Gənc yazar Əzizə Həsənovanın kiçik müsahibəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 595
Səs ver:
(səs: 1)
Gənc yazar Əzizə Həsənovanın kiçik müsahibəsi və şeirlərini Qadınla.Com olaraq təqdim edirik:

- Özünüzü oxuculara necə təqdim edərsiniz?

- Sadəcə, Əzizə Məhərrəm qızı Həsənova. Adımı da, soyadımı da çox sevirəm.

- İlk şeirinizi neçə yaşınızda yazmısınız və mövzusu nə idi?

- İlk şeirimin adı "Durnalar" idi. Yeddinci sinifdə oxuyarkən yazmışdım.

- Nələrdən ilhamlanırsınız?

- Yaşıl donunu geyinmiş təbiət. Mavi gözlərində öz aşiqliyini zərrə-zərrə toplamış göy üzü və ona həsrət dəniz. Daha çox bulardan ilhamlanıram.

Gözlərinin rəngini
Dənizdən pay almısan!
Bilirsənmi? Dənizi
Səmadan ayırmısan!

- Ən çox hansı şeirinizi bəyənirsiniz?

- Şeirlərimin hamısını sevirəm. Çünki şeirlərimdə mən varam, mənim duyğularım var. "Vida busəsi" şeirim ən çox sevdiyim şeirimdir.

- Daha çox hansı şairləri oxuyursunuz?

- Bəxtiyar Vahabzadə uşaq yaşlarımdan bəri ən çox oxuduğum şairdir. Hətta ona uşaqlıq xatirələrimin şairi deyərdim. Bəxtiyar Vahabzadə yaradıcılığından həmişə zövq almışam. Mikayıl Müşfiqin "Tellərindən incəmi? Söylə ürəyincəmi?" misraları ədəbiyyatı daha çox sevdirib mənə. Hal-hazırda müasir ədəbiyyat da öz inkişaf səviyyəsini gözəl yaşayır. Musa Yaqub, Ramiz Rövşən, Aqşin Yenisey mütaliə etdiyim, bəyəndiyim şairlərdir.

- Kitablarınızdan ən çox sevdiyiniz hansıdır?

- Şeir kitablarımın hamısını sevirəm. Çünki ruhumdan, hisslərimdən bir parça Əzizə daşıyırlar. Mən mavi rəngi hədsiz çox sevən biriyəm. Göy üzünün möhtəşəmliyini və dənizlərin əsrarəngizliyini sərgiləyən mavi rəng qəlbimdə özünəməxsus yer tutub. Aynur xanım, mənə doğmalarım, yaxınlarım məktəb vaxtlarımda "Maviş" deyə müraciət edirdilər. Elə bu səbəbdən ilk kitabımı "Mavi gözlü Xəzərim" adlandırmışdım. Ən sevimli ilkimdir o kitabım.

- Bizim ədəbiyyatla dünya ədəbiyyatı arasında hansı fərqləri görürsünüz?

- Bizim ədəbiyyatla dünya ədəbiyyatı arasında çox fərqli bir təzad var. Bizim klassik ədəbiyyatımız zəngin xəzinədir. Keçmiş sovet dövrü ədəbiyyatımız da olduqca maraqlı olub. Dünya ədəbiyyatının dahi nümayəndələri və parlaq nümunələri də kifayət qədər çoxdur.

- Son olaraq oxuculara sözünüz nədir?

- Hər son bir ilkin əvvəlidir. Sondan ilkə doğru sözlərim tükənməzdir. Oxucuların da, sözləri tükənməsin. Gözəl əsərlər oxumaq həmişə insanın mənəviyyatını, nitqini zənginləşdirir, zövqünü inkişaf etdirir. Həmişə gözəlliklə qalın, əziz oxucular. Xoşbəxtlik ovucumuzun içindədir, yetər ki, tutmağı bacaraq.


:heart: :heart: :heart:

Saçlarımı şeir kimi
Hör bəxtimin ürəyinə.
Taleyimi uşaq kimi,
At Alahın ətəyinə.

Atəş olum və küllənim
Həsrətinin külqabında.
Sözlərimdən gül dəstələ,
Qoy qurusun gülqabında.

Güllərimin dəstəsi ol
Ömrümün son bəstəsi ol
Sol yanımın xəstəsi ol
Heca-heca xoşbəxt olaq.
Dua-dua qovuşaq biz.
Amin-Amin gəl tələsək.

:heart: :heart: :heart:

Bir yanım huzur dolu,
Bir yanım hüzür dolu.

Saçları üzümə dağılmış qızam,
Mələklər çiynimdə nə hacət çəkir?
Məsum günahsızlar mərmiyə tuşkən,
Canım içimdəcə xəcalət çəkir.

Ay Allah, bu dünya gəl gör nə yerdə?
Göylərdə yaşamaq xoşuna gəlir?
Yaradıb atmısan bu yer üzünə,
Aldığım nəfəs də boşuna gəlir.

Gəl insan ömrünü bir az, sən, yaşa,
Yarı ac, yarı tox, yarım tən yaşa.
İstəsən qoy ölüm, qayıdaq başa,
Bu yer kürəsini təzələ, Allah!

:heart: :heart: :heart:

Bircə baxışınla dincəldi ruhum,
Sənin nə qəribə gözlərin varmış.
Bir ömür yanımda qalsan, sevdiyim,
Həyat başdan-başa nağıl olarmış.

Baxma gözlərimə, ey nağıl yarım,
Ömürlük nağılla qalmaq istəməm.
Qaranlıq gecələr ömür deyil ki,
Barı yatan zaman yuxuna gələm.

Yuxumuz nağılmı, noğulmu olsun?
Gəl noğul söyləyək nağıl yerinə.
Noğulu mən yeyim, nağılı, sən, de!
Qurbanam yuxunun bu ləzzətinə.

Hazırladı: AYNUR HAQVERDİ
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 595
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri