı tökənə cəhənnəm haramdır" buyurmayıbmı?
Mələk:
Ya qul uca ALLAH səni bağışladı cənnətliklərdənsən...