Qəlbimizin pəncərəsi

Müəllif: Wiyinka
Şərhlər: 2
Baxılıb: 2 746
Səs ver:
(səs: 6)
Gənc bir ailə yeni aldıqları evə köçürlər. Səhər yeməyi zamanı, qonşunun paltar asdığını görən qadın yoldaşına:
- "Bax, paltarlar yetərincə təmiz deyil, ya yumağı bilmir, ya da doğru sabundan istifadə etmir" deyir.
Yoldaşı xanımına baxır, heç bir şey söyləmədən yeməyinə davam edir. Xanım qonşusunun paltar asdığını gördüyü hər sabah eyni şərhi etməyə davam edir. Təxminən bir ay sonra, bir səhər qonşusunun paltarlarının tərtəmiz olduğunu görən xanım çox təəccüblənir və yoldaşına:
- "Axır ki, paltar yumağı öyrəndi, çox maraqlıdır, kim öyrətdi, görəsən?" deyir. Uzun-uzun xanımına baxan bəy:
- "Mən bu sabah bir az tez oyanıb pəncərəmizi sildim" - deyə cavab verir. "

Həyat da belədir... Başqalarını izliyərkən, onlara baxarkən gördüklərimiz - baxdığımız pəncərənin nə qədər təmiz olduğuna bağlıdır. Kimisə tənqid etmədən və dərhal ittihama keçmədən öncə birinci öz qəlbimizə (pəncərəmizə) baxmaq lazımdır..........
(səs: 6)
Şərhlər: 2
Baxılıb: 2 746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri