Türkiyənn
Van vilayətində baş vermiş fəlakətli zəlzələdən sonra xarabalıqlar
altında qalmış insanları xilas etmək üçün minlərlə insan rəşadət və
humanizm nümunələri göstərsə də, fəlakət bölgəsində insanlıqdan kənar
əməllərin sahibləri də var.
"Habertürk"ə istinadən bildirir ki, zəlzələdə viran qalmış binaları yağmalayanların ən iyrəncləri Erciş şəhərində tutulublar.
Zəlzələnin
ertəsi günü Ercişin ətrafındakı kəndlərdən şəhər mərkəzinə gedən 23
yaşlı A.T. ilə 26 yaşlı A.B, "Van yolu" küçəsindəki bir xarabalağı
yağmalamağı planlaşdırmışdılar.
Gecəyarısı xarabalığa dırmaşan bu iki şəxs daşların arasında eşələnərkən tutulublar.
Onlar
xarabalıqlar altınlda qalaraq həlak olmuş bir qadının biləyindəki
qızıl bilərzikləri çıxarmaq üçün meyitin qolunu kəsmək istəyəndə ələ
keçiblər.