Sosial şəbəkədə “Like” sayını artırmağın - 7 asan yolu

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 457
Səs ver:
(səs: 0)
Sosial şəbəkədə tanınmaq o qədər də çətin məsələ deyil. Bunu kiçik hiylələrlə də əldə etmək olar.

1. Yaxşı bir sosial media izləyicisi olun
Başqalarının paylaşımlarını tez-tez bəyənmək sizin paylaşımlarınızdakı bəyənmələrin sayını artıracaq

2. Haşteq istifadə edin
Sosial mediada məşhur olmağın qızıl qaydalarından biri də Haşteqdən istifadədir. Bunu etməklə paylaşımlarınızın daha geniş auditoriyaya yayılmasını təmin edə bilərsiniz. Amma əsas olan mövzu ilə bağlı Haşteq tapmaqdır. Uzun və mənasızHaşteqlər yerinə daha sadə Haşteqlərə üstünlük vermək önəmlidir. Məsələn,#yeniilxoşgəlir yerinə, #yeniil #2017 yaza bilərsiniz.

3. Saat məsələsinə diqqət edin
Yanlış zamanda edilən paylaşımlar “like” sayına təsir edən əsas detallardan biridir. Məsələn, gecə saatların edilən paylaşımlar az like gətirir. Çünki insanlar həmin vaxtda yuxuda olur.

4. Şəkilə aydınlıq gətirən temalardan istifadə edin
Paylaşdığınız fotoların temasına fikir vermək lazımdır. Çünki “Like” sayına təsir edən əsas amillərdən biri temadır. Paylaşacağınız fotolarda tünd temalar əvəzinə fotonuza aydınlıq gətirən temalardan istifadə edin.

5. Ard-arda fotolar paylaşmayın
Ard-arda birdən çox foto paylaşmaq bəyənmə sayına təsir edən əsas amillərdən biridir. Paylaşım etdikdən sonra bir müddət gözləməkdə fayda var.

6. Arxa plana diqqət edin
Şəkildə arxa plan əsas ünsürlərdən biridir. Doğru arxa plan şəklin bəyənmə sayına təsir edir.

7. Təbii olun
Sünilikdən uzaq, təbii çəkilən fotolar daha orijinal və diqqət çəkən olur. Bunu şəkillərinizdə tədbiq etdiyiniz zaman bəyənilərin də sayının artacağına özünüz şahid olacaqsınız.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 457
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri