Təki Qayıt
Heç vaxt əyilmərəm, heç vaxt sınmaram
Qürurumu heç vaxt tapdalamarm
Sevgim üçün heç vaxt mən ağlamaram
Bu dediklərim hamısı yalandır
Bəs necə olurki bir oğlan üçün
Mən çox ağlayıb əzab çəkirəm?
Hec kim anlamır ki tək onun üçün
Güllərim solubdur yalnız qalmışam
Ağladım bu gecə səssiz səmirsiz
Ən həzin mahnılar dostlarım oldu
Elə ağladımki tək onun üçün
Küləyin səsidə matəm oxudu
Əlimi tutanda dünya mənimdi
Gülüdə verəndə mən sənin oldum
Heç kim basa düşmür, heç kim anlamır
Niyə əbədilik bir məhkum oldum?
Ağlayanda yalvardım uca Tanrıya
Qayıdasan gec-tez mənim yanıma
İnan gözləyərəm mən səni hər an
Təki qayıdasan mənim yanıma
Nə bileydimki mən bağlanaram
Qələmimlə belə sözlər yazaram?
Amma bunu bil ki vəfasız yarım,
Sənin üçün hər axsam matəm bağlaram.