Bir
yaxın dostumuzun ad günündəydik...Bir anda gözündən yaşlar axmağa
başladı... Qulaqları kar edə biləcək qədər mahnı içindəydik... Səslənən
mahnıya duyğulandı deyə düşündüm... Amma bir baxdım ki, səslənən mahnı
ritmik bir mahnıdır... Burda duyğulanıb ağlamalı nə var ki?”Nə oldu?”
deyə çağırdım... Eşitmədi... Mahnı səsi imkan vermirdi səsimi eşitsin..
Yanında oturan qıza işarə edib onu çağırmasın...ı istədim... İşarəylə
"nə oldu?” deyə soruşdum... Əliylə "boş ver” işarəsi verdi...Yaxşı, boş
vermə asandır, amma sən niyə ağlayırsan? Bəlkə görməmişəm kiminləsə
mübahisə edibsən..Bəlkə evdən zəng ediblər artıq gecdir hələ evə
gəlmədiyinə görə danlayırlar... Ayyy öldürmə insanı, niyə ağlayırsan?
Bütün bu cümlələri işarəylə ondan soruşmaq istədim, amma bacarmayacağımı
hiss edib durdum. Onsuz da mənə baxmırdı. Mobil telefonuna kilidlənmiş
barmaqları sürətlə hərəkət edirdi.. Mesaj yazma mövzusunda yarış
keçirilsəydi inanıram ki birinci yeri o qazanardı... Nə qədər uzun mesaj
olur olsun cəmi bir neçə saniyə ona bəs edirdi...Aradan 10 dəqiqəyə
qədər keçdi... Ağlamaqdan makiyajının axdığı üzünü masanın üzərindəki
salfet ilə təmizləməyə çalışdı... Daha çox üzünə yaydığını, üzünün
qapqara olduğunu sifətimin ifadəsindən hiss etdi.. Qalxıb hamam otağına
getdi. Gedərkən arxaya dönüb telefonunu əli ilə mənə göstərdi "Ayrıldıq”
dedi...Arxasıyca getdim. Təccübümdən danışmadım bir müddət, daha
doğrusu anlamırdım heç nəyi... Biz doğum gününə gələrkən yaxşı idi
araları... Hətta yolda ona zəng edib şirin sözlər demiş, özündən mugayat
olmasını belə tapşırmışdı.. Nə vaxt qarşılaşdırlar, nə vaxt danışıb,
dava etdilər ki, ayrıldılar da üstəlik?Səbəbini soruşdum. Niyə
ayrıldıqlarını çox uzun uzun anlatdı. Beynim qarışdı. O ayrılıqda əldə
tutulacaq bir səbəb də yox idi. Mənim fikirləşdiyim nə vaxt və necə
ayrıldıqları idi..Mesajla ayrılıblar...Mobil telefon çıxdı,
namərdliklərmi artdı?! İnsanlar da mesajla ayrılarmı? Sevgi dediyimiz bu
qədər yüngülmü yəni?! 5 ildir davam edən bu böyüklükdə məhəbbət
telefonun mesaj menyusunda sona çatdı?!Həmin günün sona çatan bir neçə
dəqiqəsini də ağlaya ağlaya keçirdi.
Səhərisi gün dözməyib evlərinə getdim. Ağlaya ağlaya mənə baxıb "Bu
böyük sevgi qurtardısa deməli hər şey qurtardı” dedi. Böyük sevgimi?
Hansı sevgi? Bir mesajla bitən əlaqəyə sevgimi deyilir artıq? Sevgini
kim və nə zaman bu qədər ucuz satdı?
İnsanın əvvəl özünə, sonra qarşısındakına və yaşadıqlarına hörməti
olmalıdır. Müddəti önəmli deyil, iki insan bir ortaq duyğunu bölüşüb,
yaşamışlarsa ayrılıq vaxtı gəldiyində hörmətlə ayrılmağa layiq
deyillərmi? Ayrılığın qayda qanunu yoxdurmu görəsən? Yoxdur yəqin,
olubsa da qalmayıb deməli artıq!
Texnologiya insan həyatını asanlaşdırmaq, müasirləşməmiz üçündür.
Bununla razıyam, ancaq bu da bir az çox oldu. Dünyaya baxışınız,
sevgiyə, dostluqlara hörmətimiz çərçivədən çıxır məncə artıq.
Fikirləşirəm ki, sevdiyim ayrılığımızı telefonuma mesaj göndərərək
bildirirsə bunu ancaq telefonu başında sındırdıqdan sonra edə bilər! Heç
kəs qarşısındakını bu qədər aşağılaya bilməz! Sevgi əlaqələrini düzgün
yolla getməkdə çoxumuz acizik, burası dəqiqdir. Yara almadan, ürək
sındırmadan sevgi olmur elə bil...Bu çoxdan məlumdur artıq.. Və artıq
bir çoxumuz da deyəsən normal baxırıq bu hala... Belə olmalıdır deyə...
Belə olmalıdırsa kimlər üçünsə qoy olsun! Amma bu gün normal insan kimi
ayrıla bilməmək çox təccübləndirir məni.. Görəsən, sevgimiz sadəcə
telefondan gələn mesajlaramı idi? Görəsən, görüşə telefonumuzunmu
xətrinə gedirdik? Cavab " bəli” dirsə onda qorxmalı bir şey
yoxdur...Deməli heç birləşməmisiniz... Nə də olsa sevgiliniz telefon
idi, o da bir yere getmədi yanınızdadır... Xoşbəxt olun!