Əslində Mən (Roman) - Mən heç nə bilmirəm...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 258
Səs ver:
(səs: 4)
 Bilirsən necə ehtiyacım var sənə? Canımdan da çox sevirəm səni, bunu ki, çox yaxşı bilirsən. Sən bir anda dəyişdin. Elə bir an  idi ki, heç dəyişməyini gözləmirdim. Bilmirəm, bir anda  belə dəyişməyinə səbəb nə oldu... Mənə elə gəlir ki, amma səbəb mənəm. Dərslərlə çox maraqlanıb, səni unutdum. Bağışla L Bəlkə də sən hal-hazırda başqasını sevirsən. Məndən uzaqsansa , deməli kiməsə yaxınsan. Nə deyim ki, qismətdir deyib sənsizliklə barışmaqdan başqa heç bir çarəm yoxdur. Xoşbəxtliklər sənə... Hörmətlə : Fidan...
Görəsən düzgün edirdim? Fidanın üzülməyini heç istəmirdim. Keçmişdə qalan biri olsa da , hələ də ən azından bir dost kimi dəyərli idi mənim üçün. Amma onun facebookda mənə yazdığı mesajına cavab yaza bilmədim. Nə yazacaqdım axı?
08:50 – Günəş yenə avtobusdan düşdü və mən də arxasıyca hərəkət etməyə başladım.
-Sabahın xeyir Günəş, necəsən?
-Təşəkkürlər, sən necəsən?
- Çox sağ ol, mən də yaxşıyam.
- Həmişə yaxşı olasan. Bu arada keçən dəfəyə görə çox sağ ol. Yaxşı ki, o an sən çıxdın qarşıma.
- Mən sadəcə vəzifəmi yerinə yetirdim. Mən bəziləri kimi göz yumub yanından keçə bilməzdim.
-Mənəı görə özünü təhlükəyə atdın sən, burada vəzifəlik heç nə yoxdur.
-Sənə görə ölümə belə getməyə hazıram mən.
- Günəş utanıb  başını aşağı saldı.
- Günəş, Günəş gözlə ; deyə arxadan səs eşidildi.
- Qrup yoldaşımdır. Onunla getsəm sənə eyib olmaz Aydın?
-Xeyr əlbəttə ki.
-Anlayışın üçün çox sağ ol.
-Nə demək, xoşdur.
Getdikcə dəli olmağa başlayırdım. Günəşdən uzaqlaşıb universitetə qədər tək getməli oldum. Yolda sırf  bir düşüncə boğurdu məni – " bu qədər çox sevirsənsə aç ona ürəyini” . Bilirsən, əslində sevgi çox qəribə bir hisdir. Normadan çox tələssən və yaxud da geciksən sevdiyini itirə bilərsən. Yox, mən Günəşi itirə bilmərəm. Ona ən yaxın zamanda, əlimə düşən ilk fürsətdə sevgimi etiraf etməliyəm. Birdən xatırladım ki, bu gün saat 16:00-da kəsr dərsim , 16:30-da isə Günəşin ingilis dili kursu vardı. Bundan gözəl fürsət ola bilməzdi. Bu gün ona qarşı hiss etdiklərimi söyləməliydim. Onu itirməyi gözə ala bilməzdim. Digər tərəfdən də içimdə iki tərəfli bir duyğu yaranırdı. Ya ürəyində başqası varsa? Ya məni sevməzsə? Olsun, ən azından onu sevdiyimi biləcəkdi.
Qış vaxtı idi. Fevral ayı... Nəticədə qışda hava tez qaralırdı. Kəsr dərsindən çıxıb tez metroya-Nəriman Nərimanov stansiyasına getdim. Günəşin ingilis dili kursu həmin ünvanda yerləşirdi. Metrodan çıxan kimi. Artıq saat 18:10 idi və  20 dəqiqə sonra GÜnəş kursdan çıxacaqdı. Hava qaralmağa başlamışdı. Düzü
heç söhbətə necə başlayacam deyə düşünmürdüm. Qabaqcadan nəsə hazırlamamışdım. İçimdən nə gəlsə idi onu da deyəcəkdim. Məgər ən gözəli bu deyildi ki?
- Aydın?
-Bəli?
-Sənsən?
-Hə  Günəş, mənəm.
-Burada nə işin var?
-Bu tərəflərdə işim var idi. Həm də kursunun vaxtını bilirdim. Axşam vaxtı evə tək getməyinə razı ola bilmədim. İcazənlə səni evinə qədər ötürmək istəyirəm.
- Bilmirəm ki, necə olar...
- Yaxşı olar, gəl gedək.
-Yaxşı.
Gözləri bir dəniz olsa idi çoxdan boğulmuş olardım yəqin ki, həmən dənizdə. Necə də gözəl, qara gözləri var idi.
- Dərslər necədi Aydın?
- Yaxşıdı, bircə bu kəsrimi də verib qutarsaydım.
- Yaxşı olar, sıxma canını.
- İn şa Allah. Günəş, bilirsən?
-Nəyi bilirəm?
-Həyat çox qısadı.
-Heç şübhəsiz.
-Qısa olan həyatda bəzən olur kimsə anlamır səni. Sən də hər şeydən, hər kəsdən qaçıb
uzaqlaşırsan. Anlaşılmadığın bir mühitdə tək qalmaq daha yaxşıdır. Lakin bu düşüncələrlə yaşamaq da olmur. Bir gün əlbət bu düşüncələrdən azad olursan. Kimdəsə özünü tapırsan. Sənə elə gəlir ki, bax budur qısa olan həyatının hər anını birgə dəyərləndirə biləcəyin insan.
-Bu sözlərinlə nə demək istədin ki?
- Deyirəm ki...
-Aha?
-Deyirəm ki... Səni Sevirəm. Bu sözü dediyimdən sonra gördüm ki, artıq məhlələrinə çatmışıq. Bir an dayandıq. Qapqara, balaca gözlərini ilk öncə gözlərimə zillədi. Elə gözəl baxırdı ki... Sanki bu dəqiqə o da " mən də, mən də səni sevirəm” deyəcəkdi. Lakin düşündüyüm olmadı. Birdən baxışlarını çəkdi və qaçıb bloka-evlərinə tərəf üz tutdu. Məhəllələri idi deyə arxasıyca gedə bilmədim. Bu nə demək oldu ki, anlamadım... Baxışları ilə "səni sevirəm” deyən nədən qorxub qaçdı ki? Səhv nəsə dedim ki? Bəlkə çox sürrealist cümlələr qurdum. Ehh, nəbilim...Səhər universitetdə öyrənərəm.
   08:50.  Avtobus gəldi, lakin düşən sərnişinlərin arasında yox idi Günəş. Hanı Günəş? Boz kütlənin arasından cəld addımlarla irəliləyib onu axtardım. Bəlkə gözümdən qaçıb, görməmişəm. Gəlib universitetə çatdım,lakin yolda da tapmamışdım Günəşi. İstədim dərs keçdikləri otağın qabağına gedim, amma saat 08:58 idi və 2 dəqiqə sonra zəng içəri vurulacaq,dərs başlayacaqdı. Getməyim mənasız idi.
   Bütün günü onu gəzirdi gözlərim. Axır ki, tapdım onu. Bufetdə qızlarla oturub çay içirdi. Qızlar var idi deyə yaxınlaşmadım. Dayanıb bir kənarda onu izləyirdim. Bir anlıq gözü sataşdı mənə, gördü məni. Gülümsədim və o da gülümsəyərək qarşılıq verdi. Mənə elə gəldi ki, məni görməyinə çox sevindi. Bu baxışlardan həqiqətən məni sevdiyi oxunulurdu.
   7 mart. Sabah 8 mart-Qadınlar günü idi. İlk öncə Günəşə hədiyyə almağı düşündüm,lakin azdan-çoxdan xasiyyətinə bələd idim və hədiyyəmi qəbul etməyəcəyini bilirdim. Ən gözəl hədiyyə elə Qızılgül idi. Madam ki, gül verəcəkdim o zaman gülü tək vermək bir az qəribə çıxardı, bir şeir yazıb gül ilə birgə verməyi qərara aldım. Nə də olsa arada bir şeir yazırdım. Hə, hə gözəl fikirdir. Lakin 8 mart qeyri iş günü idi və mən nə edəcəkdimsə bu gün etməliydim. Birinci dərsdə oturub bir şeir yazdım, ikinci dərsə girmədim, əvəzində gedib qırmızı, gözəl bir qızılgül aldım. Şeiri səliqəli bir şəkildə yeni bir vərəqə çökürdüm daha sonra vərəqi karandaş vasitəsilə burub, kleylə gülə bərkitdim. Ona bu şeiri yazmışdım :
 
 
Sən ol xöşbəxtliyim, sən ol
sevincim,
Sən ol hərcə dəqiqə
vuran ürəyim
Özün də bilirsən təkdi diləyim.
Səninlə bir ömür yaşamaq lazım
Bununçün yanımda
qalmağın lazım. ...
Sən ol həyatımın mənası mənim,
Nə gözəl cənnətdir, gözəl gözlərin...
Soyuq bir
havada sənin əllərin.
Ən gözəl əlcəkdir, mənə
biləsən,
Heç zaman ömrümdən sən getməyəsən. ...
Sən ol yalnızlığımı vurub məhv edən,
Sən ol
yalnızlığımı birdən itirən.
Sən ol xöşbəxtliyi mənə
gətirən
Səndən özgəsini istəmirəm mən,
Tək bircə
həyatım sənsən, bil ki, sən.!. ...
Sən ol hərcə
dəqiqə əlimi tutan,
Sən ol hərcə dəqiqə məni
yaşadan
Sən ol yastığıma mənim baş qoyan..
Qoy
hər gün yuxudan səninlə qalxım,
Qoy hər gün daha
da xöşbəxt yaşayım. ...
Sən ol ömür kitabımın baş
qəhrəmanı,
Gözləmək istəməm daha zamanı

söylə tək bircə "hə" cavabını
Bir ömür birlikdə
yaşlanaq sənlə,
Bir ömür biz birgə gənc qalaq
sənlə ...
Sevgimiz güc versin, biz cavan qalaq
Birlikdə həyatdan gəl də həzz alaq.
Yalnız bir-
birimizçün gəl biz yaşayaq.
Və budur son cavab
sənindir indi,
Nə olar bir "hə" de, məni
sevindir! ...
 
- Əhməd səndən bir xaiş etsəm olar?
- Əlbəttə qardaşım, buyur.
- Bu gülü Günəşə verə bilərsən?
-Əlbəttə.
-Mənim verdiyimi də deyərsən də olar?
-Əlbəttə deyərəm, elə əsas odur da.
Qızılgülə yapışdırdığım kağız təkcə şeirdən ibarət deyildi, təbii ki, şeirdən əlavə bayramla əlaqəli təbrik də yazmışdım.
- Əhməd, 3-cü dərsiniz hansı otaqdadı?
- 1209.
-Çox sağ ol.  İn şa Allah bir gün çıxaram xəcalətindən.
- O nə sözdür qardaşım? Bir də eşitməyim. Mənim yerimə sən də olsa
eyni şeyi edərdin nəticədə. Aha, zəng vuruldu . Mən gedim dərsə.
- Dayan mən də gəlim.
- Gəl.
Günəş koridorda qapının ağzında dayanmışdı. Yəqin ki, müəllimləri hələ gəlməmişdi. Mən bir kənara keçdim və Günəşi izləməyə başladım. Əhməd gülü verib otağa keçdi. Günəş gülü aldıqdan sonra üzərindəki kağızı açıb oxudu. Oxuduqca üzündə xoş bir təbəssüm yaranırdı. Elə bir təbəssüm idi ki, sözlərlə heç cür ifadə etməsi mümkün deyildi. Oxuyub bitirdikdən sonra vərəqi qapayıb gözlərini koridora zillədi. Məni axtarırdı heç şübhəsiz və tapdı. Məni gördükdən sonra üzündəki təbəssümü qəribə bir ifadə aldı. Uzun – uzun baxdı və birdən vərəqi cırmağa başladı. Gülü də, vərəqin parçalarını da zibil qutusuna atıb auditoriyaya keçdi. Az qaldı ki, ağlım başımdan çıxsın. Mən axı Günəşin bu hərəkətini necə anlamalıydım? Buna nə anlam vermək gərəkirdi?
Yuxudan qalxdıqda başım ağrıyırdı. Neçə gün idi ki, Fidan yuxularıma girirdi.
Bəzən vicdan əzabı çəkirdim heç nə demədən ayrılmışdım ondan.  Bir vaxt bir damla göz yaşına görə bütün dünyanı qabağıma ala biləcək mən, bu gün özüm Fidanın göz yaşlarına səbəb idim.Hər gün facebookda Fidan yorulmadan yazırdı mənə. Mən isə sadəcə oxuyurdum, cavab yazmırdım. Dəli olurdum sanki. Hislərim qarma-qarışıq idi. Bir yandan Fidan digər yandan Günə. Yorurdu məni hislərimin qarışıqlığı. Sadəcə yorurdu o qədər... nə düşünə bilirdim nə də bir başqa bir şey edə. Cavabını tapa bilmədiyim suallara ürəyim də son zamanla eyni cavabı verirdi. "Mən HEÇ NƏ Bilmirəm” ...


Müəllif: Əhəd Əhədli
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 2 258
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri