Mütəxəssislər şərabın faydalı tərəflərini açıqlayıb.
"cnnturk.com”-a istinadən verdiyi məlumata görə, mütəxəssislər gündə
sadəcə bir qədəh şərab içməyin insan sağlamlığına faydalı olduğunu
bildirib.
İngiltərə
alimləri şərabın onurğa sümüyünə faydalı olduğunu müəyyənləşdirib. Min
nəfər arasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər üç
qadından və hər 12 kişidən biri həyatının müəyyən dövründə onurğa
sümüyü problemləri ilə qarşılaşır. Şərab içən insanların içməyənlərə
nisbətən daha sağlam sümüklərə sahib olduğu qeyd olunur. Çünki şərabın
tərkibində bunu stimullaşdıran xeyirli maddələr var.
Qeyd
edək ki, araşdırmalarda pivə və digər alkoqollu içkilərin eyni təsirə
malik olmadığı aşkarlanıb. Mütəxəssislər steroid dərmanlardan, siqaret
və alkoqoldan çox istifadə edən insanlarda sümük problemlərinin daha
çox olduğunu bildirib.
Meyvə-tərəvəzin
sümüklərə xüsusi xeyiri olmadığını qeyd edən mütəxəssislər kartof,
lobya, közdə bişirilmiş balıq və ətin sümüklərə mənfi təsir
göstərdiyini vurğulayıb.
Araşdırmada normal həddə istifadə edildiyi təqdirdə, şərabın sümüklərə müsbət təsir etdiyi bildirilib.