"Yapı Kredi Bank Azərbaycan" "Ümid Yeri" uşaq evini ziyarət etdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 922
Səs ver:
(səs: 0)
Hər zaman sosial layihələrə dəstək olan  "Yapi Kredi Bank Azərbaycan’’ bu dəfə də 16 fevral 2014cü il tarixində Binə  qəsəbəsində fəaliyyət göstərən  kimsəsiz uşaqlara himayədarlıq edən "Ümid Yeri’’ uşaq evini ziyarət etdi. Uşaq evində 40dan çox azyaşlı və məktəbli uşaqlar qalır.

Valideyin himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük həyəcan və sevinclə qarşıladılar. Heyyət tərəfindən təşkil olunan intelektual və əyləncəli oyunlar uşaqların sevinc və həyəcanına səbəb oldu.  Daha sonra çoxlu sayda hədiyyələr uşaqlara paylanıldı.

Beləcə,bank heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkildi.

Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.  
"Yapi Kredi Bank Azərbaycan’’ belə tədbirləri 2014cü ildə mütəmadi olaraq keçirməyi planlaşdırır.

 

(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri