Mamedin qarnında qurd olur. Gəlir həkimin yanına deyir ki, bəs həkim belə-belə qarnımda qurd var.
Necə çıxara bilərik onu? Həkim deyir ki, 39 gün hər səhər acqarına su iç sorada bidənə bulku ye. 40-cı gün su iç ama bulkunu yemə.
Mamed belədə edir.40-cı gün suyu içir amma bulkunu yemir.
İki dəqiqədən sonra qurd Mamedin ağzınnan çıxıb deyir:
Mamed bəs bulki olmuyacağ? :))
Mamed : Sən yol polisi kimisən ay arvad!
Arvad: puah niye ki???
Mamed: Evə giren kimi yolumu kəsirsən, pulumu alırsan, kefimi pozursan, üstəlik günahkar da mən oluram. :))
— Səhərdən pişiyi çimdirirsən, yazıq haldan düşüb.
— Heç nə olmaz. Qoy təmiz olsun.
— Niyə ağlayırsan?
— Pişiyim öldü.
— Ölər də, sən ki onu o qədər çimdirdin!
— Çimdirməkdən ölmədi e… Sıxanda öldü.
— Ana, deyəsən nənənin yaddaşı tamam pozulub!
— Niyə ki?
— Nənə hər dəfə məni tanımır, qapıda görən kimi deyir:
— Baxın, görün bizə kim gəlib?
- Xala , sizin evde heç əşya yoxdu ?
- Əlbətdəki var ay bala , hardan ağlına gəldi bu sual ?
- Heç qızınız 2 gündən bir mənə ev boşdu, gəl deyir.
Həkim:- sağlam olmaq üçün hər gün idman et.
Kişi:- mən tennis,futbol,qolf oynayıram .
Həkim:- gündə neçə saat?
Kişi:- telefonumun zaryatkası ölənə kimi...))
Qadın mağazada xalça seçir: -mənə rahat bir xalça lazımdır,uşaq otağı üçün,çirkləndiyi tez bilinməyən .
Satıcı:-neçə uşağınız var?
Qadın: -altı
Satıcı:-onda siz otağı asfaltlasanız daha yaxşı olar.
Bir gün uşaq anasına deyir: -Ana,daha mən müharibə olmasını istəmirəm.
Ana: -Niyə,sən də sülh tərəfdarısan?
Uşaq: -Yox,müharibə olduqca tarix kitabları qalınlaşır.
Şəhərdə yol işıqları düzəldilirmiş. Yol polisi də qəza olmasın deyə xalqı yönləndirirmiş. Bir yaşlı xala da qırmızı işıqda yolu keçirmiş.
Polis -Dur xala hara gedirsən? demiş.
Xalada -Sənə nə aaa ərimdən icazə almışam -qaynım gilə gedirəm...))
Bir gün nənəylə baba yemək yeyir,birdən baba nənənin başına qapaz vurur,nənə yazıq,soruşurki a kişi niyə vurdun?
Baba deyirki: Yemək yeyəndə marçıldatma.
Bir az keçir baba yenə qapaz vurur,nənə deyirki a kişi marçıldatmadım axı indi niyə vurdun?
Babada cavabında: yadıma düşəndə əsəbləşirəm ..))