Sürücü qadınlar kişiləri əsəbiləşdirirlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 272
Səs ver:
(səs: 0)
Sürücü qadının hansı hərəkəti kişiləri əsəbiləşdirir?
İllər keçir, zaman dəyişir, yalnız dəyişməyən kişilərin sürücü qadınlara olan qısqanc münasibətidir. Bu günlərdə "Sürücü qadınlarda hansı hərəkət sizi əsəbiləşdirir?”- sualına əks cinsin nümayəndələri odlu-alovlu sözlərlə cavab verdilər. Deyilən cavablar, söylənilən fikirlər müxtəlif olsa da, bir sıra məqamlarda belə nəticəyə gəlmək olur ki, ümumiyyətlə, qadının özünün sükan arxasında əyləşməsi "qocaman sürücüləri” (red. kişi sürücüləri) yaman qıcıqlandırır. Xüsusilə də onlar qadınların sükan arxasında olarkən etdikləri bəzi hərəkətlərə qarşı dözümsüz olurlar. Maraqlı fikirlərdən bir neçəsi ilə tanış olaq.

Hacıbəy Heydərli: "Qadınlar sükan arxasında özündənrazı simada olurlar. Məni yol polisləri ilə nəzakətsiz davranmaları, güzgüyə baxıb bəzənməkləri, pomada çəkmələri kimi hərəkətləri qəzəbləndirir”.

Elxan İsmayılov: "Xanımlar arxadan gələn sürücüyə yol vermirlər, manevr edə bilmirlər. Bu isə hər birimizi əsəbiləşdirir”.
Sükan arxasında əyləşən qadının zəif məqamlarından biri güzgülərdən düzgün istifadə edə bilməməsidir. Rəşad Abbasov deyir ki, "xanımların güzgüdən nəqliyyatın hərəkətinə nəzarət üçün deyil, bəzənmək üçün istifadə etməsi biz kişiləri ən çox əsəbiləşdirən hallardandır”.

Kamil Tanrıverdiyev: "Vay o gündən ki, qarşında gedən sürücü xanım olsun! Güzgülərdən istifadə edə bilmirlər, məni ən çox bu əsəbiləşdirir”.
Mövzu ilə bağlı "avtomobil.az” saytında aparılan sorğunun nəticələri isə şifahi cavablardan bir qədər fərqli oldu. Variantlar arasında ən çox səs qazanan "sürücü xanımın siqaret çəkməsi” cavabı oldu. Bu cavaba səs verən bəylər, yəqin, siqaretin zərif məxluqa yaraşmadığını deyənlər, onların nəinki sükan arxasında, hətta adi həyatda belə, siqaret çəkməklərinin tərəfdarı olmayanlardır.

Qarşı tərəfin də fikirlərini öyrənməyə çalışdıq. Sürücü Lalə Əliyeva əksər vaxtlarda işə tələsdiyi üçün makiyajını yolda tamamlayır və bunda heç bir qəbahət görmür.
Nərgiz Məmmədova isə kişiləri haqsız fikirlərinə görə qınadı və qadınların heç də pis sürücü olmadığı iddiası ilə çıxış etdi.
"Bəzi qızlar gəlin köçəndə avtomobili cehiz kimi aparır”

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov qeyd etdi ki, sürücü qadınlar bizdə yeni-yeni formalaşdığından münasibət hələ tam normal səviyyədə deyil. "Xaricdə sürücü qadınlara qarşı aqressiv münasibət yoxdur, amma bizdə var. Bu aqressiv münasibətə şərait yaradan faktorlar çoxdur. Onlardan biri xanımların sükan arxasında siqaret çəkməyidir. Digər hal kimi hər hansı xanıma avtomobilin hədiyyə edilməsidir ki, bu da kişilər tərəfindən "həzm oluna bilmir”. Zaman keçdikcə kişilərdə olan bu münasibət tamamilə azalacaq. Çünki elə indi də bəzi ailələr var ki, hər iki tərəfin avtomobili var, hətta bəzi qızlar gəlin köçəndə avtomobili cehiz kimi aparırlar.

Sürücü qadınlar yol hərəkəti qaydalarına kişi sürücülərdən daha çox riayət etməyi sevirlər və buna çalışırlar. Qadınların əsas problemi yolda məsafəni qoruya bilməmələridir ki, bu da onların duyğusal hisslərinin üstünlük təşkil etməsi ilə bağlıdır. Bir sözlə, kişilərin sürücü qadınlara bu qısqanclığı zaman keçdikcə dəyişməlidir”.

Biz də ümid edək ki, bir müddətdən sonra heç kəs tərəfindən sürücü qadınlara qarşı aqressiv və qısqanc münasibət olmayacaq.

Hörmətli bəylər, gəlin sürücü xanımlara qarşı kobud rəftar etməyin, onlara yol verin!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 272
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri