Ağ kağız

Müəllif: ayshen
Şərhlər: 3
Baxılıb: 4 763
Səs ver:
(səs: 2)
 
Evlilik kiçik, ağ bir kağız olaraq başlar. Bir qadın və bir kişi bu kağızı birlikdə doldurmağa qərar verərlər. Yazmağa başladıqlarında, hər ikisi də ilk əvvəl bərabər çalışmağa başladıqlarını fərq edirlər. Hər biri yaza biləcəyi ən gözəl cümləni yazar kağıza, çəkə biləcəyi ən gözəl rəsmi çəkər. Bəzən kişi çox yazıb, çəkər, bəzən də qadın. Zaman- zaman daha diqqətli davranıb, düşünüb, daşınıb ondan sonra yazarlar. Yazı yazmağa, rəsm çəkməyə davam etdikcə yorulduqlarını da hiss edərlər. Bəzən yazmağa, çəkməyə davam etmə istəklərini itirdikləri anlar da olur. Sonra yeni  bir həyəcanla yenidən başlarlar. Bu, evliliyin və münasibətin davam etməsi üçün verdikləri qərardır. Yazma və çəkmə istəyi davam etdikcə, kağızda  yer açılır, qaralamağa davam edərlər. Bu qaralama tərəflərdən  birinin mürəkkəbi bitsə, yəni bu dünyadakı həyatı sona çatsa belə davam edər. Geridə qalan isə kağızın hələ boş qalan qisimlərini qaralamağı davam etdirər. Bu kağızı qaralamanın bir neçə qaydası vardır: 
Hər iki tərəf də yazmalıdır, çəkməlidir. Biri yazmağı rədd etsə, avtomatik olaraq digərinin də mürəkkəbi bitər, həvəsi qalmaz və tez yorular. Həm də, hər kəs  bu kağızı öz əl yazısıyla yazmalıdır. Biri digərinin əl yazısının özününkünə bənzəməsini gözləməməlidir ya da digərinin əl yazısını təqlid etməməlidir. Kağızı birlikdə doldura bilmək üçün hər insanın "özü” olması gərəkdir.
Tərəflərin birinin yazısı çirkin ola bilər ya da çəkdiyi rəsm gözəl olmaya bilər. Digəri bunu dərd etməməlidir.
Zamanlahəyat yoldaşınız bəyənməzsə yazdığınız yazını, silə bilər. Və siz yenidən yazmağa başlaya bilərsiniz. Yəni, yazdıqca və kağız önünüzdə durduqca heç bir problem yoxdur.

 

Ancaq…Həyat yoldaşınızın yazdığını ya da öz yazdığınızı silərkən kağızı cırsanız, sevgi və evliliyinizi də itirə bilərsiniz.
Siz nə qədər gözəl yazmış olsanızda, nə qədər gözəl çəkmiş olsanızda, kağızdakı bir yırtıq əsla bərpa olunmaz, eləcə qalar.Çünki bu münasibətə iki bəsit sərmayə ilə başladınız. Biri mürəkkəbiniz, yəni həyatınız. Digəri kağızınız, yəni həyatınızı birlikdə keçirəcəyiniz eşqiniz. Mürəkkəbinizlə nə qaralasanız qaralayın, kağıza zərər verməməlisiniz. Mürəkkəbiniz əsla qurumamalı, eşqiniz əsla yırtılmamalıdır. Kağız üzərindəki bütün xətalar, bütün əksikliklər, bütün çirkinliklər, bütün qaralamalar problem deyil əslində. Problem bütün xətalarımızı, qüsurlarımızı, əksiklərimizi hər halıyla qəbul etməyə hazır o ağ  kağızımızı itirməməkdir.
Bu nöqtədən sonra bəziləri kağızı tamamilə ayırıb, ortaqlıqlarını bitirə bilərlər. Bəziləri də cırılmış kağıza əhəmiyyət vermədən kağıza yazmağa davam edə bilərlər. Çox keçmədən, yeni yazdıqları boşluqların əvvəlki  kimi sağlam və təmiz olduğunu fərq edərlər..
Mürəkkəbinizi bitirmədən, kağızınızı tamam yırtmadan yazmağa davam…:)

 

İki barmağının ucunu iki gözünə qoy…bir şey görə bilərsənmi dünyadan?
Görə bilməmək ayıbı, göstərə bilməmək qüsuru uğursuz nəfsin barmağına aiddir, bax…
Barmağını gözündən qaldır əvvəlcə, sonra gör istədiyini belə…
İnsan gözdən ibarətdir əslində, geri qalan cəsətdir. Göz isə ancaq sevgilini görənə deyilir.”
Mövlana Cəlaləddin Rumi..

/Mənbə:Qadınlar.biz/


(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 763
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri