Amerikalı Mikel Ruffinelli, dünyanın ən geniş ombalı manekeni olaraq tarixə keçdi. 190 kiloluq 4 uşaq anası qadının beli 101 santimetr, ombası isə tam 2.5 metr genişliyindədir
"Kişilər zəif qadınları sevmir, qum saatı şəklində bədəni olan qadınları sevir" deyən Ruffinelli, "Big Beautiful Women" adlı bir sayta manekenlik edir. Hər çəkiliş üçün min dollar qazanır. Zəifləməyi düşünməyən "ombalı qadın " ləqəbli qadın, ən böyük pərəstişkarının isə yoldaşı Reggie Brooks olduğunu söyləyir.
Mikel Ruffinelli, kilosuna baxmayaraq heç bir sağlamlıq problemi yaşamadığını söylədi. 2.5 metr genişliyindəki ombalarını çox sevdiyini də sözlərinə əlavə edən gənc qadın, "Bədənimi sevirəm. Zəifləməyi düşünmürəm" ifadəsini istifadə etdi.