Əllərinizin içindəki izlər nədən xəbər verir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 166
Səs ver:
(səs: 2)
İnsan hisslərinin ən gözəl təzahür vasitəsi gözlərdir. Tez-tez "gözlər qəlbin aynasıdır" deyirik. Amma insanın iç dünyasının ikinci ən vacib carçısı əllərdir. Ən böyük "insan oxuyucuları" qarşındakının nə hiss etdiyini məhz əl hərəkətlərindən, əllərini necə qoymasından, əllərini necə sıxmasından anlayır. Yalan danışdığımız zaman əllərimizin tərləməsi bizi olduqca tez ifşa edir. Əllər, sadəcə, hisslərimizi deyil, eyni zamanda talehimizi də özündə əks etdirir. Xiromantiyanın qədim Hindistanda yarandığı güman edilir. Təsadüf deyildir ki, bizim "alın yazısı” kimi təqdim etdiyimiz ifadəyə onlar "əl yazısı” deyirlər. Çoxları elə hesab edirlər ki, xiromantiya bütün əl haqqında bir elmdir. Əslində isə xiromantiya əli əhatəli şəkildə öyrənən 4 elmdən biridir.

Onlardan birincisi dermatoqlifikadır. Dermatoqlifika xiromantiyaya nisbətən daha gec yaranmışdır. Bu sözü elmə 1892-ci ildə məşhur bioloq Frensis Qlaton gətirir. O, öz elmi araşdırmalarının nəticəsi olaraq qeyd edir ki, əldə, xüsusən də ovuc hissədə olan xəttlərin insanın xromosom dəstinin müəyyən edilməsində, müəyyən gen xəstəliklərinin hələ simptomları bəlli olmadan tanınmasında rolu böyükdür. Daun, Klayntfelter, Patau, Terner kimi xromosom patalogiyalarında məhz ovuc səthində olan xətlərin itməsi və yerdəyişməsi baş verir.

Dermatoqlifika eyni zamanda insan xarakterinin müəyyən edilməsində də maraqlı faktları ortaya qoyur. Barmaqlarımıza diqqətlə baxsaq, müxtəlif qarışıq xətlər görə bilərik. Ancaq bütün bu qarışıq xətlər sadəcə 3 hissədən ibarətdir: ilmələr, qövslər və halqalardan ibarətdir.
Məhz bu ilmələr, qövslər, halqalar sizin hansı xarakterə malik olduğunuzu göstərir. Məsələn, barmaqlarında qövslər olan şəxslər öz düşüncə tərzi ,qətiyyəti ilə seçilir. Həyatlarının müxtəlif dövrlərində səhhətlərində problem yaşasalar da, ətraflarında olan insanların düşüncəsi onlar üçün əhəmiyyətli deyil. Yalnız düzünü söyləyirlər. Hər işdə uğur qazanırlar. Bunlara bir növ "yeriyən tank " da deyirlər.

İkinci mərhələ xiroqnomiyadır. Bu zaman əllərin forması əsas götürür. Əllərin inkişafı və forması insanın psixifizioloji durumunu izah edir.

Üçüncü mərhələ palmisteriyadır. Palmistiriya ovucun relyefinə, ovucda olan xəttlərə əsasən proqnoz verir.
Xiromantiya da bu 4 elmdən biridir. Yuxarı da qeyd etdiyim kimi xiromantiya ilə qədim Hindistanda qaraçı tayfaları məşğul olmuşdur. Xiromantiya daha çox qaraçılar, yəhudilər, yunanlar, romalılar arasında daha çox yayılmışdır. Xiromantiyanın Avropada vüsət alması 16-cı əsrə təsadüf edir.

Hal-hazırda xiromantiya insanlar tərəfindən bir mənalı qarşılanmır. Bəzi insanlar bunu elm kimi qəbul edir, bəzilər sadəcə xürafat kimi. Ancaq dünyanın müxtəlif ölkələrində xiromantiya ilə məşğul olan elm adamları var. İtaliyalı alim Malpigi ilk dəfə ovucda olan xətlər barədə qeydlər aparır. Daha sonra çex alimi Purkinyenin və amerikalı alim Uaydlerin də bu yönümlü elmi araşdırmaları olmuşdur. Müxtəlif zamanlarda Luis Xamon, Vilyam Benxon, Con Sen Jermen, Şarlotta Volf və başqa alimlər xiromantiya elmi məşğul olmuşdur.
Hindistanın Bombey şəhərində yerləşən Hindistan Beynəlxalq Universitetinin xiromantiya fakültəsində və Kanadanın Monreal şəhərində Beynəlxalq xiromantiya akademiyasında xiromantiya bir elm kimi tədris olunur.
Xiromantiya olduqca incəlik tələb edən bir elmdir. Ancaq xiromantiya ilə hobbi kimi məşğul olanlar da var. Bunun üçün əldə olan əsas xətlər bilmək kifayət edir.

1. Ürək xətti ən önəmli xətlərdən biridir və sevgi həyatınızın necə olacağını göstərir. Bu xəttin dərin olması adətən sədaqətli olduğunuz anlamına gəlir.
Əgər ürək xətti işarət barmağının altından başlayırsa maraqlı bir eşq yaşadığınızı göstərir. Yox əgər orta barmağın altından başlayırsa, eşq həyatınız eqoist və madiyyata bağlı olacaq.
Əgər bu xətt 2 barmaq arasından başlaması sevginin əsl mənasının itdiyini göstərir.
Əgər ürək xətti olduqca çox şaxələnirsə romantikanın bol olduğunu, həddindən artıq həssaslığı göstərir.

2. Ağıl xətti sizin düşüncələrinizi, inanclarınızı, zehninizi kontrol edir . Ağıl xətti hərkəsdə vardır. Adətən həyat xətti ilə birgə başlar və ovucun ortasında 2-yə ayrılır. Ağıl xəttinin dərinliyi yaddaşın nə qədər güclü olmasını göstərir. Bu xəttin düzlüyü sizin nə qədər realist olduğunuzu simgələyir. Şaxələnmə və əyir xətt isə nə qədər xəyalpərəst olduğunuzu söyləyir. Bu xətt nə qədər uzun olarsa, bir o qədər maraqlı və əhatə dairəsi geniş insansınız. İki xəttli ağıl xəttinə malik insanlara vunderkind də deyilə bilər.

3. Həyat xətti ən önəmli xətlərdən biridir. Sağlamlığınızı və yaşamınızı təmsil edir. Bəzilər həyat xəttinin uzun olmasını insanın yaşı ilə əlaqələndirir. Amma aparılan təcrübələr bunun yalnış olduğunu söyləyir. Qısa həyat xəttinə malik, lakın 80 -90 yaş yaşayan insanlar həyat xəttinin uzunluğunun yaşı deyil həyat keyfiyyətini göstərdiyini sübut edir. Dərin yaşam xətti adətən sosial həyatı sevənləri , seyrək həyat xətti isə əylənməyi sevməyənlərin xəttidir. Güclü və qırıntısız bir xətt həyata nə qədər bağlı olduğunuzu göstərir. Bəzən həyat xətti bir neçə xətlə bərabər başlayır. Bu sizin insanlara bağlı olduğunuzun göstəricisidir. Sıx başlanğıc körpəlikdə keçirdiyiniz bir xəstəliyin sübutudur.

Əgər həyat xətti çox yuxarıda başlarsa, bu sizin ozgüvəninizin güclü olması deməkdir. Ancaq səhvlərini qəbul etməzlər. Daha aşağıda başlayan bir xətt isə anlayışlı olduğunuzu göstərir.

Çox nadir insanlarda həyat xətti olmaz. Zəif görünən həyat xətti onları ölüm və ya ağır xəstəliyin gözlədiyini söyləyir.
Bu xətlərdən başqa tale xətti, evlilik xətti, səyahət xətti də vardır. Bütün bunlar, sadəcə, kiçik qeydlərdir. İnsan həyatı isə hər zaman böyük bir sirr olaraq qalacaqdır.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 166
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri