Düşündürücü hekayə

Müəllif: Fialka
Şərhlər: 9
Baxılıb: 3 640
Səs ver:
(səs: 5)
Bir gün Sultan Mahmud Qəznəvi dövrünün tanınmış alimlərindən birinin ziyarətinə gedir.
Sultanın gəldiyini görən həmin şəxs yerindən belə tərpənmir, elə oturduğu yerdəcə onunla görüşür və yer göstərir.
Sultan əyləşir və onlar səmimi söhbətə başlayırlar. Bir müddətdən sonra sultan ayağa qalxır və getmək üçün alimdən icazə istəyir.
Alim də qalxır və hörmət əlaməti olaraq onu qapıya qədər yola salır. Sultan soruşur:

— Mən gələndə heç yerindən də tərpənmədin, yola salanda niyə bu qədər zəhmət çəkirsən?

Alim də cavabında deyir:

— Sultan sağ olsun, sən gələndə hər tövründən təkəbbür yağırdı. Gedəndə isə o qədər sadə və təvazökar bir halda bizdən ayrılırsan ki, sənə qarşı bir zərrə qürurlu davranmaq əxlaqa uyğun gəlməz. Qürura qürurla, təvazökarlığa təvazökarlıqla cavab vermək lazımdır.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 3 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri