Parisi sevgi şəhərinə çevirən kişi

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 884
Səs ver:
(səs: 3)
Günlərin bir günü imperatriçə Evqeniyanın keçmiş təchizatçısı Çarlz Frederik Vort öz yaratdığı məhsullara tanınmış rəssamlar kimi nişan qoymağa başladı. Beləcə dünyaya əmtəə nişanı gəldi. O vaxtdan təchizatçı kutüryeyə (yüksək dərəcəli modelyer) çevrildi. Onun işinin bəhrəsi isə MODA (dəb) adlandırılmağa başlandı. 
Kutürye özünü rəssamlarla eyni tutur, çünki onun əsəri bahalı, keyfiyyətli materiallardan olan unikal əl işidir. 
İlk dəfə dəbin yaranma tarixində 1900-cü il ümumdünya sərgisində yeni təbəqə kutüryelər formalaşdı. Həmin vaxt o, artıq həyatda deyildi, ancaq işi onun oğulları Jan-Fillip və Qaston davam etdirirdi. 
İnsan həmişə gözəlliyə can atır, gözəl geyinmək arzusu da hər zaman mövcud olub. Dəbli geyimlərin müəyyən ölkə və ya vilayətə, sosial mövqeyə xas olan çoxlu sayda müxtəlif stilləri həmişə mövcud olub. Hər sosial təbəqəyə aid müəyyən görünüşlü geyim formaları, parça və bəzək əşyaları var.
Geyim insan barədə çox şey deyə bilər. İnsan ətrafa uyğunlaşır, dəbi qəbul edir, eyni zamanda bunun köməyilə başqalarından seçilməyə can atır. 
Dəbin əsas özəlliyi – dəyişkənlikdir. Bir şeyin dəbə minməsi ilə dəbdən düşməsi bir olur. İnsan yeni, bahalı dəbli bir əşyanı alır və ümid edir ki, uzun müddət ondan istifadə edəcək, lakin az bir zaman keçir və görür ki, aldığı əşya artıq dəbdən düşüb. Ola bilərmi ki, belə dəyişkənliyin səbəbi kutüryelərin qərarsızlığı ilə bağlıdır?

 

Dəb dünyasında hər şey heç də asan deyil. Modelyerin yaratdığı o zaman uğurlu olur ki, o dövrünün ruhunu çatdıra bilir. Dəb heç vaxt boş yerdə yaranmır, o cəmiyyətin həyatında baş verən ən xırda detalları belə özündə cəmləşdirir.
Bu gün dəb nişanları nəinki paltarlarda, həmçinin alt geyimlərində, qab-qacaqda, gün eynəklərində və s. mövcuddur. Modelyer konkret modelin yaranmasında iştirak etməyə də bilər, onun bütün dünyada məşhur olan markası və ya imzası kifayət edir. 
Modalar evinin tarixi
Dramatizmlə dolu dəbin tarixi - əsrlərin əksidir. Bizim vaxtımızda moda paytaxtı adını qazanmaq istəyən şəhərlərin sayı günü-gündən daha da artır. Bütün bunlara baxmayaraq modalar paytaxtının paytaxtı əvvəlki kimi Paris olaraq qalır. Paris dəbdəbəsi qədim zamanlardan məşhurdur. 
XIV Lüdovik hakimiyyətinin təsadüf etdiyi zəriflik dövründə Paris birinci moda paytaxtı oldu. Ancaq Parisdə yaradılan modalar evinin paytaxtı ingilislərlə bağlıdır. 
Axı məhz ingilis modabazları gün ərzində bir neçə dəfə dəyişdikləri qar rəngində köynəkləri, jilet və qalstukları dəbə gətirdilər. Geyim istehsalında əsl çevriliş isə 1755-ci ildə yenə də İngiltərədə icad olunan tikiş maşınlarının sayəsində baş verdi. 
Modalar evinin tarixi, onların inkişaf xüsusiyyətləri, yeni-yeni kolleksiyaların yaranması və onların fəaliyyəti ilə bağlı digər xüsusiyyətlər də İngiltərəyə aiddir, daha dəqiq desək, ingilis mühacir Çarlz Frederik Vortla. O, Parisə köçdü və 1858-ci ildə "House of Worth” adlı modalar evini açdı.   

 

Vortun tikiş stilinə bahalı parçalar, bəzək, çoxlu sayda tarixi elementlər və biçimə yetirilən ayrıca diqqət aiddir. 
Dizayner sonradan onun moda evində nümayiş etdirilən yeni-yeni kolleksiyalar yaradırdı. Müştərilər geyimləri seçirdilər, daha sonra onların bəyəndikləri paltarların surətini bədənlərinə uyğun olaraq Vortun atelyesindən olan dərzilər tikirdi. Baxmayaraq ki, Vort o zaman bu yolla biznes quran ilk və yeganə dizayner deyildi, onun istilaçı piar siyasəti ona  "ilk kutürye” titulunu gətirdi. Vort – ilk kutürye, öz individual sifarişlərindən əlavə böyük olmayan yaradıcılıq kolleksiyaları da hazırlayırdı.  
Modalar evinin tarixində ilk dəfə onun tərəfindən geniş kütlə üçün lisenziyalı surətlərin  yaradılması sistemi işə salındı. 
Vort öz sahəsinin nümayəndələri arasında populyarlığı qazanmağın yolunu anlayan ilk insandır. O, öz modellərini imzalayan ilk kutüryedir. Bundan əlavə hər il onun tərəfindən yeni kolleksiya nümayiş etdirilirdi, beləcə o dəbi dəyişkən edirdi və nəticədə alıcılıq tələbatı da artırdı. Məhz onun tərəfindən manekençi professiyası düşünülüb, yaradılıb. Onun həyat yoldaşı Mariya Vort ilk top-model olub. Beləcə Parisi fəth edən bir ingilisin sayəsində modalar evinin tarixi başlayıb. 
Aytən Cavanşir 

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 4 884
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri