Qadın sürücülər üçün avtomobillər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 948
Səs ver:
(səs: 0)
Xanım avtomobili
Zərif cinsin nümayəndəsinin avtomobili necə olmalıdır? Avtomobil almaq istəyən bir çox xanımları maraqlandıran ən vacib sual məhz budur. Bu sualın cavabı çox müxtəlif ola bilər. Bu sahədə daha səmərəli məsləhət vermək üçün biz bir neçə kişi və qadın sürücülərin fikrini öyrəndik.

Qadın sürücülərin fikri
Xanımlar, qadın avtomobillərinin görünüşünün gözəl olması fikri ilə kişilərlə tam razıdırlar. Çünki gözəllik zövq məsələsidir. O ki qaldı avtomobilin ölçüsünə bu məsələdə qadınlar əks cinslə eyni fikirdə deyillər. Zərif cinsin nümayəndələri belə fikirləşirlər ki, avtomobillərin kiçik ölçüdə olması heç də vacib bir məqam deyil. Xüsusi ilə, 2-3 il təcrübəyə sahib qadın sürücülər bu fikri heç təsdiqləmirlər. Özünü sükan arxasında daha əmin hiss edən xanımlar daha böyük avtomobillər haqqında düşünürlər.
İndi isə rəng barədə. Burda da fikirlər müxtəlifdir. Bir çox xanımlar qırmızı rəngə üstünlük verdiklərini dilə gətirdilər. İkinci yeri gümüşü və onun müxtəlif tonları tutur. Həmçinin ağ və qızılı rənglər də xanımlar tərəfindən bəyənilir.

Salon

Xanımların özləri salon mövzusunda bir qədər dəqiq və qısa məlumat verdilər. Sorğunun nəticəsi göstərir ki, onlar üçün ən vacib amil oturacaqların rahat olmasıdır. Örtüklərin dəri və ya parça olmasından asılı olmayaraq yumşaqlıq xanımlar üçün çox vacibdir. Ən əsası isə oturacaqların hündürlüyünü tənzimləmək mümkün olsun. Xanımlar salonun böyüklüyü ilə bağlı heç bir fikir bildirmədilər. Çünki, uşaqlar hətta kiçik Yapon istehsalı olan avtomobillərə belə rahatlıqla yerləşirlər. Bundan başqa müasir işgüzar qadınlar nadir hallarda ağır yükləri daşımalı olurlar. Güzgü məsələsinə gəlincə xanımlar həmfikirdirlər. Hamısı bir mövqedən çıxış edir və bildirir ki, günlüklərdə güzgü mütləq olmalıdır !!! Xanımlar müasir sistemlər haqqında bir o qədər də məlumatlı deyillər. Ona görə də, bir qədər qəliz təchizatlar onlar üçün maraqlı deyil.

Texniki təchizat

Sorğuda iştirak edən qadınların çoxu da qənaətcil avtomobillərə sahib olmaq istəyirlər. Buna baxmayaraq bəzi təcrübəli xanım sürücülər artıq daha güclü mühərriklərlə təchiz olunmuş avtomobillər haqqında düşünürlər. Sürət qutusuna gəlincə əksər qadın sürücülər məhz avtomatik transmissiya üzərində dayandılar. Bəziləri üçün isə bu o qədər də ciddi əhəmiyyət kəsb etmir. Xanımlar yeni sistemlərin tərəfdarıdırlar. Amma onu da yaxşı başa düşürlər ki, hər bir kiçik dəyişiklik böyük pullar hesabına başa gəlir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 948
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri