Keçmiş fəsil

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 476
Səs ver:
(səs: 2)
"Boz fəsillərdə həyat çox soyuq görsənir." Üşdüyün gecələrdə keçmişin yayı yadına düşəndə qəribə olur insan. Ayrı bir gözəllik,gözlərindəki nostaiji parlaqlıq insanı bir anlıq teleport kimi keçmiş fəsillərə aparır. Neçə vaxtdı qar yağmır deyə, içimdə üşüyür. Bəlkə keçmişi təzələməyin yeganə yoludur, qarın yağması. Əslində başqa bir mövzudan yazacaqdım, sadəcə hər mövzuda fəsillərin gözəl xatirəsi, məni bunu yazmağa vadar etdi.
- Məktəb vaxtı yadıma düşür hər qış, nə qanırdım prablem,məhsuliyyət. Gülüşlərin ardı-arası kəsilmirdi. Hər gecə gizlincə yatağımdan qalxıb pəncərədən qarın yağıb-yağmamasına baxırdım. Yağmasada belə təssüflənmirdim, çünki əmin idim bu gündə olmasa, nə vaxtsa yağacağına.
Qar yağdığı zaman içimdə yığıb-yığışdıra bilmədiyim gülüşləri ətrafa paylayırdım. Bu cür hədiyyəni yalnız, İlahi mənə bəxş edə bilərdi. Həddimi aşmışdım xoşbəxtliyimdən. O zaman nə pulum var idi, nədə bahalı bir geyimim. Sadəcə qar yağırdı....
- Çəkmələrimin düyünlərini bərk-bərk sıxıb tez çölə çıxdım. İlk əyağımı qara basdığım zaman, o qar xışıltısı mənə xoş rahatlıq verirdi. Hər tərəfdə insanlar,gülüşlər və göydən narın-narın yağan qar.
- Hərdən fikirləşirdim ki, yağış bostanların suvarılması üçün , yazın istisi güllərin açması üçün, Günəşin istisi dəyişgənlik olsun deyə, bəs Qışın qarı nə üçün?
- Həmişə bunun cavabını Allahın uşaqlara ən gözəl hədiyyəsi kimi qiymətləndirirdim. Qışı o qədər çox sevirdim ki, başqa cavab ağlıma gəlmirdi. Hər gün dua edirdim qar yağması üçün...

-Bu gündə dua etməkdəyəm: Allahım xahiş edirəm qar yağsın bu ildə və üç mərtəbəli binaların içində pulları ilə öyünən, lakin soyuqdan vicdanları üşüyən kəslərin vicdanlarını, qarın şaxtasında qüruru ilə qızınıb ayaqda qalan insanlara kömək etməklə qızındır.

-Süleyman Əliyev
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 476
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri