Xoşbəxtlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 531
Səs ver:
(səs: 2)
Sevgidir xoşbəxtlik... Qarşılıqsız birini sevə bilməkdir... Eşqdir bəzəndə... Birini ürəkdən sevməkdir... Dəyər verə bilməkdir xoşbəxtlik... Sevilmədəndə sevə bilmək, sevdiklərin bir gün həyatından getmədən onların qiymətini bilməkdir xoşbəxtlik... Bir ananın uşaqına duası kimi dua etməkdir xoşbəxtlik... Niyə demədən, sual vermədən doya-doya, həyatı olduqu kimi yaşamaqdır xoşbəxtlik... Bəzən belə olmalı imiş deye bilmek, heç nəyə baxmayaraq təkrar gülümsəməkdir xoşbəxtlik... Bölüşməkdir xoşbəxtlik... Bir an belə düşünmədən, heyatı sevgini hətda xoşbəxtliyin özünü bölüşmək... Yayda günəşə gözlərini qıyıb baxmaq, payızda qurumuş yarpaqların xışıltısını eşidə bilmək, Qışda qartopu oynamaq, yazda bahar ətrini duya bilmək, yaz yağışında islanmaqdır xoşbəxtlik... Bəzəndə ən çox sevdiyin mahnını yüksək səslə ürəkdən oxumaqdır xoşbəxtlik... Həyatımızdakı bəlkədə bu günə qədər heç fikir vermədiyimiz o xırdalıqları görə bilməkdir xoşbəxtlik... Çünki xoşbəxtlik xirdalıqlarda gizlidir, xırdalıqlar isə həyatın özüdür... İndi sən xoşbəxt ol, ulduzlara bax günəşə bax, Gülümsə... Sən istəmədiyin müddətcə heç kəs səni incidə bilməz və inan heç kəs səndən daha dəyərli deyil... Ən böyük xoşbəxtlik yaşadığını, həqiqətən yaşadığını hiss etməkdir...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 531
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri