Hislərimi öyrənirəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 288
Səs ver:
(səs: 1)
Məntiqində müstəqil dolanan hislərimi idarə edə bilməyi, onların işığında  qala bilməyi öyrənirəm mən.
Oğurlayan bir notun, bəzən kiçik bir toxunuşdan, bəzənsə ağılıma gələn kiçik bir xatirədən hərəkətlənən qanadlarım, yenə haralara apardınız məni.
Kütlələr içində tək, səslərin içində səssizliyə basdırdınız məni. Ahh qanadlarım. Yenə haralara apardınız məni. Yolumu tapdım dediyim yerlərdə itdim.
Mənim özümü kəşf etmə səfərimdə ən parlaq işığım həmişə hislərim olmuşdur.
Bu aralayar hislərimin ayaqlanışını izləyirəm. Uzun zamandır yatan , özünü ifadə etmək üçün bir ağız, dinləmək üçün bir qulaq axtaran hislərim, bu aralayar fərqinə vardığımda yaxşı dost oldular. Tez-tez danışıb söhbət edir, bəzən də qulaqlarımı zingildədiyərcəsinə səs-küy çıxarırlar. Mənə bir şey izah etmək, daha əvvəl diqqətimi çəkməyən bir şeyə diqqət çəkmək istər kimidirlər.
Mənim içimsə qanadlarımın hər hərəkətində pır-pır edir. Bir həyəcan örtməsindən anlayıram onların gəlişini.. Bir yuxudan oyanar kimi bir anda hərəkətlənib, üsyan qaldırıram. Diqqətimlə o anın içində rəqs edirəm. Bir kef, sevinc və coşğu örtür hər yanımı.
Bu bəzən yollara səpələnmiş lalələrə baxdığımda, bəzən gün içinə istək duyduğum o şərabda , amma ən çox toxunuşlarda mən qanadlarımı hiss edirəm.
O anın içində hislərin hər fərqinə vardığımda şükr edirəm.
Sonra birdən qanadlarımın üzərində şirin - şirin süzülərkən, birdən içimdəki o anın müxtəlif qaranlıq dəhlizlərində itirəm mən...
Sanki daha əvvəl fəqinə vara bilmədiyim, içimdə ifadə tapa bilməmiş, keçmiş xatirələrim başlayır canlanmağa. Eyni ağızdan bu dəfə mənə ağlımın idarəçiliyində keçmişi və gələcəyə izah edirlər. Ağlımın əmri artdıqca kef, sevinc və çoşqqu itir. Yerini hirslilik, hirs və xəyal qırıqlıqlarına buraxır.
Məntiqində müstəqil  dolanan duyğularımı idarə edə bilməyi, onların işığında  qala bilməyi öyrənirəm  mən.
Yaxşı, məndə vəziyyət belədir, ya səndə necə? Sən, səni bir zəmindən bir başqasına qaçırdan hislərinin fərqindəsən?
Harada olduğunun fərqində olmağın və hislərinin rəhbərliyində həyatındakı dəyişmələri asanlıqla və keflə yarada bilməyin arzusuyla...

Müəllif: Saba Dəniz

/Mənbə: Qadınlar.biz/


(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 288
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri