Dünyaya
göz açan körpə bir yaşının sonlarına doğru cürbəcür zehni və fiziki
bacarıqları əhəmiyyətli ölçüdə qazanmağa başlamışdır. Bunların başında
danışmaq və yerimək fəaliyyəti durur. Minimum səviyyədə də olsa, bu
bacarıqları qazanan uşaq müstəqil hərəkət edə bilən bir varlıq olduğunu
kəşf edə bilmənin böyük həyacanını yaşayar. Bu həyacan o qədər
keyiflidir ki, bunu davam etdirə bilmək üçün cürbəcür hərəkətlər edər.
Məsələn: bu hərəkətlərdən biri anadan iməkləyərək və sonralarda
yeriyərək uzaqlaşmağa çalışmasıdır. Bir yaşına qədər anadan asılı olan
körpə, öz başına yeriyə bilmənin o dərin həzzi ilə anadan ayrılır, ancaq
bir tərəfdən də, bu müstəqilliyin verdiyi qorxu və qayğıları yaşayar.
Bu qorxu və qayğıyla anadan uzaqlaşarkən dönüb anasına baxar, anasının
orda olub-olmadığını, ona baxıb-baxmadığını yoxlayarkən duyğusal enerji
ehtiyacını təmin edər. (18 ay)
Bəzi
zaman anadan bir neçə metr ayrılan körpə, uzaqlığa dözməyərək qaçaraq
anasının yanına dönər. Ehtiyacı olan hissi enerjini anasından alaraq,
yəni enerjisini təmin edən körpə, təkrar hərəkət etməyə başlayar. Uşağın
bu davranışı qarşısında ananın diqqət etdiyi davranış çox önəmlidir.
Burada ananın etməsi lazım olan uşağın müstəqil hərəkət etməsinə izn
vermək, ancaq bunu edərkən də, hər zaman onun yanında olduğunu hiss
etdirməkdir. Bəzi analar uşaqlarının onlardan ayrılıb müstəqil hərəkət
etmələrinə öz ruhi patalogiyası səbəbilə izin verməzlər. Bəziləri uşağa
bir şey olar, yıxılar və b. düşüncələrlə bunu edərkən, bəzi analarda
uşağın müstəqil olmasına şüurdankənar olaraq təhəmmül edə
bilmədiklərindən bunu edə bilərlər. Çünki ana bir mənada uşağın
"Tanrısı”-dır.
Hamiləliyin
ilk günündən bir yaşına qədər hər mövzuda ona bağlı olan bir varlığın
müstəqil hərəkət etdiyini görmək ruhi baxımdan sağlam olmayan bəzi
analara nigarançılıq verir. Kənardan baxıldığında bunun tam tərsi bir
mənzərə sərgiləsə də, ruhunun dərinliklərində özünün belə fərqində
olmadığı bir narahatlıq vardır. Ədəbiyyatda bunla bağlı bir hadisə var.
Danışan
X, 30 yaşlarında yeni ana olmuş bir ev qadınıdır. Yeni iməkləməyə
başlayan uşağı anasından bir neçə metrə uzaqlaşdığında ana gizlənər,
anasını görməyən uşaq bir müddət sonra şiddətlə ağlamağa başlayar.
Danışan X, uşağının bu çarəsiz durumunu və ona möhtac olduğunu görməkdən
həzz aldığını və dəqiqələrlə bunu izlədiyini qeyd etmişdir. (Mənbə:
Tahir Özakkaş, totalitar psixoterapiya təlim deşifrələri)
Belə
bir ananın uşağının necə bir zehni proqram inkişaf etdirəcəyi
mövzusunda fikir yürütmək çox çətindir. Əvvala bunu qeyd etmək lazımdır
ki, körpənin ilk dəfə anadan uzaqlaşaraq müstəqil bir hərəkət edə bilmə
fəaliyyətinə verilən ad "özlük aktivasiyası” –dır. Körpənin bu
fəaliyyəti ana tərəfindən dəstəklənir və təsdiq edilirsə, sonrakı
yaşlarda tək başına hərəkət edə bilən, tək qərarlar ala bilən,
təşəbbüskar bacarığı və özgüvəni yüksək, hər etdiyi işdə başqalarının
təsdiqinə ehtiyac duymayan sağlam bir fərd yetişər. Ancaq bu fəaliyyətə
ana tərəfindən izin verilməz, ya da uşaq iməkləyərək, yeriyərək
uzaqlaşdığında anadan ehtiyacı olan hissi enerjini almazsa, Mastersonun
"Tərk depressiyası” adlandırdığı halı yaşayar. Yəni uşaq anasının hissi
enerji dəstəyini kəsməsinin səbəbini, müstəqil hərəkət etməsində görür.
Bu hal, zehni proqramda belə bir şifrələmə yaradır: Özlük aktivasiyamı
reallaşdırsam, tərk edilərəm.
Müstəqil
hərəkətləri ana tərəfindən dəstəklənməyən fərdlər sonrakı yaşlarda
passiv, çəkingən, qorxaq, bacarıqsız, asılı bir şəxs olar. Belə bir
mühitdə yetişdirilən uşaq həyatı boyunca etdiyi hər işdə başqalarının
fikrinə və təsdiqinə ehtiyac duyarlar. Bir yeməkxanada yemək yemək,
kimsənin fikiri olmadan mağazada gördüyü köynəyi almaq, tək başına çıxıb
gəzmək bu fərdlər üçün utopik fəaliyyətlərdir.
Bu
fərdlər çox yaxşı məktəblərdə oxuyub çox gözəl təhsil alsalar da,
sonrakı yaşamlarında önəmli yerlərə gəlmələri, böyük layihələrə imza
atmaları çox çətindir. Digər tərəfdən ata-anaları tərəfindən müstəqil
hərəkətləri dəstəklənən uşaqlar çox az imkanlarla və məktəb
həyatlarındakı uğursuzluqlara rəğmən sonrakı yaşamlarında önəmli yerlərə
gəlib çox böyük işlərə imza atarlar.
Və
yenə ümumilikdə yaxşı təhsil almış ancaq asılı tərbiyə edilmiş
uşaqlarda bunların əmri altında işləyərlər. Böyük komandirlərin, əsas
dövlət adamlarının, tanınmış elm adamlarının bir çoxunun uşaqlıqlarına
baxıldıqda məhdud yaşam şəraiti içərisində böyümələri və çətin bir
uşaqlıqdan keçmələri təsadüfi deyildir. Bu insanlar kiçik yaşlarından
çiyinlərindəki yükün verdiyi məsuliyyətlə müstəqil hərəkət edə
biləcəkləri zehni proqramları qazanmışlardır.
J.
F. Masterson, tərk depressiyası ilə bağlı olaraq bunu qeyd edir: "Ana
uşağına verdiyi hissi enerjini kəsərsə, (həyat enerjisi, libidinal
enerji) uşaq tərk depressiyası yaşar. "Bir orqanını və ya üzvünü itirən
fərd nə qədər ağrı hiss edərsə, tərk depressiyası yaşayan uşaq da eyni
ağrıları hiss edər.
Bu
ağrı uşağın ruh dünyasında elə dərin bir iz buraxar ki, həyatı boyunca
nə vaxt hər hansı bir şeydən ayrılıq halı yaşasa, o ağrını hiss edər. Bu
ayrılıq hallarına iş dəyişikliyi, məmləkət dəyişikliyi, ailə
üzvlərindən birinin vəfatı, sevgilisi tərəfindən tərk edilmə kimi çox
sayda misal vermək olar. Uşağlığında tərk depressiyası yaşamış fərdlərin
bu tərz ayrılıqlara və travmalara verdiyi reaksiyalar daha şiddətli və
acı doludur.
Xalq
arasında "eşq acısı, qara sevda” kimi anlayışlarla tərif edilən
halların bəzi fərdlərdə depressiya, panik atak, psixotik mənzərələrə
dönməsinin kökündə, körpənin ruhi quruluşu yaranarkən həyatının ilk
illərində yaşadığı bu " tərk depressiyası” vardır.
Psixoterapiya mütəxəssisi və yazıçı: Mustafa Gödeş