Gülmək ömrü uzadır:))

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 554
Səs ver:
(səs: 4)
- Müəllim bir şey soruşa bilərəm?
- Soruş qızım
- You can go out nə deməkdir ???
- Çölə çıxa bilərsən
- Sağol müəllim ürəy'sən.

- Gəl, qızım, çıx lövhəyə x'ı tap.
Puah o gəlsin məni tapsın da.

Bu gün Paltomu geyinərkən "bəlkə keçən qışdan cibində pul qalıb" düşüncəsi ilə ciblərinə baxdım. Borclu olduğum insanların siyahısı çıxdi. Qurban olaram e bəxtimə.

Dırnağına lak vurub sora da onu şəklini profile qoyan qızlar, neyniyək indi üfürək ki, tez qurusun...??

Mesajlaşdığınızı bilirəm, çünki heç kim dizinə baxıb gülməz!
imza: Müəllim ...

Yaxşı dostlar bir-biriləri üçün canlarından keçərlər.. Amma söhbət saqqızdan gedəndə "Sən öl axırıncıdı"

Mən uşaq olanda çox dəcəl idim, isti suyla çiməndə birdən soyuq suyu da açırdım.. Adrenalin yaşıyırdım...

Yadıma düşmüyəsən deyə çoban salatını xiyars'sız hazırlayıram, sən nəyin dərdindəsəneee?

Standart bir Ana çörək almağa getməyən oğlunu tək bir cümlə ilə ikna edə bilər: "yaxşı, onda özüm gedirəm"

Fikir verirsiz Tom ve Cerry həmişə lüt gəzir.. Amma plyaj gedəndə şortik geyinirlər .

Anan "hardasan?"
soruşduğunda '2 dəyqəyə gəlirəm' deyib 2 saata gelirsənsə..
O da səni səhərlər "dur, saat 9du" deyib 7də oyadar...

Müəllimlərin ən yadda qalan güzəşti:
"bu dəfə nöqtə qoyuram, gələn dəfə bilməsən 2 yazacam"

Evdən çıxmaq üzrəykən telefonun zaryatkasının qutardığını görüb
yaşanan hisslərin hekayəsi — "Getməkmi, yoxsa qalmaqmı?"
Yaxında sinemalarda..

Gecə yatanda millət sevgilisiylə danışsın, biz də yorğanın enini, uzunluğunu axtaraq.

Öz yazdığı statusu, kommenti özü like eliyən, sabah da öz toyuna pul salar.

Yemək yeməməklə eşqə düşmək arasında məntiq tutan varlığa "ANA" deyilir.

Həyatda həyəcanlı anlardan biri də, balaca uşağı ağlatdıqdan sonra anasına xəbər verməsin deyə elədiyimiz meymunluqlardı...
Papam anektod danışarkən zarafatca
"bəs anektod nə vaxt danışacağsan?" dedim.
Hələ də sol gözüm yaxşı görmür...
Yaşlı nəsilin zarafatla arası yoxdu.

Müasir zamanda uşaq yedizdirmək üsulu:
Maşın gəlir, siqnal verir ay Ələsgəərrrrr, zaaaayyeeeç, sən necə də gözəlsən.

"Geyinmiyəcəydinsə niyə aldın bu paltarı" cümləsindəki Mamanı tapın.

Mamed : Sən yol polisi kimisən ay arvad!
Arvad: puah niye ki???
Mamed: Evə girirəm yolumu kəsirsən, pulumu alırsan, kefimi pozursan, üstəlik günahkar da mən oluram.

Müasir Eşq:
Bazar ertəsi - "Qarşılaşdıq"
Çərşənbə axşamı - "Baxışdıq"
Çərşənbə - "Görüşdük"
Cümə axşamı - "Doyunca danışdıq"
Cümə - "Dalaşdıq"
Şənbə - "Biraz daha uzatdıq"
Bazar - "Ayrıldıq

Oğlan: gizlənqaç oynuyaq?
Qız: təpən haqqı, keçən ilki kimi gizlənib, bir də fevralın 15'i çıxasan??

Yalnız Azərbaycanda, satıcılar paltar əyninə olmadığı halda, "super, elə bil sənin bədənin üçün tibkiblər" sözün işlədir...

Uşaq vaxtı mandarini portağalın balası sanardım.. əvvəl portağalı yeyib, mandarini axıra saxlayardım ki "övlad acısı" çəkməsin..

Əvvələr "GTA" oynayarkən maşınını aldığım, səbəbsiz yerə şillə təpiklədiyim və əzdiyim bütün günahsız insanlardan üzr istəyirəm.

Telefonla danışarkən söylədiyiniz ən şirin yalan — o da sənə salam
deyir kəlməsidi.

Əminəm, hər kəsin ömründə 1 dəfə də olsa metroda olarkən ürəyindən "Qəza düyməsini bassam, görəsən nolar?" kimi sual keçib.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 4 554
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri