Bütün dövrlərin ən qaniçən qatili

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 1 086
Səs ver:
(səs: 0)
Bütün dövrlərin ən qəddar və qaniçən insanı qadın olub!
Qətllər ona inanılmazzövq qazandırırdı. Bu qadınyüzlərlə insanı birbaşa olaraq, öz əli ilə qətlə yetirmiş və “Ən məşhur ardıcıl qətllər törədən qatil” olaraq Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bu qadının adı isə qrafinya Yelizaveta Batori (1560-1614) idi.

O uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Bununla yanaşı, özağlı, üç dil bilməsi ilə seçilirdi. O Macarıstanın əntəhsilli gəlinlərindən biri idi. Yelizaveta hələ uşaq olarkən qulluqçusunu yarı can hala salana qədər döymüşdü. Hər şeylə maraqlanan Yelizaveta böyüdükdə “bunun böyük insanlarla necə baş verdiyini” yoxlamaq qərarına gəlir.

O 14 yaşında lakeydən uşaqdünyaya gətirir. Lakin tezliklə lakey və uşaq izsiz şəkildə yoxa çıxır, “rüsvay olmuş” Yelizavetanı isə tezbir zamanda əsirlərin qəddar şəkildə edam edilməsi üzrə məşhur olan general Ferençə ərə verirlər.

Generalın həyat yoldaşı olan Yelizaveta ailə həyatının elə ilk günündən öz qulluqçularına işgəncə verməyə başlayır. Bununla yanaşı, o işgəncə üçün yalnızca gənc qızları seçirdi. Ola bilsin ki, Yelizaveta onların gözəlliklərinə həsəd aparırdı. Çünki bəzi araşdırmalar onun qeyri-ənənəvi cinsi orientasiyayasahib olduğunu sübut edir.

Yelizavetanın istifadə etdiyi işgəncə üsulları isə dırnağın altına, dodaqlarınkənarına və sinəyə mismar çalmaq idi. Yayda isə o balabatırdığı gənc qızları qarışqalara yem edirdi. General Ferenç də öz qəddarlığı ilə ad qazansa da, hətta o belə ilk başda həyat yoldaşını bu dəhşətləri dayandırmasına çalışırdı.
Lakin Yelizaveta həyat yoldaşı ilə dil tapmağı bacarır və artıq onlar bu işgəncələri birlikdə etməyə başlayırlar. Bu onların ümumi zövqü idi.

Bir dəfə Yelizaveta öz qulluqçusunun üzünə zərbə endirdikdə onun burnundanqan açılır və damcı Yelizavetanın dərisinin üzərinə düşür. Bir müddət keçdikdən sonra o, qan damcısının düşdüyü yerin cavanlaşdığını “aşkar edir”. Bu andan etibarən qrafinya işgəncə ilə qətlə yetirdiyi gənc qızların qanı ilə duş vannası qəbul etməyə başlayır. Bunun üçün isə o yeni işgəncə üsulu kəşf etməli olur.

Onun qəsrinin zirzəmisindəmüasir meyvə sıxacaqlarına analoji işgəncə aləti yaradılmışdı. Bu sıxacaqlardan qan birbaşa olaraq qrafinyanın vannasına gəlib tökülürdü. Onun canını aldığı 650 qurban qrafinyanı “bütün dövrlərin ən qaniçən ardıcılqətl törədən qatili” adını almasına və Ginnesin rekordlar kitabına daxil olmasına səbəb olub.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 086
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri