+++++++++++Işığa Doğru

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 867
Səs ver:
(səs: 1)

Bir dəstə arını və milçəyi şüşə qaba salırlar. Şüşənin açıq, yəni ağız tərəfini qaranlığa, bağlı, yəni dib tərəfini isə işığa doğru yerləşdirirlər. Arıların hamısı işıq olan tərəfə uçurlar. Ancaq şüşənin dibi bağlı olduğu üçün qaça bilmirlər. Milçəklər isə qaranlıq olan tərəfə uçurlar və şüşənin ağzı açıq olduğu üçün qaça bilirlər. Təcrübə davam edir və nə qədər qəribə də olsa, heç bir arı ( hətta şüşənin ağzıaçıq olmasına baxmayaraq) qaranlıq tərəfə getmir. İlk baxışdan arıların ağılsız olduqlarını düşünmək olar. Ancaq daha dərindən düşündükdə çox əhəmiyyətsiz görünən bu hadisədə böyük bir hikmət olduğunu görmək olar
Bəli, işığa can atanların qarşısında həmişə maneələr var. Ancaq onlar bütün bunlara baxmayaraq, işıqdan əl çəkmirlər. Qarşılarında nə cür maneələr olursa olsun, işığa can atmaqda davam edirlər. Hətta lazım gəlsə onun uğrunda ölməyi də bacarırlar. Bütün bunlara əsas səbəb isə sevgi, əqidə və cəsarətdir...
Milçəklər isə qaranlıq «qəhrəmanlarıdır». Əslində şüşənin ağzının qaranlığa baxmasının da onlar üçün heç bir əhəmiyyəti yoxdur. Onlar sevgisiz, əqidəsiz və qorxaqdırlar. Onlar üçün əsas məsələ öz həyatlarıdır. Harada yemək varsa, harada rahat yaşayacaqlarsa, harada çox pul qazanacaqlarsa, onlar üçün həyat oradadır...
Arıları qovsanız da getmirlər. Nə olursa-olsun öz əqidələri üçün mübarizə aparırlar. Yeri gələndə sancmağı, yeri gələndə ölməyi də bacarırlar. Yeri gələndə maneələrə də əhəmiyyət vermirlər. Məqsədləri yalnız işığa çatmaqdır...
Milçəkləri isə qovan kimi qaçırlar. Sonra yenə də qovduğunuz yerə qayıdırlar. Yeməklərinizə, qollarınıza qonurlar. Çirkli ayaqlarını yaşadığınız hər yerə basırlar...
Arılar yumurtalarını ancaq öz pətəklərinə qoyurlar. Milçəklər isə yumurtalarını qoyacaqları yerə əhəmiyyət belə vermirlər...

İşığa can atanlardan olmaq diləyi ilə...

Işığa doğru
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 1 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri