Çoxumuz dəbdə olan geyimləri geyinməyi sevirik. Ancaq bu geyimlərin sağlamlığımıza nə qədər faydalı olub- olmadığı barədə isə heç düşünmək belə istəmirik.
Dar şalvarlar- çanaq sümüyünün altındakı sinirlərə təsir göstərir. Bu isə çanaqlarda və ayaqlarda ağrılara səbəb olur.
Uzundabanlı ayaqqabılar- belə ayaqqabılarda gəzmək ayaq sümüklərinə təsir göstərir və gələcəkdə ayaqlarda ciddi ağrılara səbəb olur.
İdman ayaqqabıları- bu ayaqqabılar başqa ayaqqabılardan fərqli olaraq 75 dəfə çox göbələk hüceyrəsi daşıyır.
Günəş gözlükləri- mavi və çəhrayı gözlüklər müvəqqəti korluğa səbəb olur. Belə gözlüklər ultrabənövşəyi şüaları tam süzə bilmir.
Qalstuklar- şah damarı sıxan qalstuklar gələcəkdə göz xəstəliklərinə səbəb olurlar.
Bu siyahını artırmaq da olar. Buna görə də hər şeydən əvvəl dəblə geyinməyi yox, sağlamlığımızı düşünməliyik.