Gülüş dolu lətifələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 932
Səs ver:
(səs: 2)
Bir gün mollanın eşşəyi itir. Həmin vaxt mollanın yanında oğlanla qız söhbət edir. Oğlan qıza deyir ki, mən sənin gözündə hər şeyi görürəm. Molla bunu eşidib deyir ki, ay oğlum bax gör mənim eşşəyim hardadı.

Məktəbdə tibbi müayinə zamanı həkim uşaqdan soruşur:
-Burun və qulağından şikayətin var?
-Hə. Paltarımı geyinməyə mənə mane olurlar.

Təcili yardıma zəng gəlir:
-Tez olun. Mənim yoldaşım doğmağa başlayır.
-Bu onun ilk uşağıdır.
-Başınız xarab olub. Bu onun əridi.

Bir gün Mamed görür ki, top atəşi açılır. Əsgərdən soruşur:
-Niyə top atırsız?
-Kraliça Elizabetta gəir, on görə.
Yarım saatdan sonra Mamed eyni sualı verir və eyni cavabı alır. Axırda əsəbləşir deyir:
-Yarım saatdı bir dənə arvadı vura bilmədiz?

-Pasient, siz həqiqətən qətiyyətsizlikdən əziyyət çəkirsiz?
-Həm hə, həm də yox.

Xəstə həkimdən soruşur:
-Həqiqətən yerkökü yemək görmə qabiliyyətini yaxşılaşdırır?
-Hə. Siz heç eynək taxan dovşan görmüsüz?

Uşaq atasından soruşur:
-Ata. evlənmək neçəyə başa gəlir?
Ata cavab verir:
-Bilmirəm oğlum. Mən hələ ödəyirəm.

Evliliyin ilk ilində qadın danışar. kişi dinləyər.
Evliliyin ikinci ilində kişi danışar. qadın dinləyər.
Evliliyin üçüncü ilində hər ikisi danışar, qonşular dinləyər.

Ərəbistana Coca-Cola satmağa gedən amma sata bilməyən adama dostu deyir:
-Niyə sata bilmədin?
Ərəbistana gedəndə özümə güvənirdim. Çünki. onlar hələ Colanı bilmirdilər. Amma mən də ərəbcə bilmirdim. 3 şəkil düzəldib Colanı tanıtmaq istədim. 1-ci şəkildə adam susuzluqdan ölür. 2-ci şəkildə adam Cola içir. 3-cüdə adam qalxıb qaçır.
- Hmmm.... Sonra nə oldu?
Sən demə, ərəblər sağdan sola oxuyub anlıyıblarmış...

Musiqi müəllimi şagirdindən soruşur:
-DOdan sonra nə gəlir?
Şagird deyir:
-NUZ gəlir.

Bir gün tələbə ona iki verən müəllimlə rastlaşır.
-Salam müəllim.
-Mən axmaqlarla salamlaşmıram.
Təsəvvür eliyirsiz, mən də ancaq axmaqlarla salamlaşıram.

Avtobusda iki əli də dolu olan qız əsnəyir və ağzını tuta bilmir. Yanındakı oğlan qıza deyir:
-Yavaş oun xanım qız.Az qala məni yemişdiz.
-Narahat olmayın. Pəhrizdəyəm, qoyun əti yemirəm.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 932
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri