Qara bəbir

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 87 932
Səs ver:
(səs: 85)
Bəbir və ya qaplan  pişiklər  fəsiləsinin panter  cinsinə aid heyvan növüdür. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli , ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır. Bəbir sıçrayışının uzunluğuna (5-8 m) görə bir çox iri  məməliləri  geridə qoyur. Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi demək olar ki, ağdır. Quyruğu az tüklü olduğundan nazik görünür. Bəbirin xallı rəngi onu otların, kolların və ağacların yarpaqları arasında görünməz edir.
Bəzən qara piqmentli melanist bəbir də olur Hindistanda . Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada  , Azərbaycanda nadir hallarda (Lənkəran  və Naxçıvanda ), Cənub-Qərbi və Cənubi Türkmənistan  dağlarında, Tacikistanın ın cənub hissəsində və Ussuri ölkəsində sıx meşələrdə və dağlarda yaşayır. Ömrü vəhşi təbiətdə 10-11, qapalı yaşam şəraitində (zooparkda) 21 ilədək ola bilir.Əsasən, cütdırnaqlı heyvanları, quşları və gəmiriciləri ovlayır.
(səs: 85)
Şərhlər: 3
Baxılıb: 87 932
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri