“Gedək bizə, kofe içək, sonra...”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 576
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1315722196-656.jpg

Ədəbsiz təklifin arxasında hansı məqsəd durur?

Ədəbsiz təkliflərlə hər qadın rastlaşa bilər. Kimisinə küçədə söz atılar, kimisinə məktub şəkilində gələr, kimisinə isə tanıdığı biri açıq-aşkar söyləyər...
Bəzən deyirlər ki, qadınlara ancaq açıq-saçıq geyinəndə ədəbsiz təkliflərlə rastlaşırlar. Ancaq gəlin nəzərə alaq ki, qapalı geyinən vaxt da tanımadığı qadınlara söz atan kişilər olur. Demək ki, geyim faktorlardan yalnızca biridir...

Bəs, sizcə, qadınlar sevgili olduqları insandan niyə "əxlaqsız təkliflər" alırlar?
Özünəinam yaratma hissi
Qadınla birlikdə vaxt keçirmək bəzi kişilər üçün inanılmaz fürsətdir. Onların bəzən qadının necə reaksiya verəcəyi maraqlı olmur. Sadəcə, risk edir və "təklif"in "tutub-tutmamasını" gözləyir. Rədd cavabı alsa da, onun üçün itirməli heç nə yoxdur. O, sadəcə, istəyini bildirir.
Təsadüfən...

Elə olur ki, kişidə təsadüfən intim istəyi yaranır və yanındakı qadına bunu bildirir... Birdən etiraz etməz?
"Alınmaz qala"-qadınlar
Bəzi qadınlar "alınmaz qala" görüntüsünü yaratmağı sevirlər. Kişiləri "ədəbsiz təkliflər"ə sürükləyən obrazlardan da biri budur. Onlar bu qadının başını gicəlləndirmək, onun bədəninə toxunmaq, öpmək kimi şeyləri heç cür ağıllarından çıxara bilmirlər.

Utancaqlıq
Əgər kişi özünə çox da güvənən biri deyilsə, o "utancaq"larla maraqlanmağa başlaya bilər. Həddən artıq tərbiyəli və utancaq qızlar bəzən bu təkliflərə "yox" deməyə utanır və razılaşır. Kişilər əmindir ki, bu cür qadınlar onların ədəbsiz təkliflər etdiyini heç bir yerdə söyləməz. Ona görə də çox rahat davranırlar...
"Pul xərclə, qazanc götür"

Əgər kişi qadına bahalı hədiyyələr verir, çoxlu pullar xərcləyirsə, demək ki, əvəzində də bir "minnətdarlıq" həmişə gözləyir. Bu onlar üçün müqavilədir: pul yatırdım - qazanc götürdüm. Ona görə də, əziz qadınlar, ayıq-sayıqlığı itirməyin.

"Tənbəl" kişilərin hiyləsi
Bəzi oğlanlar teatr, kino və ya kafeyə getməyə həvəslərinin olmadığını və ya əlavə pul xərci olduğunu bəhanə gətirərək qızları evə "çay və ya kofe içməyə", "uşaqlıq şəkillərinə baxmağa", "film izləməyə" dəvət edirlər. Sizi evinə dəvət edən oğlan əgər bunu başına qoyubsa, hər nə yolla olur-olsun sizi razı salmağa çalışacaq.

Ona görə də çalışın "ədəbsiz təkliflərin" gəlməsinə rəvac verməyəsiniz.

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 2 576
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri