Sevgi və xəyanət. Bunlar Ər və Arvad kimi əkiz doğulub...

Şərhlər: 4
Baxılıb: 2 862
Səs ver:
(səs: 3)
Bu yaxınlarda  uzun həsrətdən sonra şəhərimizə qar yağdı. Ürəyim doludur, dəqiq bilmirəm hardan başlayım, amma  bir şey lap deqiqdirki, mən qarı cox sevirəm. Mənə görə ən gözəl təbiət hadisəsi QAR yağmasıdır. Bakı cox gəzəl şəhərdir, qar yağanda lap  gözəl olur. Mənim Bakı haqqında deyəcəklərim və təssuratların  həddindən artıq böyükdür, qalsın bu başqa mövzu...

Burada qeyd edəcəklərim  bir günün icində  bir neçə saatlıq müşahıdələrimdir. O hadisə ki, məni cox maraqlandırdı, cox düşündürdü, cox kövrəltdi, ən bir anlıq başqa dunyanın sakini oldum. Bəlkədə bəziləri üçün cox sadə  və adi həyat hadisəsi olan görduüklərim mənim üçün çox maraqlı idi.

Demək belə qar yağan gün şəhərin mərkəzi küçələrinin birində dostumla bir restoranda oturmuşduq,daha doğrusu dostum məni orada gözləyirdi. Içəri girəndə gözüm dostumla paralel stolda oturan xoşbəxt  cütlüyə- oğlan və qıza gördü. O stol diqqətimi o qədər çəkmişdiki, artıq mən dostumla hal-əhval tutmağı və sohbəti unutmuşdum. Mən çox maraqla stolu izləyirdim, deyilə bilərki, bu etik qaydalara zidd olar, "yaxşı" hərəkət deyil. Amma mümkün deyildiki, o mənzərəni seyr etməyəsən. Vallah həyat çox qəribədi, bu həyatda gərək heçnəyə təcüblənməyəsən, amma bu o demək deyilki, hər şeyə laqeydsiz olaq, bəzəndə bir balacada təssuflənmək lazımdır. Nə isə... demək nə baş verirdi, stolda oturan Qız  oğlanın qarşısında ağlayırdı, ağlayırdı necə, lap özünü öldürürdü, gözlərindən axan yaş payız yağışı xatırladırdı. Qız axan  göz yaşlarının qarşısında bir o qədərdə sakit səslə, çox sakit səslə ağlayırdı, inanın səsi eşidilməyəcək dərəcədə dodaqlarının altında mızıldayırdı. Qarşısında oturan oğlan elə qız qədər də sakit ona qulaq asırdı. Öğlanda sanki məni kimi seyredici idi. Oğlan əllərini üzünə tutaraq barmaqlarının arasında Sevgilisinin ittihamlarını dinləyirdi, hec bir suallara cavab vermədən "susqunluğu ilə" günahlarını etiraf edirdi. Mənim üçün çox qaranlıq qaldı oğlanın günahının adı nə idi??? Mən hər şeyi unudub,mənə aid məsələ olmasada bütün diqqətmi O stola cəmləmişdim. Dostum məni ona fikir vermədiyimi görüm məni stoldan ayırmaq istəyəndə bununda mənasız olduğunu gördü, və biz hər ikimiz "o xoşbəxt ağlaşmanı" izlədik. Amma dostum çönüb arxaya baxdığından, o "yoruldu". Beləcə iki saata qədər davam edən bu hadisə məndə olduqca kövrək duyğular oyatdı, mənim hislərimi görən dostum  mənə çox təəcubləndi. Indi ifadə edəbilmirəm  o duyğuları, amma  o anda "suallar" içində boğlurdum. Cavabsiz qalan suallar məni HƏYAT və DÜNYA haqqında düşünməyə məcbur etdi. mən o qızın göz yaşlarında Həyatı gördum, Sevgini hiss etdim, onun islanan yanağında həyatın aynasını gördüm. Onun göz yaşları Həyatın güzgüsü idi".
 
Elə həmin yerdə, həmin anda bunları düşünməyə başladım, dünyada, həyatda, insanda bir şeyə xidmət edir, bu böyük həriflərlə yazilan  SEVGİDİR. Yoxsa O qız saatlarla, insanların gözünün qarşısında niyə zülüm-zülüm ağlayırdı??? Əgər bunun adı SEVGİ deyilsə bəs niyə ağlasın??? O səmimi, sağlam hislərdən doğan yaşların bir tək səbəbi ola bilərdi, SAF və ÜLVİ SEVGİYƏ  "XƏYANƏT". QIZ O LƏKƏNİ QƏBUL EDƏ BİLMƏZDİ, ONU HƏZM EDƏ BİLMƏZDİ.

Həyat çox qəribədir, əgər bütün bəsəriyyət yığılsaydı O qızın tək bu sualına cavab verə bilməzdi "AXİ NİYƏ".

O gün mən çox düşündüm, çox fikirləşdim. Həttda o səhnəni unuda bilmirdim. Mən tək bir şeyi anladım HƏR KƏS SEVƏ BİLMƏZ. SEVGİNİN TƏLƏBLƏRİ ÇOX AĞIRDI. Bu dünya təzadlar üzərində qurulub. SEVDİ və XƏYANƏT. Bunlar Ər və Arvad kimi ƏKİZ doğulub...

HƏR KƏS SEVƏ BİLMƏZ!!!
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 862
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri