Gecikdim (3-hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 048
Səs ver:
(səs: 2)

 Axırda iş o yerə çatdı ki, evə küsülü gəldilər. Bax, Aynurun xasiyyəti bu idi. Ağır, sakit, artıq hərəkəti sevməyən. 100 ölçüb 1 biçən. Etdiyi hərəkətdən öncə onun nəticəsini göz önünə gətirən. İlahə 100 hoqqa ilə axır ki, Aynurla barışdı. Aynur artıq İlahənin bu xasiyyətini qəbul etməyə başlamışdı. Özü belədir deyə hamı onun kimi olamayacaqdı ki.. Məhlədə yenə qızğın futbol gedirdi. Qışqırıq - hay-küy ətrafa yayılmışdır. Aynur yenə Kənanı orda görüb qaş-qabağını tökdü. Futbolçular isə gələn qızları görüb daha doğrusu İlahəni görüb topu bir müddətlik unutdular. Kənan sakitcə durub başını aşağı dikmişdi. Aynur İlahənin qonaq gəlişi ilə əlaqədar 1 gündə olsa təkliyini unutdu. Dedilər-güldülər, yemək yedilər. Sonrada söhbət edə-edə yuxuya getdilər. Aynurun ürəyindən İlahə ilə bir evdə qalmaq keçirdi. Ən azından tanımadığı bilmədiyi insanlardan İlahə yaxşı idi. Sözləri-söhbətləri tuturdu. Amma İlahə ilə qalmaq mümkün deyildi. Çünki İlahə öz bibisigildə qalırdı. Onun başqa evə köçməsinə razılıq verməyəcəkdilər. Beləcə günlər bir-birini əvəz edirdi. Artıq oktyabr ayı idi. Dərs yükü ağırlaşmış Aynur dərsdən sonra kitabxanada olur, gününü oxumaqla keçirirdi. Emində demək olar ki, bütün günü kitabxanada olurdu. Həmişədə ətrafında qızlar. Emin onlara dərslərdə kömək edir, hansısa bir dərs və ya kitabın müzakirəsini aparırdılar. Aynur Eminə əlçatmaz bir insan kimi yanaşırdı. Amma buna baxmayaraq onun ətrafında bu qədər qızın olmasına qısqanırdı. İlahə yenə öz işində idi. Universitetin birinci kursunda oxuyan oğlan ilə danışmağa başlamışdı. Aynur nə qədər məsləhət versədə İlahə buna baxmamış, özündən 2 yaş kiçik (İlahə universitetə 1 il gec daxil olmuşdu) oğlanla münasibətini davam etdirirdi. Aynuru sevindirən xəbərlərdə vardı. Anası onunla qalması üçün 2 qız tapmışdı. Onlar bu həftə sonu evə köçəcəkdilər. Həftə sonunu böyük səbirsizliklə gözləyirdi. Hay-küy, qışqırıq, gülüş səsləri əskik olmayan küçədə də həyat eynən davam edirdi. Hər gün səhərdən axşama kimi futbol, futboldan sonra isə kart oyunları. Kənana olan incikliyi unutmağa başlamışdı. O boyda küçədə tək onun adını bilirdi. Kənan hər onu görəndə başını aşağı salıb dururdu. Aynur bunu peşmançılıq kimi qəbul edir. Ürəyində onun təqsirini bağışlayırdı. Beləcə həftə sonu gəldi. Aynur həyəcanla yeni gələcək otaq yoldaşlarını gözləməyə başladi. Əvvəlcə Samirəni atası gətirdi. Samirə orta boy, ağ bənizli, yaşılgöz bir qız idi. O Daha sonra isə hay-küylə ikinci qız Günel gəldi. Günel deyib gülən qıza oxşayırdı. İçəri girdiyi andan otağı onun gülüşü basmışdı. Valideynlər qızları evdə rahatlayıb çıxıb getdilər. 3 bir-birini tanımayan insan bundan belə ən az 1 il bu otağı, eyni həyatı paylaşacaqdılar. Samirə 2-ci kursda, Günel isə 3-cü kursda oxuyurdular. Tanışlıq maraqlı gedirdi. Günel ilk gündən bildirdi ki, yemək bişirə bilmir. Amma bütün qabları o yuya bilər. Beləcə Günelə qabyuyan ləqəbi qoyuldu. Zarafatlaşa-zarafatlaşa ortaq xoşladıqları, xoşlamadıqları şeyləri dəqiqləşdirdilər. Necə olsa artıq ailə sayılırdılar. Bir-birinə qarşı hörmətsizlik etmək olmazdı. Aynur ilk dəfə tanımadığı insanlarla yaşayacaqdı. Ona bir qədər maraqlı eyni dərəcədə həyəcanlı gəlirdi. Çünki artıq evdə ancaq onun istədiyi kimi yox üçünün qərarlaşdırdığı ortaq bəyəndikləri kimi şeylər olacaqdı. Birlikdə yeyəcək, birlikdə bazarlıq edəcək, hətta ev işlərini birlikdə həyata keçirəcəkdilər. İlk gündən hər şey yolunda getməyə başladı. Qızların xasiyyətləri çox yaxşı idi. Hər üçünün valideyni hər gün zəng edir, hal-əhval tuturdular. Açığı hər üçün valideyn övladlarının ərköyünlüyündən, nəyisə başqasına güzəştə gedə bilməyəcəyindən qorxurdular. Amma qorxuları əbəs idi. Həyat öz axarında davam edirdi. Aynur olduqca məmnun idi ev həyatından. Günləri adətən rəngarənglənmiş, maraqlı olmuşdu. Qızlarla sözü-söhbəti tuturdu. Deyib-gülür, birlikdə gəzməyə gedir, hətta birlikdə zibil atmağa belə qonşu məhləyə gedirdilər. Aynurla yaşamağa başlamamışdan öncə Günel öz xalasının evində, Samirə isə əmisigildə yaşamağa başlamışdı. Ev-evə sığmadığından, rahat dərs oxuya bilmədiklərindən qızlar başqa evə köçməyə məcbur olmuşdular. Aynurun dərsləri əla gedirdi. Mühazirədə əldə edə bilmədiyi materialları kitabxanadan bəzən isə internetdən götürürdü. Artıq imtahan hazırlıqları başlamışdı. İmtahan aralarından universitetin internet otağı fəaliyyət göstərmədiyinə görə Aynur yaşadığı küçədəki internet kafeyə getməyi planlaşdırdı. Bu ona daha əlverişli idi. Evdən 1 dəqiqəlik yol idi. Nə lazım olsa gedib tez internetdən tapır, imtahanlarına hazırlanırdı. Bir gün isə çox qəribə bir şey oldu.

P.S: Ardı var.

Müəllif: Aynur(M.R)


(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3 048
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri