1. Əhvalınızın daim yüksək olmağını istəyirsinizsə, özünüzü idarə etməyi
öyrənin. Xırda şeylərə görə heç kəsdən küsməyin, insanları bağışlamağı
öyrənin.
2. Dünyaya yumor hissi ilə baxmağa çalışın. Siz xoşagəlməz hadisəyə düşsəniz belə gülümsəyərək deyin ki: «bu da keçəcək!».…
3. Ətraf müitdən tərcid olaraq evdə oturmayn. Əmin olun, küçədə, dostlarınızın və tanışlarınızın yanında həyat daha maraqlıdır.
4. Öz həyatınıza yeniliklər qatın. Psixoloqlar mütəmadi olaraq öz
vərdişlərinizi dəyişdirməyi məsləhət görürlər. Məslən, özünüzə yeni
xobbi tapın və yaxud geyim tərzinizi dəyişin.
5. İstirahət etməyi öyrənin. Siz hər darıxdırıcı işi görəndə belə xoş hadisələr haqqında düşünün.
6. Üzgüçülük ilə məşğul olun. Su həm bədəni, həm də ruhu təmizləyir.
7. Fikirlərinizi, düşüncələrinizi qaydaya salın. Bəzən insanların
beyinlərində xaos olduğu üçün onlar müxtəlif hadisələrdən çıxış yolu
tapa bilmirlər.
8. Həyata daha sadə yanaşın. Həyatda qəhrəmanlıq etməyə hər zaman vaxt tapılar. Lakin siz məhz bu anda nə etdiyinizə köklənin.
9. Səbrli olun. Siz özünüzdə bu xüssiyyəti inkişaf etdirsəniz, həyatda
qarşınıza çıxacaq bir çox problemlərin öhdəsindən asanlıqla gələ
biləcəksiniz.
10. Xoşagəlməz hadisələr haqqında unudun. Əgər siz evdə oturub heç nə
etməmək istəyirsinizsə, bu istəyinizə uymayın. Həyat hərəkət deməkdir.
Filmə baxın, evinizi təmizləyib səliqəyə salın. Yadda saxlayın ki, siz
hisslərinizə və təəsüratlarınıza görə məsuliyyət daşıyırsınız.