Dünyada tək kişi qalsa baxmaram sənə deyən qız. Bax gör o vaxt mən sənə baxaram heç o qədrə qız varkən :DDD
İndi çəkdiyim imzanın eynisi yarım saat sonra çəkə bilməyən şirin insanlarıq biz))
Sevgilim "Mənə saat al da dedi" dedim "pulunu ver indi alım". Ayrıldı məndən. Heç nə başa düşmədim
Tv də ilk kanlaı Aztv olmayan evlər heç səmimi deyil məncə))
Nişanlı olanda qız danışır oğlan dinləyir, evlənəndə hər ikisi danışır qonşular dinləyir.
Sırf qızlarla yaxın olmaq üçün qız profilləri açan "qaqaş" — sənin gələcəyin parlaqdı =))
Metroda mesaj yazanda telefonun içinə girən adamlara telefonu uzadıb — "götür sən yaz" deməyim gəlir
İki qadının qeybət eləməsi üçün bir-birini tanıması lazım deyil — yan-yana oturmaları bəsdi))
Bütün qohum əqrabaların yanında: "Həəə, guya sənin sevgilin yoxdu daa, 100% gözaltı elədiyin biri var" deyə-deyə gülən yaşlı xalaları boğmağım gəlir =))
İndiki dövrdə saf sevgi tapmaq, Ulduz stansiyasında adam tapmaq kimi birşeydi :))